İnsanlarla ünsiyyətdə olmağı çox sevirəm. Yəqin ki, bu kiçik yaşlarımdan fərqli insanların arasında olmağımla bağlıdır. İlk dəfə Araz Elsəsin konsertində xalamın tikdiyi Azərbaycan bayrağı libasını geyinəndə heç 3 yaşım yox idi. Elə o gündən bayrağımızın üstündəki üç rəngi çox sevdim. Doğru xatırlayıramsa 2002-ci ildə futbol üzrə dünya çempionatında Türkiyə 3-cü olmuşdu. Onda da gözəl bayraq libasımda, başımda da Türk bayrağı Türkiyə səfirliyinin önündəki bayram coşqusuna qatılmışdıq. Şəkillərimi qəzetlərdə görəndə çox sevinmişdim. Bağçada müəllimlərim, qonşularımız, qohumlarımız məni daha çox sevmişdilər o libasıma görə. Elə bayraq libasımla, bayrağımıza olan sevgimlə bağlı sualları cavablandıra-cavablandıra ünsiyyət dairəm genişlənmişdi. Hiss edirdim ki, mənə sual verilməyəndə darıxıram”¦
”¦Almaniyaya gəldiyimiz gündən də almanlarla
ünsiyyətdə olmağa çalışıram. Burda diqqətimi ən çox çəkən güllü-çiçəkli
eyvanlardakı bayraqlar oldu. Xüsusi bayramlarda, şənliklərdə də Almaniyanın
üçrəngli ( qara, qırmızı, sarı) bayrağı saç tokasından tutmuş, papaq, libas və
s. şəkillərdə almanların əsas bəzək tərzi olur. Almanların gündəlik həyat
tərzi, yaşam fəlsəfələri, mədəniyyətləri mənə ilk aylar çox qəribə gəlirdi.
Məsələn, yaşadığımız məhəllədə axşam saat səkkiz və ya doqquzdan sonra həyat
sanki ”žölür“. Məktəbdə dərs vaxtı müəllimin masanın üzərində oturması,
şagirdlərin alabəzək geyimləri, tənəffüsdə məktəbin həyətində asfaltın üstünə
”ždöşənib“ günəşlənmələri mənə çox qəribə gəlirdi. Mən və qardaşım açıqca
seçilirdik onlardan. Bax burda da ünsiyyətçillik çox çatdı köməyimə. Sinif
yoldaşlarımla, hətta müəllimlərimlə tez bir zamanda dostlaşdıq. Hə, ciddi
deyirəm, Almaniyada müəllimlərlə şagirdlər çox səmimi dostdurlar həm də.
Əvvəllər dil problemim məni hərdən ruhdan salırdı. Amma yeni dostlarımın və
qayğıkeş müəllimlərimin dəstəyi ilə bu çətinliyi aşdım.
Yetər ki, bir almana kömək üçün müraciət et,
sual ver. Sualını tam cavablandırmayana qədər səndən əl çəkməz. Tanımadığın hər
kəs səni salamlayır burda, həm də gülərüzlə. Bu çox maraqlıdı.
Mən və qardaşım Eifel Gymnasium-KOLLEG"də
təhsil alırıq. Burda müxtəlif millətlərdən uşaqlar var. Qardaşıma ilk həftədən
məktəbin direktoru ”žintellektual“ şagird deyir. Bircə həftənin içində direktor
da, bütün müəllimlər hamımızı adımızla çağırırdı. Bu məni çox
təəccübləndirmişdi. Biz hər fürsətdə Azərbaycan haqqında danışırıq. Kollecin ən
savadlı şagirdi olan Timo artıq bizi azərbaycanca salamlayır. Timo iki kitab
müəllifidi.
Azərbaycana marağı çox böyükdür. Bu yay
tətilini Azərbaycanda keçirmək istəyir. Hər gün bizdən ona ana dilimizi
öyrətməyi xahiş edir. O da, biz də çox həyəcanlıyıq. Bəlkə elə Timonun üçüncü
kitabı Azərbaycana həsr olundu? Bunu çox istəyirik.
Həftə sonu qatarda maraqlı bir hadisə oldu. O gün futbol üzrə
dünya çempionatında Almaniya oynayırdı. Bir qrup alman xüsusi əhval-ruhiyyə ilə
qızğın şəkildə oyunun nəticələrini müzakirə edirdi. Mənim və qardaşımın onlara
diqqətlə qulaq asdğımızın fərqində olan biri yerini dəyişib, yanımıza oturdu. Adı Michael idi. Bizim hansı ölkədən gəldiyimizi öyrəndikdə, ”žAha”¦
Bakı, Avrovizion, petrol”¦“ deyib gülümsədi. ”žBaşqa, başqa nə bilirsiniz?“
dedim. Başqa heç nə bilmirdi. Milli kimliyimizi soruşdu. Türk,- dedim. Həmən
tarixçi ”žalim“ qardaşım söhbətimizə qarışdı: ”žAzərbaycan nüfüzunun əsas hissəsi
türkdü. Azərbaycanın bir hissəsi də İranın müstəmləkəsidi. Bir vaxtlar Almaniya
necə bölünmüşdüsə, bax bizim millət də indi o vəziyyətdədi”¦“
Michaelin futbol əhvalını dəyişmişdik deyəsən.
”žİndi dünya dəyişib. Parçalanmış bir millətin istədiyi zaman birləşmək haqqı
var. Bunu təbii ki, xalq istəməlidir. Sizin xalq bunu istəyirmi?“ deyə sual
verdi bizə. İkimiz də, hətta üçümüz də (anam bizi sadəcə müşahidə edirdi) bir-birimizə
baxdıq”¦ Əlbəttə istəyir, demək istədim. Amma cavab verməyə macal olmadı.
Başımız söhbətə qarışdığından az qala enəcəyimiz dayanacağı qaçıracaqdıq.
Tələsik sağollaşıb qatardan endik. İndiyə qədər bir şeyi düşünürəm. Biz
Michaelə ”žƏlbəttə birləşmək istəyirik“ desəydik və onun
da bizə növbəti sualı ”žO zaman niyə birləşmirsiniz?“ olsaydı, nə cavab
verərdim? Doğrudan da, Michael demiş, axı dünya dəyişib. Biz niyə birləşmirik???
Ayan Ağa