Bu məktubu sizə ”“ oğulları yad torpaqlarda həlak olmuş əsgər atalarına dərin hüznlə yazıram, ”“ ən azı övlad itkisinin nə qədər ağır oldugunu bildiyim üçün”¦
Məktubumun yalnız sizə deyil, məntiqsiz müharibə və
münaqişələrin acısını dadmış bütün insanlara, az da olsa, təskinlik gətirəcəyinə,
yəni, bölüşmək istədiyim fikirlərin tərəfinizdən səmimi qarşılanacağına
inanıram: hər bir kəlməmin, hər bir cümləmin arxasında yalnız insanlıq və
humanizm meyarlarının dayandığına öz gözlərinizlə şahidlik edəcəksiniz.
Bununla belə, düşdüyünüz vəziyyətin, çəkdiyiniz dərdin
ağırlığını bütün incəliklərinədək duyan bir insan kimi, bu mənasız, amma son dərəcə
ağır və sağalmaz bəlaya düçar olanların sırasında nə birinci, nə də sonuncu
olduğunuzu bəri başdan böyük təəssüf hissilə diqqətinizə çatdırıram.
Öz şəxsi ambisiyaları naminə həyatınızı girov götürən,
övladlarınızı əsir alan, gələcəyinizi qumara qoyanların doğurduğu bu insan
qanına həris bataqlığı qısa zaman kəsiyində, özü də dinc yolla qurutmaq, bilirəm,
çətin olacaq.
Çevrənizdəki siyasi dəllalların vətənpərvərlik və dövlətçilik
kimi müqəddəs hisslərlə pərdələdiyi, əslində isə sırf maddiyata söykənən iti nəfsi
balalarınızı udan bu nəhəng əjdahanın tezliklə iştahadan düşəcəyinə inam
yeri qoymur.
O üzdən nəinki qapı arxasında qalmağınıza, heç adi bir
mükafata, diqqətə belə layiq görülmədiyinizə görə təəccüblənmədiyim üçün məndən
inciməyin və inanın: vurnuxduğunuz qaranlıq labirintin hətta günəşə ən yaxın
hücrəsində belə iynə sədəfi boyda işıq zərrəsi axtarıb tapmaq istəyimə
aramızdakı din, dil və məkan fərqi belə mane ola bilmir. Ancaq ayağısürüşkən
“ideoloq”larınızın zaman-zaman, növbəli şəkildə, çoxgedişli kombinasiyalarla,
üzdə mürəkkəb, əslində isə, hamımız üçün tamamilə aydın olan çox sadə və bəsit
siyasi gedişlərlə müşahidə olunan təhlükəli oyunları heç bir qayda və qanun
tanımır. Sizi ”“ erməni xalqının sadə nümayəndələrini hər gün müəmmalı övlad
itkilərilə için-için göynədən də, bir tikə çörək dalınca küçələrə salan da, yad
diyarlarda başıqapazlı edən də”¦ elə bu deyilmi!
Ətrafınıza diqqətlə baxın və sualıma səmimi cavab verməyə
çalışın: İrəvanda, övladları işğal edilmiş yad torpaqların “müdafiəsinə” zorla
göndərilən, ancaq öz ev-eşiyinə sahib çıxa bilməyən, bir tikə çörəyin, isti
od-ocağın yiyəsi olmayan qonum-qonşularınızın Qarabağ iddiasına, Qarabağ
sevgisinə inanırsınızmı?..
