Təkrar etmək məcburiyyətindəyəm: biz
bir-birimiz haqda danışmaqdansa, BİR-BİRİMİZLƏ danışmalıyıq. Deməli,
həqiqətən dialoq labüddür və ona alternativ yoxdur!
Əlbəttə ki,- kimlə, hansı mövzuda və nə məqsədlə?
Bu üç məsələ son dərəcə vacibdir. Düşünürəm ki,;
1.- dialoq mütləq və şəxsən ölkə başçısının
özü ilə aparılmalıdır ;
2.- Qarabağ problemindən tutmuş, şərlənərək həbs
olunmuş ictimai,siyası fəalların taleyinə qədər. Addım başı pozulan fundamental
insan hüquq və azadlıqlarından, eləcə də vətəndaş cəmiyyəti quruculuğu yönündə
aparılan işlərə qarşı yaradılan süni əngəllərdən tutmuş, sosial,siyası və
ictimai-psixoloji bəlalara rəvac verən korrupsioner, ( habelə, qudurğan) məmurların
özbaşınalıqlarına qədər...( Bir sözlə, danışmağa mövzu, cözməyə problem,
sağaltmağa yaralar,ağlamağa dərdlər kifayət qədərdir) ;
3.- Məqsəd, problemlərin aradan qaldırılması
ilə yanaşı, ağrısız-acısız, yəni siyasi kataklizmlərə rəvac vermədən,
demokratik vasitələrlə mövcud siyasi sistemin dəyişdirilməsi olmalıdır. Başqa
sözlə,nəhayət ki, mərhələli şəkildə, pillə-pillə olsa da, Avtoritarizmdən
Demokratiyaya keçid real olaraq təmin edilməlidir.
Son zamanlar bir qrup ,yumuşaq desək,fəaliyyətləri
şübhə doğuran siyasi partiya sədrləri tərəfindən (hətta,onlardan bəzilərinə hələ
də hörmət bəsləsəm belə), ortaya atılan:"Hakimiyyətlə dialoq çox
vacibdir", "Hakimiyyətlə dialoq siyasi müxalifəti ölü nöqtədən
çıxaracaq" və sair bu kimi fikirlər, zənnimcə, sadəlövhlük, bəlkə də bir
az qüsurlu yanaşmadır. Niyə? Çünki "Hakimiyyətlə dialoq" kəlmələri, əslində
amorf ifadələrdi və bu, iki cəbhənin ünsiyyət istəyindən daha çox, tərəflərin
dördkünc daşlarla bilyard oyununu xatırladır...
Eldəniz Quliyev