Çaykənarı meşə zolağı ilə
çayın arasındakı kiçik daxmada yaÅŸayırdı qoca balıqçı. ÆslindÉ™, balıq tutmaq onun
ikinci sənəti, bir növ əyləncəsi idi.
Daxmanı taxtadan düzəltmişdilər.
Yağışın, rütubətin təsiri nəticəsində damın qırmızı kirəmitli örtüyü yaşıla
çalırdı. Evin ətrafında bir-birindən aralı qarğıdan hörülmüş kiçik çəpərlərdə
özünün istifadəsi üçün tərəvəz məhsulları əkirdi. Ardıc ağacının altında iki düzbucaqlı
dəmir parçası üz-üzə yerə bərkidilmişdi. Dəmir parçalarının başı üstdən torpağa
sancılan üçüncü çərçivə ikisinin ortasından keçirdi. Futbol meydançasındakı
qapılar kimi üz-üzə dayanan dəmirlər qazan, şiş və s. yerləşdirmək üçün nəzərdə
tutulsa da, onlardan enli və daha hündür görünən üçüncü düzbucaqlı çayı, xörəyi
hisdən qorumaq məqsədi ilə ocaqüstü asılqan rolunu oynayırdı.
Ocaqla evin arasında ağac
kötüklərinin üstündə eni bir metr olmaqla iki metr uzunluğunda miz düzəltmişdilər.
Mizin oturacaqları da kötüklər idi.
Hava qaralana kimi rəsm
çəkir, müxtəlif yazılar yazır, nə işi varsa görüb qurtarır, şər qovuşanda neftlə
alışan əl fənərini götürüb balıq ovuna gedirdi.
Çoxdankı geoloq idi. Evi
ÅŸÉ™hÉ™rdÉ™ olsa da, günü-güzÉ™ranı düşərgÉ™lÉ™rdÉ™ keçmiÅŸdi balıqçının. “O daÄŸ sÉ™nin, bu dÉ™rÉ™ mÉ™nimâ€â€“ deyÉ™-deyÉ™ cavanlığında
torpağın altını, üstünü ələk-vələk eləmişdi.
Yaralandı sonra qoca.
Öz torpağında yad qəlpəsi yeritdilər ayağına. Nə dağlara qalxa bildi, nə evə
sığdı... Meşəyə pənah gətirdi. Bu yerlər o yerlərə bənzəməsə də, yaşaması üçün şərait
yaradırdı əməkdar geoloqa.
Balıq ovunda ən çox
“üzÉ™n çubuqlar†idi istifadÉ™ variantı. ÆllÉ™rinin É™smÉ™si balığın diqqÉ™tini
tilovun başlığındakı yemə daha tez cəlb edirdi. İsti aylarda xarab olmasın deyə,
böyük olsa, bir, kiçik olsa, iki balıqdan artıq ovlamazdı.
Balıqdan qayıdandan
sonra isə otların üzərində uzanırdı. Gözlərini yumandan sonra hər dəfə gördüyü
eyni mənzərə ürəyinə eyni cür toxunurdu.
Uzaq-uzaq dağların
qarlı sərt qayaları üstündə dağınıq inciləri xatırladan gümüşü gül bitərdi.
Adına yerli sakinlər edelveys deyirdilər. Bir-birini eyni fasilə ilə təkrar edən,
ensiz və uzun yarpaqlardan ibarət gövdənin başına sancılmış tək gül, yağış
damcılarını tuturmuş kimi, açılmış ələ bənzəyirdi. Dağlar kimə qaldı, güllər
kimin oldu, kim bilmir? Amma əllər onda da Göyə açılmışdı, indi də...