Dövlət büdcəsinə astronomik məbləğə-1 milyard manata başa gələn Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilsə də paytaxt əhalisi həm suyun davamlı verilməməsindən, həm də bulanıq olmasından korluq çəkməkdə davam edir.
Son vaxtlar kütləvi hal alan böyrək xəstəliklərində
də insanların bulanıq su istehlak etməsinin danılmaz rolu var. Amma vaxtilə
akademik Nizami Süleymanov bu problemin həlli yolunu tapmışdı. Onun ixtira
etdiyi “Bulaq” aparatları qısa vaxtda geniş rezonans doğurmuşdu. Ancaq nədənsə
sonradan bu qurğular yoxa çıxdı və insanlar Avropadan idxal edilən xüsusi su
süzgəclərinin ümidinə qaldı.
Moderator.az mövzu ilə bağlı akademik Nizami
Süleymanovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini,
yəni ixtirasının niyə geniş tətbiq edilməməsi səbəblərinə münasibət bildirməsini
xahiş edib. Akademik ixtirasının insan həyatı
üçün çox faydalı olmasına baxmayaraq onun kütləvi istehsalına mane olan səbəblərdən
danışıb:
"Söhbət ondan gedirdi ki biz dizayn məsələsində
Avropa standartlarına uduzurduq.Elə bir istehsalat şəraitimiz yox idi ki, onun
dizaynını, materialını və xarici görünüşünü cəlbedici formada yarada bilək.Sonradan
Avropadan xüsusi süzgəclər gətirməyə başladılar və insanlar da onları almağa məcbur oldular. Ona görə də "Bulaq" aparatlarının küləvi istehsalı zərurəti olmadı. Ancaq
mən bu günki günə qədər evimdə “Bulaq-1” işlədirəm. Çox gözəl nəticəsi var. Nə
sudan şikayət edirik, nə böyrəyində daşı olan yoxdur.İndi bu işi nəfis şəkildə
həyata keçirmək üçün yaxşı şərait var. İmkanı və normal istehsalat şəraiti olan
hansı biznesmen onu götürüb istehsalına başlasa heç şübhə etmirəm ki, təkcə ölkə
hüdudlarında deyil, bütün dünyada kütləvi satışına nail ola bilər. Hamının bilməsi
lazımdır ki, bizim yaratdığımız qurğunun dünyada anoloqu yoxdur.Bizdə Abşeronda, Xəzərin sahillərində bir xüsusi yer vardı ki, orda
balıqqulağı qumu çox zəngin idi.Biz həmin qumu gətirərək xüsusi texnologiya ilə
emal edirdik və kömürlə birlikdə xüsusi konstruksiya yaratmışdıq, su da həmin
qurğudan süzülə-süzlə keçirdi.Vaxtilə, yəni 12-13 il bundan qabaq mənə dedilər
ki, Rusiaynın Uzaq Şərq vilayətlərində həkimlər böyrək xəstələrinə “Akademik
Nizami Süleymanovun ixtirası” adlandırqıqları “Bulaq” qurğularını pasiyentlərə
tövsiyyə edirmişlər."