Türkiyə siyasətində tərs-mütənasiblik problemi
Köşə
Oxunub: 5892
24 Jun 2014 | 11:50
 Türkiyə siyasətində tərs-mütənasiblik problemi

Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev Ərdoğan hökumətinin beynəlxalq siyasətdəki doğru-yanlış addmları barədə maraqlı analitik yazı ilə çıxış edib. Moderator.az-a ünvanlanan bu yazını oxuculara təqdim edirik:

"11 sentyabr 2001-ci il hadisələri  əslində  özündən əvvəlki 20 il ərzində  beynəlxalq miqyaslı üç  qüvvə arasındakı  ziddiyyətlərin latent dövrünün başa çatdığını və onların açıq qarşıdurma mərhələsinə qədəm qoyduğunu göstərirdi. Bir zamanlar çox əzəmətli və məğlubedilməz görünən Əkiz qüllələrin çökməsindən dərhal sonra  genişlənən körfəz müharibəsi, az sonra Yaxın Şərqi və daha sonra Şimali Afrikanı da bürüyən  müharibələrin  alovu bu əraziləri orada yaşayan xalqlarla birlikdə yandırıb kül edənədək sönənə oxşamır. Beynəlxalq  terrorizmin beynəlxalq imperializmə qarşı elan etdiyi açıq savaş eyni zamanda imperializmin milli avtoritarizmə, terrorizmin isə həm avtoritarizmə və həm də imperializmə qarşı apardığı müharibəyə  qovuşaraq hamının hamıya qarşı müharibəsinə çevrilib. Ayrı-ayrılıqda beynəlxalq imperializmi, milli avtoritarizmi  beynəlxalq terrorizmi təmsil edən qüvvələrin bir-biri ilə ölüm-dirim savaşına girdiyi Yaxın Şərq müharibəsi  bir dövlətin ərazisindən, siyasi, iqtisadi, geo-strateji  və s. maraqları çərşivəsindən çıxaraq  regional miqyas almış və əslində hələlik o qədər də böyük olmayan üçüncü dünya müharibəsinə çevrilmişdir. Siyasi analitikada hələ də “vətəndaş müharibəsi” adlandırılan Suriya müharibəsi  isə artıq çoxdan vətəndaş müharibəsi  olmaqdan çıxmışdır. Hadisələrin axarı açıq-aşkar göstərir ki, bu İran, Rusiya, ABŞ və Avropa Birliyi kimi supergüclərin maraqlarının toqquşmasından doğan böyük bir partlayışdır. Region ölkələrində gedən aramsız müharibələr bu partlayışdan doğan qığılcımlar, bu savaşlarda ölən və öldürən terror qruplaşmaları isə həmin supergüclərin aşıq və ya gizli şəkildə maliyyələşdirdiyi, silahlandırdığı və istiqamətləndirdiyi döyüş alətləridir. Hər bir tərəfin strateji məqsədlərinin məlum olduğu, taktiki gedişlərin isə tez-tez dəyişdiyi bir şəraitdə kimin kimə qarşı vuruşmasını zaman həll edir. Hər zamanın isə öz hökmü var. Dünənə qədər  Əsəd rejiminə qarşı döyüşən İŞİD qruplaşması Bəşər Əsədi qalib elan edən qondarma prezident seçkilərindən dərhal sonra  silahını qonşuluqda yerləşən İraqa qarşı yönəldir. Son 3 il ərzində həmsərhəd olduğu ölkədə gedən və 150 mindən çox insanın həyatına son qoyan  amansız müharibənin mahiyyətini  hələ də anlamayan İraq höküməti isə qəflət yuxusundan ayılaraq  üç il əvvəl  ölkədən çıxarılmasını təkidlə tələb etdiyi Amerika qoşunlarını  yenidən köməyə səsləyir. Hadisələrin niyə bu qədər sürətlə və kəskin şəkildə dəyişməsini anlamaq üçün  hər şeydən öncə hamıya məlum olan bir həqiqəti dərk etmək gərəkir. Bütün faciələrdə olduğu kimi, son 20 ildə beynəlxalq siyasət teatrının Yaxın Şərq səhnəsində oynanılan faciənin  də öz qəhrəmanları, məğlubları və qurbanları var. Hələlik mütləq qəhrəman və ya mütləq qalib haqqında danışa bilməsək də hər halda ABŞ -ın bu faciəni qalib və  qəhrəman rolunda  başa vuracağını ehtimal etmək olar.