Bu sadə sualdı, ancaq bu sadə suala cavab verməyin
sizin üçün nə qədər ağır olduğunu bütün incəliklərinədək başa düşürəm: Bir qrup
ideoloji manyakın və o manyakların himayəsində tiryək havasına min hoqqadan
çıxan bir kəsimin əsarəti altında hər gün əzab çəkdiyinizi, alçaldıldığınızı, təhqir
olunduğunuzu, öldürüldüyünüzü”¦ dəqiq bilirəm. Sizi təmsil edən iqtidarın
sosial, siyasi, iqtisadi planları siyahısında adınızın heç sonuncu yerdə belə
omadığını da diqqətinizə çatdırmaqla bir ilkə imza atmadığımı yaxşı anlayıram”¦
Bir tikə çörəklə, övlad dağı ilə əhalinin başını
qatan, nə xalqın, nə də beynəlxalq hüququn dəstəyini qazanan bir iqtidara güvənməmək,
etibar etməmək sizin kimi küncə sıxışdırılmış insanların haqq etdiyi yeganə
yoldu. O üzdən Avropa Məhkəməsinə müraciətinizi, nəhayət, əsl həqiqət
axtarışlarında olan sadə erməni xalqının qazandığı möhtəşəm uğur kimi dəyərləndirirəm,
ancaq bunun neçə-neçə günahsız erməni gəncinin həyatı bahasına başa gəldiyini
düşünəndə təəssüflənməmək olmur, ”“ Allah bilir, hələ bundan sonra sizi nə qədər
belə itkilər gözləyir”¦
Sualıma verəcəyiniz cavabın adi məntiqlə cızılan
konturları isə o qədər aydın və şəffafdır ki, əvvəllər mənimlə, sonralar sizinlə,
daha sonralar isə ruslarla, belaruslarla, ukraynalılarla”¦ eyni məkanı bölüşən
soydaşlarınızın təsadüfən şahidi olduğum qəlb çırpıntılarını xatırlamaya bilmirəm.
Azərbaycan həsrətini, Bakı yanğısını hələ də ürəklərində daşıyan o insanların
sadəlövhcəsinə saxta İrəvan rəhbərliyinə ünvanladığı qarğış dolu lənətlər
indinin özündə də qulaqlarımdan çəkilmir: “Əclaflar bizi ev-eşiyimizdən didərgin
saldılar”¦”
Bu o iqtidardı ki, zaman-zaman zəngin nəzəri, praktik əsaslar
üzərində formalaşan, bərkiyən və yaşamaq hüququ qazanan beynəlxalq normaları
kobudcasına poza-poza uzun illərdir Ermənistan vətəndaşlarını ”“ sizin
balalarınızı zorla Azərbaycanın işğal edilmiş ərazilərinə ”“ Dağlıq Qarabağa hərbi
xidmətə göndərir; nəinki dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən
tanınmayan qondarma bir “respublika”nın “müdafiə”sini təşkil etmək adı
altında siyasi rezervuarlar yaradır və bu rezervuarları hakimiyyədəki ömrünü
mümkün qədər daha çox uzatmaq üçün təhlükəli vasitəyə çevirir: İrəvanda xalq
ayağa qalxan kimi Dağlıq Qarabağda dərhal süni lokal partlayışlar törədilir”¦
Bax beləcə, İrəvanda sizin səsiniz, Qarabağda isə
övladlarınızın qanı batırılır”¦
Məktubumda Qarabağın Azərbaycana məxsusuluğunu təsdiq
edən daşlaşmış tarixi faktlar haqqında danışmaqla bəlalı başınızı bir az da
ağrıtmaq istəmirəm. Onsuz da bu, sizdən ötrü heç bir maddi, mənəvi əhəmiyyət
daşımır. Çəkdiyiniz dərd o qədər böyükdü ki, yerliləriniz tərəfindən döyülə-döyülə
qətlə yetirilən zavallı övladınızın təhqir edilmiş, alçaldılmış ruhu ilə hər
gecə soyuq evinizin qaranlıq hücrəsində üz-üzə, göz-gözə dayandığınızı və hər
gecə yorulmaq bilmədən səhərədək öz-özünüzə verdiyiniz sualı
uzaqdan-uzağa duyuram: “Mənim balamın orada nə işi vardı axı!!?”
