Ölkənin ikinci paytaxtında iki əlamətdar yubiley bir gündə qeyd edilib.Belə ki, Nizami Gəncəvinin anadan olmasının 870, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi təntənə ilə qeyd edilib. Bu barədə məlumatı Moderator.az-a Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, sərgidə Gəncə şəhərində faəliyyət göstərən ali təhsil ocaqları, orta ixtisas məktəbləri, idarə, müəssisə, təşkilat və birliklər iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də qatıldığı sərgidə qədim məişət əşyaları, xalçalar, milli geyimlər, istedadlı gənclərin əl işləri nümayiş etdirilib. Bundan başqa dahi söz ustadı Nizami Gəncəvinin və intibah dövrünün şairəsi Məhsəti Gəncəvinin rəsmləri olan tablolar, partret xalçalar da sərgiyə çıxarılıb. Kənan Məmmədov dekabr ayında şəhərdə şairə Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinə həsr edilən böyük bir tədbirin keçiriləcəyini də bildirib.
Qeyd edək ki, sərgi Gəncənin tarixini , sənətkarlıq nümunələrini , etnoqrafiyası və mədəniyyətini əks etdirən eksponatlarla zəngin olub.