2-ci körfəz müharibəsində ABŞ-ın sayəsində Səddam rejiminə son qoyulması bu gün İraqı idarə edən qüvvələr üçün o zamanadək xəyallarına belə gətirə bilməyəcəkləri imkanlar açdı.  Səddam despotizmindən yenicə qurtulmuş ölkədə hakimiyyət  bir çox onilliklər ərzində milli - muxtariyyət hüququ uğrunda mücadilə aparan kürd hərbi birləşmələrinin əlinə keçdi. Az sonra ölkənin böyük bir hissəsində Kürdistan muxtariyyatı elan edən, əslində isə İraq daxilində mərkəzi hakimiyyətlə hesablaşmayan, de-fakto müstəqil Kürdistan dövləti  yaradan İraq höküməti özünü qalib, ABŞ-ı isə işğalçı elan edərək  ABŞ qoşunlarından ölkəni tərk etməyi tələb etdi.  ABŞ-da  siyasi mötədilliyi ilə seçilən demokratların hakimiyyətə gəlməsi  İraq hakimiyyətinin arzusunun həyata keçməsini ”“ ABŞ hərbiçilərinin ölkəni tərk etməsini daha da tezləşdirdi. Lakin  qalibiyyət eyforiyasının şirinliyini dadmağa macal tapmamış  İŞİD terrorçuları  cəmi yarım gün ərzində ölkənin az qala yarısını işğal edə bildi. Bir qrup muzdlu silahlıların qarşısında aciz qalan İraq ordusu silah-sursatlarını ataraq öz mövqelərini qoyub qaçdılar. Ölkənin neftlə zəngin olan böyük  bir hissəsini  ildırım sürəti ilə ələ keçirən İŞİD-çilər qarşısında vahimə İraq hakimiyyətini təkidlə ölkədən çıxardığı ABŞ qarşısında diz çökməyə vadar etdi. Cəmi üç il öncə özünü qalibiyyət kürsüsündə hiss edən İraq hakimiyyətinin bu günkü miskin durumunu isə yalnız “biabırçı məğlubiyyət” adlandırmaq olar. Bu ironik vəziyyət 2-ci körfəz müharibəsindən az sonra qardaş Türkiyənin düşdüyü vəziyyəti xatırladır. Bu məsələyə  az sonra qayıdacağıq. Hələliksə İŞİD-çilər  ölkənin içərilərinə doğru irəliləmək və artıq paytaxt Bağdad uğrunda amansız savaşa girişmək əzmindədirlər. İşğalın elə ilk saatlarında  Mosul şəhərindəki Türkiyə konsulluğunda çalışan bütün diplomatları, yol boyu rastlaşdıqları  beynəlxalq daşıma xidmətləri göstərən bütün türk sürücülərini  və türk inşaatçılarını ələ keçirən terrorçular qardaş Türkiyəni də təhdid etməkdən çəkinmirlər. Cəmi  bir neçə gün əvvəl Diyarbəkirdə hərbi hissə üzərində dalağalanan türk bayrağının endirilməsinin doğurduğu həyəcan səngiməmiş İŞİD terrorçularının türkmənlərin məşkunlaşdığı İraq ərazilərini ildırım sürəti ilə zəbt etməsi və əsir götürdüyü türk vətəndaşlarının azad edilməsi üçün 5 milyon dollar tələb etməsi açıq-aşkar terrorçular və onları dəstəkləyən dövlətlər tərəfindən Türkiyəyə meydan oxumağa bənzəyir. Son illər ərzində öz beynəlxalq  siyasətində region dövlətlərinin maraqlarını islami dəyərlər zəminində birləşdirməyə cəhd göstərən Ankara bu gözlənilməz təhdid qarşısında şaşırmış kimi görünür. Belə ehtimal etmək olar ki, Türkiyəni şaşıran bu dəfə duel əlcəyinin onun öz siyasətində rəhbər tutduğu islamçılıq şüarlarını başları üzərində dalğalandıran dindaşları tərəfindən atılmasıdır.

