Bizə düşmən nə lazım?
Oxunub: 3525
28 Feb 2015 | 01:37
Bizə düşmən nə lazım?
Dünyada olub bitənlərdən xəbər tutmaq üzün televiziya kanallarını gəzirdim. "Space" kanalına çatanda İTV-nin aparıcısı Saleh Bağırov çox yüksək ruhla, xüsusi intonasiya, əl və bədən hərəkətləri ilə “Bilirsiz ki, indiyə qədər tarixə bir çox şahlar bəl (?) edib. Onların arasında ən əzazili, ən zalımı, ən zülmkarı Ağaməhəmməd  şah Qacar olub. Hətta dövründə, zamanında böyük şairimiz Molla Pənah Vaqifi zindana salan da belə şah Qacaq olub. Və “Bu Şəhərdə”  düşündü ki, özünəməxsus bir yanaşma ilə bu səhnəni sizə təqdim etsinlər. Xatırladım ki, burda təkcə yumor və komediya deyil, olduqca incə dramatik məqamlar var...”  deyirdi. Bu səviyyəsiz və bilgisiz təqdimat mənə çox təsir etdi və izləməyə başladım. Çox səviyyəsiz və mənasız bir səhnəciyidi. Hətta səhnəciyin sonunda tamaşaçıların da simasında, sifət cizgilərində bunu sezmək olardı.
Öncə onu qeyd edim ki, Saleh Bağırov bu cümlələri elə xüsusi halınan, hərəkətlərinən və səs tonuynan deyirdi ki, elə bil bəşər tarixində ən nifrət etdiyi adamdan danışırdı. Bilmirəm, bəlkə həqiqətən belədir. Bəlkə həqiqətən Saleh Bağırov Ağaməhəmməd şah Qacara  vətənimizin işğalında alət olan, əhalimizə qarşı bütün murdarlıqları edən Sarkisyandan, Balayandan və başqa yanlardan daha çox nifrət edir. Bəlkə həqiqətən Saleh Bağırovun milli təfəkkürünə və  maraqlarına görə ən çox nifrət ediləsi adam Ağaməhəmməd şah Qacardı olmalıdı?! Nə isə keçək mətləbə. 
İTV-nin aparıcısı Saleh Bağırov demiş həqiqətən “burda incə dramatik məqamlar var”. Bu dramatik məqamların birincisi odur ki, Saleh Bağırov tarixi, xüsusi ilə Ağaməhəmməd şah Qaqcarı tarixdən yox Səməd Vurğunun dövrün reallıqlarına boyun əyərək və quruluşun simasızlaşdırma tələblərinə yenik düşərək  yazdığı “Vaqif” dramından öyrənib. İkincisi odur ki, Saleh Bağırov  ya Azərbaycan tarixini bilmədiyi halda bu tarixdən belə nifrətlə danışırdı, ya tarixi bilirdisə deməli o zaman Saleh Bağırovda tariximizə və milli kimliyimizə çox güclü nifrət olduğundan belə danışırdı, ya da yuxarıda dediyimiz iki haldan heç biri deyilsə o zaman Saleh Bağırovda  milli təfəkkürün, dövlətçilik şüurunun və vətənsevərlik hissinin olmadığı ortaya çıxır. Üçüncü dramatik məqam odur ki, cəmiyyətimiz bütün günü Saleh Bağırovların apardığı təbliğatın təsirində olduğu halda, bizdə dövlətçilik şüuru hardan yaranacaq, milli təfəkkür necə formalaşacaq. 
Saleh Bağırovun bu sözləri təbii ki, mənə çox təsir etdi. Düşündüm ki, jurnalisti, cəmiyyətə təsir etmək imkanı yaradılan insanı, cəmiyyətin formalaşmasında böyük pay sahibi olan aparıcısı tarixinə belə  anormal yanaşırsa, cəmiyyəti öz tarixinə belə nifrət və ikrahla yanaşmağa yönəldirsə daha bizə düşmən nə lazım!
