Heydər Oğuz: “Sovet hökumətini “Allahsızlıq” dağıtdı”
Cəmiyyət
Oxunub: 2945
15 Nov 2013 | 13:09
Heydər Oğuz: “Sovet hökumətini “Allahsızlıq” dağıtdı”

“Din-azadlıq- tolerantlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, dövlət dinə yox, cəhalətə qarşı mübarizə aparmalıdır. Hörmətli deputatın cəhalətlə mübarizədə hansı tədbirləri nəzərdə tutduğunu bilmirəm, amma söylədiklərində böyük həqiqət payı var. Ona görə ki, dinə qarşı mübarizənin özü belə mümkün deyil. Adəm oğlunun yarandığı gündən indiyə qədər keçmiş olduğu bütün tarixi mərhələlərə nəzər salanda bunun şahidi ola bilərik. Bəşəriyyət tarix boyu hansısa bir dinə inanıb, ona qulluq edib. Bəzən bu din, həqiqətən ilahi mənbədən qaynaqlanmasa da, bəzən ilahi mesajlar təhrif olunaraq şarlatanların əlində istismar vasitəsinə çevrilsə də insanlığın sığındığı hansısa müqəddəs ehkamlar olub. Elə bu faktın özü dini duyğuların insan fitrətindən gəldiyini, istəsək də, istəməsək də onu cəmiyyətin könlündən çıxara bilməyəcəyimizi sübut edən amildir. Bir halda ki, din duyğusu insan fitrətinin bir parçasıdır, dövlətin ona qarşı mübarizə aparması “yel dəyirmanı” ilə mübarizə aparmağa bənzəyər.

Heç uzağa getməyək, bir çoxlarımızın canlı şahidi olduğumuz sovet hökuməti də bu cür Don Kixotluqla məşğul idi. Dini cəhalətin məhsulu olduğuna inanır, müqəddəs ehkamlara qarşı savaş açır, cahilliyin aradan qaldırılmasıyla insanlığı tiryək hesab etdiyi dindən azad edəcəyini düşünürdü. Amma bütün israrlarına baxmayaraq könüllərdəki dini duyğularla bacarmadı. Zorakı tədbirlər insanların dini düşüncələrini tərk etmələrinə yox, onu sadəcə gizlətmələrinə yol açdı. Bununla belə sovet Don Kixotluğu ictimai həyatımızdan da yan ötüşmədi. Dindarlara basqılar, ehkamların elmi şəkildə araşdırılmasına və təbliğatına qoyulan qadağalar mövhumatçılığın artmasına gətirib çıxardı. İnsanların günah və savab anlayışı dəyişildi. Faktiki heç kimin olmayan sovet təsərrüfatında dövlət nəzarətini həyata keçirən “Allahsız” məmurların insafına qalan iqtisadiyyat dağıldı, dövlət əmlakını mənimsəmək, oğurluq, rüşvətxorluq adi məişət hadisəsinə çevrildi. Nəticəsə sovet hökumətinin özü də dağıldı. Bu mənada sovet hakimiyyətini “Allahsız”lıq dağıtdı, demək mümkündür.

Bəli, din insanın yalnız metafizik dünyasını şəkilləndirməklə qalmır. O həm də pisə, yaxşıya münasibətimizi müəyyənləşdirdiyindən sosial həyatımızda hansısa qanundan və ya dövlət nəzarətindən daha böyük işlər görür. Bəzən özümüzü qanunların və dövlət iradəsinin gözündən uzaqda hiss etsək də Allahın gözündən yayınmadığımızı düşünə və öldükdən sonra yanacağımız cəhənnəm atəşindən çəkinərək bir çox qanunsuz əməllərdən uzaqlaşa bilirik. Deməli, sosial həyatımızda nizamlayıcı rol oynayan dinə qarşı mübarizə mümkünsüz olduğu qədər ictimai baxımdan da faydalı deyil. O halda ona qarşı mübarizənin də bir anlamı yoxdur.

