ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytına açıqlamasında ölkədəki nazirliklərdə baş verən özbaşınalığa diqqət çəkib. Nazirlərin rəhbərlik etdikləri nazirliklərlə şəxsi təsərrüfatları kimi davrandığını vurğulayan ADP sədri, baş verənlərin qanuna zidd olduğunu qeyd edib: “Bu gün Azərbaycanda hər bir nazir rəhbəri olduğu nazirliklə öz şəxsi təsərrüfatı kimi rəfdar edir. Onların verdiyi bütün qərarlar, atdıqları bütün addımlar bunu sübut edir. Bir də görürsən ki, bir nazir öz maraqları naminə onlarla insanın taleyi ilə oynayır, kimi istədi işdən çıxardır, kimi istədi işə götürür və s. Azərbaycanda hər bir nazir elə bilir ki, onun rəhbəri olduğu nazirliyə ayrlan vəsaiti istədiyi şəkildə xərcləyə bilər, kimsənin bu vəsaitlə bağlı ondan hesabat tələb etməsi düzgün deyil. Məsələyə belə yanaşmaq, belə düşünmək yanlışdır. Nazirliklərin şəxsi təsərrüfatlara çevrilməsinə son qoymaq lazımdır. Əks təqdirdə normal idarəetmə həyata keçirmək mümkün deyil”.
Seymur Əliyev