Nənəm rəhmətlik deyərdi ki, ”žqabında yaranışından bir urvalıq un olmayan kişi həmişə başqasının bərəkətinə söyər." Son günlər mənəviyyatında natamamlıq yuva salmış, ləyaqət, cəsarət hislərindən bixəbər, amma əvəzində səhifələrində XTPD (OMON) -un lideri, Azərbaycanın qəhrəman oğlu Rövşən Cavadovun rəsmini qoyub "kişilənən" üz qaraları peyda olub. Özlərincə mənə qarşı kampaniyaya başlayıblar nakişiliyini şəsli və yazılı şəkildə etiraf edən bədbəxtlə birlikdə. Özü də təhqiramiz ifadələr yazıb həmən də blok edirlər səni. Ay yazıqlar, mənim SÖZÜMƏ tab gətirmirsinizsə, ÖZÜMLƏ nə işiniz??? İnternet sizin kimi miskin və zavallılar üçün ancaq "söyüş" məkanı ola bilər."SAVAŞ" isə sizlik deyil... Ayıbdı, hərənizin arxasında bir qadın dayanıb, sizə "ərim" deyir...ƏRLƏRİN adını ləkələməyin. Boğazınıza zəncir salıb hərləyən o binəva Gabil Rzayevdən qurtulun. Kişisiniz, kişi kimi davranın. Mənim kimsədən çəkinəcəyim yoxdu. Vusal Abdullah isimli adam! Yığışdır səhifəndən Rövşən bəyin şəklini. Mən bir şeyə mat-məəttələm. OMON-un qeyrətli igidləri niyə susur bu rəzilliyə? Hardadı Mahir Cavadov? Mənə ismarış göndərir ki, "niyə çəkinir, Alman höküməti haqqı üzə çıxaracaq." Mən heç nədən çəkinmirəm, heç kimdən də qorxmuram. MƏN SADƏCƏ UTANIRAM... Vəkilimin sözlərindən utanıram. Bu günlərdə mənə dedi ki, “bu qədər işə baxmışam, müxtəlif millətlərdən, hətta erməni müvəkkillərim olub. Amma ilk dəfədir ki, bu durumda eyni millətdən olan birisinin başqası haqqında rəsmi orqanlara şikayət etdiyinin şahidi oluram”¦“ O anda sadəcə içimdə ”žmillət olaraq üzümüzü qaraldan xainlərin abrını qara yer örtsün“-diləyində bulundum Allahdan.
İlham Əliyevin prezidentlik postuna ilk gəldiyi dövr o qədər də uzaq tarix deyil ki. Kimlərin onu təbrik etdiyini də hamı yaxşı bilir. Həmin ildə jurnalistlərin peşə bayramı günü iqtidarlı, müxalifətli, müstəqil və ya qeyri-müstəqil olan jurnalistlərin ”žGülüstan“ sarayındakı qəbulunda da mən təbrik etmədim İlham Əliyevi. Amma o bizi peşə bayramımız münasibətilə təbrik etdi. Orda olan həmkarlarım xatırlayarlar ki, bir çoxları müxtəlif istəkdə bulunduğu halda, mən bir kənarda durmuşdum. Yalnız İ. Əliyev mənə xitab edib, ”žxanım, yaxın gəlin, sizin nə sözünüz var“ deyəndə onun diqqətini diaspora işinin bərbad olmasına çəkmək istəmişdim. Bunu da əslində nə isə demək xatirinə etmişdim. İndi həmin tarixdə çəkilmiş şəkilləri mənim səhifəmdən ”žçalıb“ öz səhifələrində sərsəm ”žfikirləri“ ilə yayımlayan gabil rzayevləri başa düşürəm. Bunu edən Mahir Cavadov nə demək istəyir axı? Bu ”žqəhrəmanlığı“ bəyənən Elşad Abdullayevin azarı nədi? İllərlə Əliyevlərin sadiq qulu mən ha deyildim”¦
Dərdiniz nədi axı, cənablar? Bu yazıdan sonra millətimizin bütün çıxdaşları, daha sıx birləşin.
İrəli, cənablar, qadına qarşı irəli!
Allah sizə əcir versin”¦