Nə qədər acı olsa da etiraf etməliyik ki,  Türkiyə  bu çoxsəhnəli və çoxpərdəli Yaxın Şərq teatrının  qəhrəmanları sırasında deyil, yumşaq desək,  qurbanları və ya məğlubları sırasında görünür. Bu qənaətə gəlmək üçün hadisələrin çox da uzaq olmayan başlanğıcına qayıtmaq və yeni əsrimizn əvvəlindən bu günədək Türkiyənin beynəlxalq siyasət arenasındakı gedişlərinə nəzər salmaq kifayətdir. Hələ 2-ci körfəz müharibəsinin lap başlanğıcında hadisələrin gedişinin dönməz xarakter aldığı açıq-aşkar görünürdü. Corc Buş hakimiyyətinin qətiyyəti və qlobal siyasət müəllifləri arasında o zamankı güc nisbəti başlamaqda olan savaşın aqibətini öncədən bəlli edirdi. Türkiyə üçün taleyüklü bir məqamda vəziyyəti düzgün qiymətləndirməklə lap yaxın günlərdə baş verəcək qlobal transformativ hadisələrdən Türkiyə üçün öz ölkəsinin milli maraqlarına uyğun  istiqamətdə faydalanmaq heç də çətin deyildi. Lakin elə o məqamda Türkiyə xarici siyasətinin paradoksu özünü göstərdi - Türkiyə Böyük Millət Məclisi ABŞ qoşunlarının  öz ərazisindən keçməklə İraqa hücum etməsinə icazə vermədi. Bəzi siyasətçilər bunu Türkiyənin öz qonşuları ilə münasibətlərini qoruyub saxlamaq cəhdi və onun özünü hər zaman terror hücumlarına məruz qoyan qonşu ölkəyə münasibətdə xoş məram nümayiş etdirməsi kimi qələmə versələr də, əslində bu Türkiyə siyasətinin qətiyyətsizliyinin göstəricisi idi. Bunu Türkiyədə demokratiyanın üstünləşməsi və hətta Türkiyənin ABŞ kimi supergüclə hesablaşmamaq qədər qüdrətli olduğunu bəyan edib öyünənər olsa da, əslində bu  Türkiyə xarici siyasətinin öz hüdudlarından kənarda öz milli maraqlarını qorumağa hazır olmadığını və ya bəlkə də bunun Türkiyə xarici siyasətində prioritet olmadığını göstərən acı reallıq idi. Bu addımı atmaq üçünsə kifayət qədər əsaslar vardı. İlk növbədə,Türkiyənin ABŞ-la  NATO çərçivəsində çoxillik tərəfdaşlıq tarixi Türkiyəni İraq despotizmi qarşısında hər cür mənəvi öhdlıklərdən azad edirdi.  Digər tərəfdən, demokratik inkişaf yolu ilə irəliləməkdə israrlı olan Türkiyənin artıq günləri sayılmaqda olan Səddam Hüseyn rejimi qarşısında heç bir  mənəvi öhdəliyi də ola bilməzdi. Məhz o zaman Türkiyə İraqın şimalından ona yönəlmiş PKK təhdidlərinə birdəfəlik son qoymaq, sonrakı mərhələdə isə soydaşlarımız olan türkmənlərin məskunlaşdığı Mosul və Kərkük əyalətlərinə muxtariyyət statusu qazandırmaq üçün  körfəz proseslərində yaxından iştirak etməli və sonda regionda söz sahibi olmaq şansını qazanmaq  üçün birmənalı şəkildə ABŞ-ın yanında olmalı idi. Bütün bunlara baxmayaraq, anlaşılmaz səbəblərdən Türkiyə bu addımı atmadı. Nəticə isə özünü çox gözlətmədi. Səddam Hüseynin devrilməsindən dərhal sonra yeni İraqda söz sahibinə çevrilmiş PKK-çılar Türkiyə ərazisinə daha cürətli basqınlar etməyə, onlarla türk əsgərini qətlə yetirməyə cəsarət etdilər. Az öncə populist səbəblər gətirməklə ABŞ kimi qüdrətli tərəfdaşına rədd cavabı vermiş Türkiyə bu dəfə həftələrlə aparılan danışıqlardan sonra onu təhdid edən terrorçu düşərgələrini bombalamaq üçün köhnə müttəfiqindən izin ala bildi və məhz ABŞ-la razılaşdırdıqdan sonra özünün hərbi hava qüvvələrini Şimali İraq üzərinə qaldıraraq PKK  terrorçularına ciddi zərbələr endirə bildi. Körfəz müharibəsinin sonucu olaraq Türkiyənin əldə edə biləcəyi, lakin əldə etmədiyi bütün üstünlüklərdən isə İraqın şimalında de-fakto müstəqil Kürdistan yaratmağa nail olan kürd hərbi birləşmələri yetərincə faydalandı. Bütün ümidlərini Türkiyəyə bağlamış türkmənlər isə bu gün də həm İraq hakimiyyətinin, həm Kürdistanın və həm də İŞİD-çilərin nişangahında etnik təmizlənmə obyektinə çevrildilər. Soydaşlarımıza sahib çıxmalı olan Türkiyə isə artıq hadisələrə müdaxilə etmək iqtidarında deyil. Beləliklə, Türkiyə regionda söz sahibi olmaq fürsətini əldən vermiş oldu.

