Dünən Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı demək olar ki, bütün deputatlar bank faizlərinin yüksəkliyindən gileyləndilər. Hətta maliyyə naziri Samir Şərifov da onlara qoşuldu. Maraqlıdır, bu faizləri “ceyranın belinə mindirən” kim və ya kimlərdi? Təbiki, İlham Əliyevdən başqa kimin müdaxiləsindən sonra faizləri aşağı salmaq olar?
Moderator.az-ın
bu sualını cavablandıran iqtisadçı alim, keçmiş millət vəkili Nazim Məmmədov da
deyir ki, cəmiyyətdə , parlamentdə, hətta hökumət üzvləri arasında hamının
müzakirə predmetinə çevrilmiş bu problemə əncam çəkilməkdənsə sadəcə bəhanələr
gətirməklə məğğuldurlar:
“Bank
faizləri iqtisadi fəallığa və qiymətlərə təsir edən ən vacib makroiqtisadi
göstəricidir. Monetar siyasətə cavabdeh qurum Mərkəzi Bank olduğundan, o hətta
hökumətsiz də bu faizləri nizamlaya bilər. Bütün dünyada bu belədir, hökumətlər
maliyyə siyasətini mərkəzi banklarla razılaşdırmaq məcburiyyətindədirlər, çox
təəssüf edirəm ki, Mərkəzi Bank və Milli Məclis hökumətin tərtib etdiyi
büdcənin müzakirəsində yüksək faizlərdən "şikayətlənirlər". Analoqsuz
bir vəziyyətdir, Mərkəzi Bank hökumətə tabe deyil, onun rəhbərliyini Milli
Meclis təyin edir və daha çox deputatlara tabe olmalıdırlar, ancaq hər ikisi hökumətdən
"kömək" istəyirlər. Hesab edirəm ki, bu vəziyyəti düzəltmək istəyən
Mərkəzi Bank öz rezervlərinin bir hissəsini ölkəyə gətirib, korporativ
idarəetmə mədəniyyəti yüksək olan kommersiya banklarına aşağı faizlə depozit
qoyaraq kredit portfellərinin qiymətini ucuzlaşdırmalıdır. Bu məsələ mənim
yadıma "sovet əmanət banklarındakı vəsaitlərin necə qaytarılması ilə
bağlı" uzun illər parlament üzvlərinin və hökumətin “top-top”
oynamaqlarını xatırlatdı.”