Sözsüz ki, bu gün ölkəmizdə dini fanatizmin getdikcə yayıldığını görürük və bu tendensiya cəmiyyətimiz üçün yaxşı heç nə vəd etmir. Fazil Mustafa da “cəhalətə qarşı mübarizəni gücləndirmək lazımdır” deyərkən, yəqin ki, bunu nəzərdə tutur. Fəqət bu mübarizənin şəkili necə olmalıdır?

Əminəm ki, Fazil bəyin mübarizə anlayışında dini fanatiklərin həbs olunaraq məhbəslərə doldurulması, İslami əqidələri ön plana çıxarıb dinc mübarizə aparmaq niyyətilə yaradılan partiya bağlanması, hicablı qızların təhsil hüququndan məhrum olunması və s kimi tədbirlərə yer yoxdur. Çünki bu kimi tədbirlər nəinki cəhalətlə mübarizə demək deyil, əksinə cəhaləti təşviq edən əməllərdir. Təhsildən məhrum olunan bir qız uşağı nə qədər elmdən uzaqlaşdırılaraq cəhalətin qucağına atılırsa və sabah onun yandıracağı ocaqda isinən uşaqlar cəhalət girbabına düşməyə məhkum edilirsə, demokratik dəyərləri əldə rəhbər tutub öz əqidəsi uğrunda mücadiləyə qoşulan insanların yaratdıqları təşkilatı bağlayarkən də onları dinc mübarizə metodundan uzaqlaşdırırıq.

İndiyə qədər bu metodlarla cəhalətə qarşı mübarizə aparan bütün dövlətlərdə əks proseslərin şahidi olmuşuq. Dini fanatizmə qarşı amansız mübarizə aparılan hər yerdə qısa müddətdən sonra bu qorxu mənbəyi nəinki hakimiyyəti, hətta dövlət şəklini təhdid edən vasitəyə çevrilib. Bunun başlıca səbəbi də məhz dini duyğuların insan fitrətindən irəli gəlməsi gerçəyinin gözardı edilməsidir.

Zənnimcə, dini fanatizmə və cəhalətə qarşı mübarizənin metodu “bataqlığın yaratdığı ağcaqanadları” tutub bir-bir öldürmək yox, bataqlığı qurutmaq olmalıdır. Yəni, daha aydın təbirlə desək, cəhaləti yaradan amilləri ortadan qaldırmaqla istənilən məqsədə nail olmaq mümkündür. Bu isə yalnız dini araşdırmalara xüsusi diqqət ayırmaqla və ya dindarların sərbəst hərəkət etmələrinə imkan verməklə də məhdudlaşmır. Həm də cəmiyyətimizdə radikal mübarizə meyllərini azaldan bir sıra iqtisadi və siyasi islahatlar həyata keçirilməlidir. Sözügedən islahatları aşağıdakı kimi ümumiləşdirə bilərik:

1. Siyasi islahatlar.

Sirr deyil ki, radikal dini cərəyanlar əsasən qeyri-demokratik rejimlərdə ortaya çıxır. Bu, yalnız dinə aid məsələ də deyil. Hətta dünyəvi prinsipləri əldə rəhbər tutan radikal siyasi cərəyanlar da bu cür rejimlərin bünyəsində yaranıb və yayılıb. Əsl məsələ qeyri-demokratik rejimlərin radikal təmayüllü cərəyanlara “hamiləliyi” və insanların qarşısında başqa alternativlərin olmamasıdır.

Dindarlıq İnsanın fitrətən gəldiyi kimi, bəşər övladı həm də azadlığa, daha gözəl həyat sürmək istəyinə meylli doğulur. Təsadüfi deyil ki, ədalətli cəmiyyət arayışı tarix boyu bütün bəşəriyyətin ən böyük amalına çevrilib. İnsanın bu istəklərini anlayışla qarşılayan rejimlər tədrici dəyişiklik prosesi keçirərək heç bir daxili didişmələr yaşamadan bu günkü sivil vəziyyətə gəliblər. Azadlıq istəyinə qarşı dirənənlər isə radikal mübarizə nəticəsində tarixdən siliniblər. Deməli bütün radikal meylli siyasi cərəyanlar kimi dini radikalizmi də yaradan rejimlərin anti-demokratik xarakterləridir.