Regional siyasi rəqabətdə revanş götürmək istəyən Türkiyə növbəti gediş kimi Hamas qruplaşmasının nəzarətində olan Fələstinlilərə yardım göstərmək təşəbbüsündə bulundu. Bu təşəbbüsün regionun ən güclü dövləti olan İsrailin maraqlarına zidd olduğu və bunun beynəlxalq mübahisəyə  çevriləcəyi öncədən bəlli olsa da, fələstinlilərə (əslində terrorçulara )  humanitar yük aparan  “Mavi Mərmərə”   gəmisi öz inadından dönməyərək Türkiyəni növbəti dəfə nüfuzdan salmağa doğru irəliləməkdə davam etdi.  Bədəlinin ödənməsi mümkün olmayan çoxsaylı soydaşlarımızın həlak olması bu yürüşün ilk acı nəticəsi idi. Digər nəticə isə Türkiyəni dəfələrlə təxribatdan çəkinməyə səsləyən və öz milli maraqlarına uyğun qətiyyətli addım atan İsrailin nüfuzunun artması,  Türkiyənin isə növbəti  dəfə aciz duruma düşməsindən  ibarət oldu.  Davos forumunda  bütün dünyanın gözü qarşısında Başbakanımızın İsrail prezidentinə qarşı  çılğın təzyiqi də vəziyyəti Türkiyənin xeyrinə deyil, növbəti dəfə yenə də İsrailin xeyrinə dəyişdirdi.

Suriyada hadisələr başlayarkən Trkiyənin mümkün qədər neytral mövqe tutacağını gözləmək olardı.  Türkiyə milli maraqları məhz bunu tələb edirdi.  Lakin vaxtaşırı Suriyadakı hadisələrə münasibət bildirən Türkiyə siyasəti nəhayət öz çılğınlığını saxlaya bilməyib hansı qüvvələrin tərəfində durduğunu açıq-aşkar büruzə verdi və bununla da yalnız Əsəd rejimini deyil, həm də İranı və Rusiyanı təəccübləndirdi və özünə qarşı çevirdi. Əlbəttə, zamanında öz köklü milli maraqlarının olduğu İrak münaqişəsinə müdaxilə etməyən və inanılmaz biganəlik göstərən Türkiyənin heç bir milli marağı olmadığı Suriyadakı hadisələrə aktiv münasibəti region dövlətlərini təəccübləndirməyə bilməzdi.  