Bu elə çətin sualdı ki, o suala nəinki siz, heç sizin
oğlunuzun qatilləri ”“ sünu təkəbbürlə, məntiqsiz iddialarla növbə ilə hakimiyyət
sükanı arxasına keçən və qoltuq altından boylanan başbilənləriniz belə cavab
tapa bilmir. Görün vəziyyət hansı həddə çatıb: Avropa İnsan Haqları Məhkəməsinin
dolayısıyla sizin adınızdan dövlətinizə ünvanladığı sorğu da, bu sorğuya verilən
cavab da həm sizin, həm də beynəlxalq ictimaiyyətin bütövlükdə Ermənistan
haqqındakı təsəvvürlərində çox ciddi çatlar, çox ciddi şübhələr yaradıb:
nüfuzlu bir təşkilatin sorğusuna 1994-cü ildə Ermənistanla Qarabağ
arasında imzalanmış “dövlətlərarası sənədlə” cavab vermək üçün istər siyasi,
istərsə də hüquqi baxımdan, görəsən, nə qədər savadsız, nə qədər həyasız
olmalısan!?. Beynəlxalq ictimaiyyət, dünya birliyi, siyasi təşkilatlar bir kənara
dursun, heç Ermənistanın özünün belə tanımadığı bir qurumla “dövlətlərarası sənəd”
imzalaması və bu sənədi əsas gətirməsi siyasi arenada misli-bərabəri görünməyən
o qədər böyük riyakarlıq, o qədər böyük saxtakarlıq, o qədər böyük avantüradır
ki, o sənədi ictimai iaşə obyektlərindəki salfetlərlə belə müqayisə etmək
mümkün deyil. Yəqin elə buna görə həmin “sənəd”i indiyədək hələ də üzə çıxaran,
sizə təqdim edən tapılmayıb.
Övladınızın artilleriya bölməsinin komandiri və hərbi
hissə komandirinin müavini tərəfindən döyülərək öldürülməsi, lakin qondarma
“dövlətin” müdafiə naziri Seyran Ohanyanın xahişi ilə cinayətkarların hələ də məsuliyyətə
cəlb olunmaması ilə bağlı iddianız mənim yuxarıda sadaladığım fikirlərimlə
razılaşacağınıza çox ciddi zəmin yaradır. Bu, həm də Qarabağla bağlı düşüncələrimiz
və mövqelərimiz arasındakı kəskin fərqliliyin mövcudluğuna yol açan tutarlı
stimuldur. O üzdən diqqətinizi səmimi bir etirafıma yönəltməyi də özümə
borc bilirəm: əgər yurddaşlarım arasında övladı Qarabagda döyüşdüyünə,
yaralandığına, yaxud həlak olduğuna görə təəssüflənən bir ailə tanısaydım, bu məktubu
da sizə yazmazdım. Oğlunun o torpaqda xidmət etməsindən şərəf duyan,
qürur hissi keçirənlər arasında mən də varam: bizi Qarabağa kökü əsrlərin o
tayından, qan yaddaşımızdan gələn çox ciddi mənənəvi tellər bağlayır. O telləri
qırmaq Ermənistan kimi məhdud məsuliyyətli cəmiyyəti xatırladan bir dövlətin
imkanları daxilində deyil. Odur ki, fürsətdən istifadə edib, hələ də müvəqqəti
qələbənin eyforiyasından çıxa bilməyən, reallığı qəsdən düzğün qiymətləndirməyən,
Azərbaycan dövlətini, Azərbaycan Ordusunu sizlərə bir özgə biçimdə təqdim edən
iqtidarınıza, təkəbbürlü generalitetinizə vacib bir həqiqəti də
xatırladıram: Sülh ”“ müharibələr arasındakı fasilədi! Bunu unutmayın!..
Məktubumun sonunda, vəziyyətin nə yerdə olduğunu
anlamanız üçün bütün təhlükələri göz altına alıb öz ata-babalarının qəbrini
ziyarət etməyə gedən və buna görə hökumətiniz tərəfindən məhkəmə qarşısına
çıxarılan azərbaycanlıların gözlərinə diqqətlə baxmağınızı xahiş edirəm. Siz o
gözlərdə səbr kasamızın yavaş-yavaş daşdığını görəcəksiniz. O üzdən nə qədər
ki, dövlətimizin sülhü dəctəkləmək imkanları tükənbəyib, nə qədər ki, münaqişə
yenidən qızışmayıb, nə qədər ki, digər övladlarınız da ətrafınızdakı siyasi dəllalların
qurbanına şevrilməyib, tələsin, bizim sabahda edəcəyimizi, bu gün siz edin: Ermənistan
iqtidarına öz yerini, öz həddini tanıdın. Tanıdın ki, yad torpaqlardan qapınıza
övlad tabutları gəlməsin”¦
Dərin hüznlə,
İbrahim RÜSTƏMOV