Bunun ən bariz nümunəsini qardaş Türkiyə ilə digər Yaxın Şərq dövlətlərinin müqayisəsi zamanı daha aydın görə bilərik. Az-çox demokratik ənənələrə sahib olan Türkiyədə islamçılığın sivil və mütərəqqi forması təşəkkül tapdı. Digər Yaxın ölkələrində isə anti-demokratik mühit istər-istəməz radikal cərəyanları formalaşdırdı. Elədirsə, biz də ölkəmizdə radikal meylli inanclı kəsimin getdikcə təşkilatlanamasından çəkiniriksə, siyasi idarəetmə tərzimizi dəyişməliyik.

2. İqtisadi amil

İstənilən ölkədə bütün milli gəlirin əksəriyyəti bir neçə oliqarxın əlində toplanarsa və əhalinin əksər hissəsi kasıblıq həddində yaşayarsa orda ictimai münasibətlərdə radikallaşma meylləri güclü olar. Bu sırf sinfi mübarizə prinsipinə söykənən ictimai qanunauyğunluqdur. Sadəcə bu qanunauyğunluq bəzi ölkələrdə dünyəvi, bəzi ölkələrdə isə dini dəyərlər biçimində ortaya çıxar.

Ətrafımız dini dəyərləri ön plana çıxaran dövlətlərlə əhatə olunduğundan və demokratiyanı əllərində dəstəvuz edən Qərbin ölkəmizlə bağlı yürütdüyü imperialist siyasətin nəticələri cəmiyyətimizi istər-istəməz radikal dini cərəyanlara yönəldir. Rəsmi iradə cəmiyyətimiz bu təhlükəli tendensiyadan qorumaq istəyirsə, öz iqtisadi siyasətinə yenidən nəzər salmalı, ölkədə baş alıb gedən talançılığa qarşı mübarizə aparmalı, təcili olaraq sosial mahiyyətli islahatlara başlamalıdır.

3. Təhsil amili

Sözsüz ki, cəmiyyətin dünyagörüşünü onun təhsil siyasəti müəyyənləşdirir. Təhsildə axsayan istənilən cəmiyyət cəhalətə sürüklənməyə məhkumdur. Cəhalət isə mövhumatçılığı doğurur. Dini radikalizm də əsasən təhsil siyasətini düzgün qurmayan dövlətlərin yaratdığı cəhalət mühitindən qidalanır. Bu mənada mövhumatçılıq və radikal meyllilik əslində cəhalətin dinidir. Adı xristian dünyasında fərqli, müsəlman dünyasında fərqli ola bilər. Mahiyyət etibarilə isə bütün cəhalətlər eynidir.

Hazırda təhsil ocaqlarımızı başdan-başa bürüyən rüşvətxorluq, korrupsiya halları yetişən nəsillərimizi daha rahat şəkildə dini radikalların qucağına atır. Düzdür, ölkədə fəaliyyət göstərən bir sıra təhsil ocaqları var ki, dini duyğusu ağır basan qurumlar tərəfindən yaradılıb. Fəqət bu özəl məktəblərdəki təhsil haqqının iqtisadi baxımdan orta səviyyəli ailələrin büdcəsinə uyğun olmaması olduqca məhdud kəsimin bu imkandan yararlanmasına şərait yaradır. Cəmiyyətimizin əksər hissəsi isə fitrətlərindən gələn dini duyğu boşluğunu isə radikal qrupların təbliğ etdiyi ocaqlarda doldururlar. Bu isə öz növbəsində cəmiyyətimizin daha da parçalanmasına xidmət edir.

Cəhalətlə effektli mübarizə aparmaq üçün dövlət iradəsi yuxarıda zikr etdiyimiz məsələlərə xüsusi diqqət ayırmasa ölkə həqiqətən qaçınılması mükün olmayan sosial partlayışa doğru sürüklənəcək.

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..