Bütün bu tərəddüdlər və təəccüblər içində tez-tez istiqamətini dəyişən Türkiyə xarici siyasəti  Qloballaşma proseslərinin lokomotivləri olan Amerika və Avropa dövlətlərində də ona qarşı etimadı azaldır. Eyni zamanda belə bir təsəvvür yaranır ki, Türkiyənin regional xarici siyasəti milli maraqlar üzərində deyil, dini maraqlar üzərində formalaşır. Türkiyənin regiondakı müsəlmanların hamisi kimi görünmək cəhdləri beynəlxalq siyasət nəzəriyyəsində təqdir olunmayan bir yanaşmadır və heç bir halda uğur gətirəcək siyasətə bənzəmir.  Bu gün dünya inkişafının aparıcı tendensiyası  dini təəssübkeşlik deyil,  qloballaşmadır. Qloballaşma prosesi isə millətin ümmətə deyil, onun tarixi, mədəni, sivilazasion əsaslarda öz soykökü üzərində birləşərək  seçkin sivilizasiya şəklində dünya birliyinə inteqrasiyasını nəzərdə tutur. Bu məntiqdən yanaşdıqda Qloballaşma prosesi bütün müstəqil türk dövlətlərinin öz aralarında daha sıx müttəfiqləşərək  bütöv türk sivilizasiyasını  ərsəyə gətirməsini  və bu sivilizasiyanın latın,roman, hind, çin, slavyan və s. sivilizasiyalardan fərqli olan, özünəməxsus türk sivilizasiyası timsalında qlobal birliyə inteqrasiyasını nəzərdə tutur və mümkün  edir. Müasir dünya türklüyü üçün əlverişli olan belə bir mühitdə Türkiyənin beynəlxalq siyasət meydanında  “millətdən ümmətə intyeqrasiya” kursunun  qloballaşma dövrünün çağırışlarına cavab vermədiyini nəzərə almaması isə yalnız təəssüf doğurur.

Son onillikdə Türkiyənin beynəlxalq siyasətində müşahidə olunan anlaşılmazlıqlar onun daxili siyasətində  də vaxtaşırı özünü göstərməkdədir. Yarandığı gündən Turkiyə dövlətçiliyinin, sivil və demokratik dəyərlərin keşiyində mətanətlə dayanmış  türk ordusu dünyanın ən qüdrətli güclərindən biri kimi tanınır. Yüzlərlə yüksək rütbəli zabitlərin və generalların  Ergenokon araşdırması sonucu həbslərə atılması hər halda daxili auditoriyada da birmənalı qarşılanmamışdı. Öz Vətənini canı və qanı ilə qorumağa hər zaman hazır olan generalların Vətənə xəyanətdə suçlanması və bir neçə il sonra bunun yanlış olduğu bilinərək azadlığa buraxılması yalnız hakimiyyətin ölkə daxilindəki nüfuzunu deyil, eləcə də türk əsgərinin öz dövlətinə inamını sarsıda bilər.  Buna inanmaq istəməsək də, bütün Türkiyənin  gözü qarşısında, türk hərbi birləşməsinin üzərində dalğalanan bayrağımızın terror örgütünə loyal bir yeniyetmə tərəfindən endirilməsi və türk əsgərinin hərəkətsiz qalması  bu barədə düşünməyə vadar edir.

