Televiziya xalqın güzgüsüdür. Bu güzgüdən baxanda hər şey aydın görünür. Əgər orada obyektivlik, qərəzsizlik, hadisələrə real baxış varsa... Son iki ildə ən çox baxdığım və bəyəndiyim ATV kanalıdır. Sual doğur - niyə? Çünki kanal dövlət və dövlətçiliyimizi, siyasi, iqtisadi, sosial, mədəniyyət, idman sahəsindəki uğurlarımızı, milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi obyektiv şəkildə təbliğ edir. İşinə, vəzifəsinə məsuliyyətlə yanaşmayan, vəzifəsindən sui-istifadə edən məmurların, icraçıların iç üzü qərəzsiz şəkildə tamaşaçıya çatdırılır. Narazılıq doğuran aktual problemlər kanalda qabardılır, xalqa çatdırılır. Sevindirici haldır ki, qaldıran hər bir problem qısa vaxt ərzində lazımi ünvanlara çatır və problem aradan qaldırılır.
Bu təbii ki, ilk növbədə ATV -nin kollektivinin yüksək peşəkarlığının,
məsuliyyətinin, ideal idarəetmə bacarığı ilə seçilmələrinin nəticəsidir. Dünya
azərbaycanlıları ilə qurulan əlaqələr, dünyaya Azərbaycan həqiqətlərinin
çatdırılması yollarında aparılan işlər, mədəni irsimizin bir qolu olan
muğamlarımızın, ozan sənətimizin, milli rəqslərimizin təbliği kanalla tamaşaçı
arasında bir inam körpüsü yaradır. Şəhid ailələri ilə qurulan münasibət, müntəzəm
onlarla əlaqə, döyüşən əsgərlərlə əlaqədar görüşlərin təbliği kanalın xalqa
daha yaxın olmasından xəbər verir. Şəxsi münasibətlər bu kanalın iş prinsipinə
ziddir. Bunu biz həm tamaşaçı, həm də bir ziyalı olaraq efirdən aydın görürük.
Regionların sosial-iqtisadi inkişafı müntəzəm olaraq obyektiv
şəkildə işıqlandırılır. Kanalın daha bir müsbət cəhəti ondadır ki, aparıcılar
sırf Azərbaycan dilində danışır. Rus sözlərindən və ifadələrindən istifadə
edilmir. Deməli Azərbaycan ədəbi dilinin incəlikləri qorunub saxlanılır. Ölkədə
baş verən olaylar,.tədbirlər kanalın xəbərlər buraxılışında qərəzsiz şəkildə təqdim
edilir.
Sevindiricidir ki, bu kanala bütün ailələr birgə baxa bilir
Çünki onlar bu obyektiv, dəyərli kanala bir ailəm qədər inanırlar. ATV kanalına
baxan hər kəs bəhrələnir, kanalı dəyişmək istəmir. Çünki bu kanala rəhbərlik edənşəxslər
dövlətini, dövlətçiliyini sevən, onun bir əsgəri kimi keşiyində mübariz
dayananinsanlardır. Bu gün ATV ən baxımlı kanal olmaqla bərabər ziyalı bir
kanaldır. Əgər bir kanalda ziyalılıq varsa, deməli orda azərbaycançılıq var.
Var olsun özünün tərəqqi, inkişaf dövrünü yaşayan bənzərsiz ATV
İstər xəbər, istər mədəniyyət, istərsə də şou
sahəsində bol yeniliklər və dəyişikliklər göz qabağındadır. Bir çox verilişlər sentyabrın 15-dən, bəzi
teleproqramlar oktyabrın əvvəllərindən intizarla oturan seyrçilərin zövqünü oxşayaraq
tamaşaçı məhəbbəti qazanırYeni layihələr,çoxsaylı proqramlar kəmiyyət
yox,keyfiyyər,bədiilik baxımından inkişafa aparır kanalı..Uğurlarınız bol
olsun!
Filologiya
elmləri doktoru, professor, nəğməkar şair
Vüqar Əhməd