Kim nə deyir desin, ancaq 20 % torpaqları işqal altında olan respublikamızda hərbi qulluqçuların mənzillərlə təminatı məsələsində tələsməyə dəyməz. Nə olsun ki, bir iki hərbiçi bu tip ədalətsizliyə dözməyərək az qalır özünü kirayədə qaldığı evin damından atsın? Ay qardaşlar, ABŞ-ın, Avropa Birliyinin və yaxud digər üzdən iraq təşkilatların təziqi qarşısında duruş gətirən ölkəmiz bir iki canından bezmişin sözü ilə öz mənliyini aşılayaq təziqlə iş görəcək?!
22 il dövlətimizə qüsursuz xidmət edən bir vətəndaş
olaraq düşünürəm ki, əslində belə də olmalıdır... Xeyir ola ölkədə kimsə hərbiçilərimizin
qeydinə qalsın?! Hərbiçilər ölkənin ən dözümlü vətəndaşlarıdırlar. Əslində, bəlkə
də onları ölkəmizin dözüm simvolu adlandırmaq düzgün olardı...
Baxmayaraq
ki, ölkədə bütün digər vətəndaşların həyatını asan xidmətlə yüngülləşdrirlər, hərbiçilər
asan xidmət barədə düşünməməlidirlər. Asan xidmət sözünü onlara heç bir
aidiyyatı yoxdur. Bu cür qeyri ciddi xidmət barədə düşünmək hərbiçilərin döyüş
qabiliyyətinə mənfi təsir göstərir.
Hərbiçilər
yalnız döyüş postlarında, səngərlərdə əzab əziyyət çəkməlidirlər. Hərbiçilərin
ailə üzvləri isə ailə başçısı ilə paralel olarak çətin xidmət proseini keçməlidirlər.
Məsələn kirayyə evlərdə yaşamaqla...
Dünya
bazarında neft qiymətlərinin aşağı düşməsi və yerli hasilatın azalması səbəbindən
get gedə ölkəmizin maliyyə durumunda problemlərin yaşana biləcəyini nəzərə
alaraq ölkədə vəsait qənaətinə bir başa hərbi qulluqçulardan başlamaq lazım
olduğunu düşünürəm. Yox- yox, məni səhv başa düşməyin, hərbi təyinatlı dəmir
dümürə yenə də olduğu kimi milyardları xərcləmək lazımdır. Axı dəmir ildən ilə
köhnəlir... Onları daimi olaraq yeniləmək lazımdır. Hərbiçilər
isə köhnəlməzlər... Onlar dəmirdən də dözümlüdürlər.
Əgər
ehtiyac olarsa hərbi qulluqçuların aylıq məvaciblərini ehtiyyat vəsait kimi
saxlamaq lazımdır. Misal üçün, gələn il respublikamızda keçiriləcək avropa
idman oyunlarına hazırlıq tədbirlərinə böyük vəsait xərcləndiyindən, hərbi
qulluqçuların məvaciblərini hədiyə olaraq idmançılarımıza peşkəş etmək
lazımdır.
Peşkəş
demişkən, il ərzində hərbiçilərimizə verilməsi üçün ayrılan 2-3 mənzili də əzablı
xidmətlərinə görə idmançılarımıza hədiyyə etmək qoğru olardı. Nədən axı onlar qələmi
iti media işçılərimizdən geri qalsınlar?!
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hərbi
qulluqçularımıza şikayət etmək, etiraz bildirmək “Zapadlodur”. Bu hərbiçiyə
yaraşmayan hal kimi artıq sovetlər birliyinin vaxtından düşüncələrdə yaşamaqdadır.
Hərbiçilərin
özləri bir yana, hətta onların ailə üzvləri, yəni həyat yoldaşları, övladları
kirayyə evlərdə yaşamaqdan qürur duymalıdırlar...Axı bu məşəqqətin özü də bir
sınaqdır...
-
Obyektin sosial durumu nə qədər
acınacaqlı olsa, əməliyyatln gedişi bir o
qədər ürəkaçan olar, - aforizmini məhşur Viktor Suvorov elə belə demirdi. Çox
böyük ustalıqdır ki, bu aforizmin Dərbənt keçidinin o tayındakı müəllifləri bu
tayındakı həmkarları ilə elementlərini razılaşdırıblar. Əks təqdirdə hərbi
qulluqçularımıza olan münasibəti anlamaq mümkün olmazdı...
Tərlan Qurbanov