Bu gün Türkiyə hakimiyyəti ölkə daxilində də gərgin və amansız mübarizə içindədir. Bu mübarizənin bir tərəfində davamlı olaraq hakimiyyət, digər tərəfində isə gah Atatürk xatirəsinə sayğı göstərməyi tələb edən Gəziçilər, gah hakimiyyəti mənasız video-kassetlərlə  guya “diskreditasiya etməyə” çalışan CHP-çilər, gah  hakimiyyətə xeyir-duası ilə gəlinən Gülənçilər, gah dinlilər, gah da dinsizlər  və s. dayanır.   Bu gün nurçularla amansız mübarizə aparan hakim partiyanın  özünün də vaxtilə Gülən şinelindən çıxdığını nəzərə alsaq belə bir mənzərə yaranır ki, Türkiyədəki bütün qüvvələr , hətta bu hakimiyyəti doğuran qüvvələrin özü də  sanki mövcud hakimiyyətin əleyhinədir. Türkiyədə toplumun bu qədər hissələrə bölünməsi isə çox təhlükəlidir. Təkcə Türkiyənin özü üçün deyil, eləcə də gələcəyə ümidlərini 90 yaşlı müstəqil Türkiyənin müdrikliyinə bağlayan, öz güclərini böyük və qüdrətli Türkiyənin gücünə qatıb dünya türklüyünün əzəmətini nümayiş etdirmək arzusunda olan 250 milyonluq dünya türklərinin aqibəti üçün təhlükəlidir. Bütün bunları göz önünə gətirdikdə belə bir qənaət hasil olur ki, mövcud qlobal siyasət meydanında Türkiyə daha güclü ola bilərdi. Təəssüf ki, 1-ci dünya müharibəsinin alovlarından yenilməz qüdrət sahibi kimi çıxmış Türkiyə 3-cü dünya müharibəsinin hələ  prelyudiyasında qlobal siyasətdə özünün strateji  mövqelərini  itirmiş kimi görünür.

Bütün dinləri müqəddəs hesab etmək olar, amma türk siyasəti anlamalıdır ki,  dünyanın inkişafı dini mənsubiyyətə və ya təəssübkeşliyə deyil, suveren milli dövlətlərin tərəqqisi sayəsində onların üzərində qərar tutan və daim inkişaf edən qlobal siyasi sistemin təşəkkülünə əsaslanır. Dünya inkişafının dialektik qanunauyğunluğuna görə, Bəşəriyyət bir-birindən xəbərsiz şəkildə mövcud olmuş mağara insanlarından vahid qlobal siyasi məkanda yaşayan dünya birliyinə qədər təkamül edən vahid bir orqanizmdir. Bu qlobal orqanizmin içində türk varlığını qoruyub saxlamaq və onu özgür türk sivilizasiyası şəklində dünya birliyinə  inteqrasiya etdirə  bilmək bütün dünya türklərinin və onların yaratdıqları dövlətlərin siyasi, iqtisadi və ilk növbədə, mənəvi birliyindən keçir. Parçalanmaq əvəzinə birləşmək, birləşərək güclənmək, güclənərək dünyada söz və nüfuz sahibi olmaq hər bir türk dövlətinin siyasətində və hər bir türk toplumunun iradəsində öz əksini tapmalıdır. Öncəliklə də Türkiyə siyasətinin bu istiqamətə yönəlməsi həm Türkiyə, həm də bütün türk dünyası üçün həyati əhəmiyyət daşıyır. Regional və qlobal siyasətin rəqabət meydanında  uğur qazanmaq üçün qardaş Türkiyə öz  siyasətindəki tərs-mütənasibliyi aradan qaldırmalı, dünyanın obyektiv inkişaf qanunlarına uyğun, dünya birliyi üçün anlaşılan və qlobal siyasi arenada Türkiyəyə etimad qazandıran, özünün ümummilli maraqlarını təmin edən,  qohumları  və qonşuları üçünsə faydalı olan xarici və daxili siyasət doktrinasını bəyan etməlidir.  Bu baş verməzsə, XXI əsrin türk əsri olacağı haqda səslənən fikirlər təəssüf ki, xoş bir xəyal olmaqdan o yana gedə biləməyəcək."

 

Oxşar xəbərlər
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi