Yox, qardaşlar, səhv başa düşməyin...Bu xəstəlik yoluxucu olsa da Ebola ilə müqayisə edilə bilməz. Ebolada insanın cismi zədələnir. Bu xəstəlikdə isə insanda əsasən mənəviyyat parçalanır və zaman- zaman insan əsl mənəviyyatsız bir məxluqa çevrilir.
Adətən bu xəstəliyə siyasət adamları, beynəlxalq
hüquq və media sahəsində çalışanlar yoluxurlar. Lakin Azərbaycanda yazıçıların
arasında da bu xəstəliyə yoluxma halları qeydə alınıb. Sözün açığı, xəstəliyin
simptomları qeyri-adidir. Tuallerantın daşıyıcıları əsasən öz ana dilində deyil,
qeyri dillərdə, yəni rus, fransız və ya ingilis dilində danışmağı üstün
tuturlar. Onların sosial şəbəkələrdəki dostluqlarında adətən çoxlu sayda erməni
millətindən olan istifadəçilər gözə dəyir.
Bu xəstəliyə tutulanlar üçün milli qeyrət məsələsi
arxa planda gözə görünməz yerdə yerləşir. Ola bilər ki, bu xəstəliyin
daşıyıcısı ailə qeyrətini yüksək səviyyədə qorusun, ancaq milli məsələlərdə əsl
qeyrətsizlik hökm sürür.
Tuallerant xəstələri ölkəmizdə baş verən
proseslərə özlərinə məxsus baxışları ilə seçilirlər. Onlar üçün ölkəmizdə müsbət
heç nə yoxdur. Hətta respublikamızın şəhər və rayonlarında aparılan intensiv
quruculuq işlərinə, ölkəmizdə baş verən abadlaşma kimi deyil, yalnız korrupsiya
mənbəyi kimi baxırlar. Hərçənd ki, bu insanlardan fərqli olaraq digər vətəndaşlar
korrupsiyadan əlavə ölkəmizin gözəlləşməsi kimi müsbət işləri sevinclə qeyd etməyi
unutmurlar.
Bu tip xəstələrlə vətənpərvərlik mövzusunda
söhbətləşə bilməzsən. Onlar dərhal ”“ vətənpərvərlik əclafın son əl atdığı
fırıldaqdır - deyərək sənə doktor Samueldən sitat gətirəcəklər. Bu xəstələr
üçün millətsevərlik çox dəhşətli dərəcədə mənfi olan xüsusiyyətlərdən sayılır.
O səbəbdən məsləhətdir ki, onlarla içtimayi yerlərdə bu mövzuda söhbət etməyəsən.
Bir-iki kəlmə ilə səni MTN-in gizlin casusu kimi ətrafa tanıda bilərlər.
Tuallerant daşıyıcıların arasında geniş
yayılmış bir qanadlı cümlə var- “Erməni, azərbaycanlı və ya rus - fərq etməz, əsas
odur ki, demokratik və sivil düşüncəyə sahib olsun”. Onlar üçün milli rüşvətxordansa avropalı casus-təhdidçi
daha üstündür.
Bu xəstələrlə sosial şəbəkədə üz-üzə gəlsən səni
erməni millətindən olan birinin yanında təhqir edər və hətta erməni ilə sənə
qarşı pressinq etməkdən çəkinməzlər. Rus dilli yerli bakılı xəstələrlə bakı ermənisinin
“kruquna” düşsən və əgər sənin “rayonlu” olduğunu bilsələr yüz faiz Bakının
bütün problemlərini sənin üstünə yıxacaqlar. Hətta bu zaman oz aralarında
Bakını bizim kimilərdən təmizləmək barədə geniş müzakirələrin aparılması
istisna edilməməlidir.
Bu insanlar üçün Laura Baqdasaryan və Ermənistanın
MTX sabiq naziri David Şahnazaryan Azərbaycanın yaxın dostu, Leyla Yunus ”“ Həcəri,
Arif Yunus ”“ Hüseyn Cavidi, Ramiz Yunus isə, üzr istəyirəm əsl musavatçılardan
”“ az qala Məmməd Əmini sayılır. Onlar Əkrəm Əylislini vətənpərvər Azərbaycanlı,
Ramil Səfərovu isə cinayətkar hesab edirlər.
Sonda əlavə edim ki, uzun uzadı şəxsi
araşdırmalarımla bu nəticəyə gəldim ki, xəstəliyin virusu əsasən vətəndaşlarımızın savadlı hissəsinin kasıb təbəqəsində daha sürətlə
yayılır. Hərçənd ki, xəstələr var-dövlət topladıqdan sonra artıq bu virusdan
heç cür qurtula bilmirlər. Bəzi hallarda qurtulmağa çalışsalar da sonda ya
azadlıqdan, ya da həyatdan keçməli olurlar.
Xəstəliyin çatdırılma yollarını da özüm üçün
aşkar etməyə cəhd etdim. Gələcək potensial xəstələrə bu xəstəliyin virusu paket
vasitəsi ilə, milli və ya xarici valyuta şəklində çatdırılır.
Ancaq bu xəstəliyin qarşısını almaq mümkündür.
Bunun üçün vətəndaşlarımıza sadəcə və sadəcə dövlət qayğısı lazımdır. Dövlət
heç bir halda problemləri qaldıranları aradan qaldırmaqla problem həll etmək
yolunu tutmamalıdır. Heç bir halda unutmaq olmaz ki, müqəddəs yer boş olmur...
Nə isə, çalışaq bu xəstəliyə tutulmayaq!