Gələk “Bu şəhərdə”nin Ağaməhəmməd şah Qacarla bağlı səhnəciyinə. İlk öncə onu deyim ki, səhnəciyin yazarı Müşfiq Abbasov tamaşanın sonunda görmə qabiliyyətini itirmiş bir eloğlumuzun İlham Zəkiyevin uğurundan danışaraq qeyd etdi ki, bu eloğlumuz sübut etdi “əsas hansısa orqanın olması deyil, əsas əqidədi”. Mənə də çox maraqlı gəldi ki, görən bəşər tarixində çox az xalqa nəsib olan şərəfli tariximizi, başqalarının min bir yolla özünə çıxmaq istədiyi böyük şəxsiyyətlərimizi, dövlətçilik tariximizdə böyük xidmətləri və rolu olan insanlarımızı məsxərəyə qoyan, aşağılayan, onlara cəmiyyətdə nifrət aşılayan Müşfiq Abbasovun əqidəsi nədir?! (Ola bilər ki, Müşfiq Abbasov  demiş insan  görmə və eşitmə qabiliyyətini, yaxudda hansısa orqanını istirsin, bu heç də son deyil. Amma öyrənmək, araşdırmaq, duymaq və ya sevmək hisslərini itirmək isə  məncə son olmasa da sona yaxınlaşmaq deməkdi.) Bu mənə çox maraqlıdı görən Müşfiq Abbasovu belə aşağı səviyyəli səhnəciklər yazmağa vadar edən nədi? Görən Müşfiq Abbasov sələflərini, Azərbaycan ədəbiyyatını-elə Müşfiq Abbasovun toxunduğu mövzulara toxunan Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Hüseyn Cavidi, lap elə İlyas Əfəndiyevi oxuyubmu? Oxuyub və ona çox faydalı olubsa onda niyə belə aşağı səviyyəli şeylər yazır, yox əgər oxuyub, amma heç bir dəyişiklik yaranmayıbsa onda yaratdığı obrazlarla Müşfiq Abbasovun nə fərqi var. Özü oxuduqlarından təsirlənib dəyişməyibsə, onun yazdığı səhnəciyə baxan dəyişəcək? Məncə Müşfiq Abbasov bacarıqsız və qabiliyyətsiz adam deyil. Amma bu bacarıq və qabiliyyətini tarixdə izi qalmayacaq tərzdə çox yararsız, faydasız, zərərli yöndə işlədir, eyni zamanda bütün bu bacarıq, qabiliyyət və enerjisini çox ucuz qiymətə satır. Halbu ki, məncə Müşfiq Abbasov bu bacarığını və enerjisini mənfi tip qadın hallarını, düşüncəsini və yaşamını qələmə almağa (elm sübut edib ki, bir işlə çox məşğul olmaq insanın psixologiyasını dəyişir və o işə uyğun hala salır) sərf edincə, daha ciddi obrazlar yaratmağa sərf etsəydi millətimiz üçün də, dövlətimiz üçün də, elə Müşfiq Abbasovun özü üçün də daha faydalı olardı. 
Eyni sözləri “Bu şəhərdə”nin aktyorları haqqında da demək olar. Mənim qənaətimə görə istər Rəfael İsgəndərov və istərsə də Coşqun Rəhimov  bacarıqsız deyillər. Ancaq onu deyə bilərəm ki, şöhrət xatirinə, mənsəb xatirinə və ya pul qazanmaq xatirinə ( ola bilər ki, tamam başqa səbəblər var) hər aşağı səviyyəli səhnəciyi oynaması onları bitirir. Bəlkə də bitirmir, elə bacarıqları, səviyyələri bu qədərdi, deyə bilmərəm. Onu bilirəm ki, məhşur bir söz var, deyir “filankəsin başmağın geysəndə yerişin yeriyə bilməsən”. İndi də mənə elə gəlir yəqin Rəfael İsgəndərov və Coşqun Rəhimov Sidqi Ruhullanın və Ələsgər Ələkbərovun səhnə paltarını geyinməklə böyük aktyor və böyük şəxsiyyət olmağın mümkün olmadığını bilirlər.  
Bütün bunlara yekun vuraraq demək istərdim ki, istər aparıcının, istər yazarın və istərsə də aktyorların tariximizə, dövlətçiliyimizə belə koravəhm, araşdırmadan, öyrənmədən yanaşmaları çox acınacaqlı haldır. Yuxarıda da qeyd etdiyim kimi ya bu adamlarda tariximiz, dövlətçiliyimiz və millətimiz haqda heç bir bilgi yoxdur, yəni tariximizə, dövlətçiliyimizə və millətimizə savadsızca yanaşırlar, ya bilgi varsa bu bilginin hesabına çox böyük nifrətləri var, ya da bilgi də var, nifrət də yoxdu, amma bununla yanaşı milli təfəkkür, dövlətçilik şüuru və vətənsevərlik hissi də yoxdu. Burda isə məhşur bir söz yadıma düşdü. “İnsan yemədiyi xörəyin dadını bilməz!” 

                                                    Bünyamin Qəmbərli
                                                    BAXCP Təşkilat katibi
Oxşar xəbərlər
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"