Uzunqulağın elçiliyi...
Oxunub: 8680
08 Apr 2015 | 00:58
Uzunqulağın elçiliyi...
Bəri başdan bəyan edirəm ki, bu məsələdə, yəni Azərbaycan iqtidarının xaricdən eşşək alıb gətirməsini sərt tənqid edən müxalifətin yox, iqtidarın tərəfindəyəm. Elə bilirəm ki, siz də məni düzgün başa düşəcək, yoğun bağırsağı üçün iqtidara satılanlardan hesab etməyəcəksiniz. Birincisi, indiki hakimiyyətin bir fiti ilə təpəsi üstə durmağa, kəllə- mayallaq aşmağa hazır olan ziyalıcığazlardan, partiya sədrlərindən fərqli olaraq mənim deputat mandatı üçün, yağlı vəzifə üçün  ağzımın suyu axmır, ürəyim  getmir. İkincisinə qalanda, insafən, hakimiyyət bu siyasətində o qədər haqlı və uzaqgörəndir ki, onun eşşək siyasətini, yəni ölkədə eşşəklərin sayının daha da artırılması siyasətinin tayı bərabəri yoxdur. Ona görə də iqtidarımızı sevməyən, onu gözü götürməyən, gecə-gündüz onun ayağının altını eşən müxalifət qəzetlərinin hakimiyyətin 2008-ci ildə 180 min manata 34 baş safqanlı eşşəyin almasını, sonradan da bu siyasətini davam etdirməsini eşşək boyda şişirtməsini qərəzli hesab edirəm və istəsəm belə bu haqda yazmaya bilmərəm. Hakimiyyətin öz xoş gələcəyi, bağışlayın, xalqımızın xoş gələcəyi üçün bu uğurlu addımını alqışlamağımın səbəblərini izah edəcəm, siz də onlara yağlı bir “əhsən” deyəcək, onların ağlına-kamalına heyran qalacaqsınız...                                                                                                                                                      
Əsas məsələyə keçməzdən əvvəl bir haşiyəyə çıxım ki, belə qeyri-etik, uca millətimizin ulu səviyyəsinə qətiyyən  uyğun gəlməyən məsələdən yazdığıma görə məni qınayan olmasın. Bir də bu necə olur ki,  rayonlarda, kəndlərdə, lap elə şəhərlərdə də bu tifil eşşəklərdən yararlananda, onları istismar edəndə, onları pis nümunə kini  göstərəndə yaxşı olur, amma onların haqqında xoş  danışanda pis? İkincisi də başqa ölkələrdə bizdən fərqli olaraq  xalqların özləri tərəfindən seçilən hakimiyyət bütün mümkün yollardan  istifadə edir ki, ölkəsində ulaqların sayı daha da çox olsun, millət  də bundan fayda götürsün. Elə təkcə Çində 11 milyondan çox eşşək vardır ki, bu da ölkənin iqtisadi inkişafında geniş istifadə olunur. Sonrakı yerləri  isə Pakistan, Efiopiya, Meksika tutur. Amma elə öz aramızda qalsın, mən bu rəqəmlərə o qədər də inanmıram, nədənsə, şübhə ilə yanaşıram. Sizi  əmin edirəm ki, ANS telekanalının bizimlə məzələnməsi olmasın, bu hesabat dəqiq, qərəzsiz, vicdanlı aparılsaydı, ölkəmiz eşşəklərin sayına görə hökmən birincilər sırasında olardı. Nə olsun ki, bizdə uzunqulaqlarımızın sayı azdır, eşşəklərimiz ki, N qədərdir. Odur ki, ürəyinizdə məni qınasanız da, qınamasınız da bu fikrimdən  dönən deyiləm: adambaşına düşən eşşəklərin sayına görə biz dünyada birinci olmasaq da, ikinci yer şübhəsiz bizimdir...                                                                                                                                                                
Sizi bilmirəm, şəxsən mən həm də o fikirdəyəm ki, bizim eşşəklər hələ də öz layiqli qiymətlərini almayıblar. Doğrudur, bundan illər qabaq onlara xüsusi diqqət ayrılmış, haqlarında alimlərimiz çox dəyərli müzakirələr aparmış, gecə-gündüz baş sındırmışlar. Akademiklərimiz, elmlər doktorlarımız  çox qızğın, alovlu nitqlər söyləmiş, diskusiyalar aparmışlar ki, sən demə, ”eşşək”  sözündə bir “ş” artıqdır və onu ixtisar etmək lazımdır. Az qala dünya elmində inqilab edəcəkmişlər və ümumi razılığa gələn məqamda, tərs kimi, yenidən hər şey alt-üst olmuş, alimlərin bütün zəhməti hədər getmişdir. Sayılıb seçilən tənqidçi, peşəsinə görə hər şeyə mız qoymağa borclu olan  rəhmətlik Qulu Xəlilov o vaxt  bu müzakirələrə qəti etiraz etmiş və bəyan etmişdir ki, mən buna heç cürə yol verə bilmərəm, razılaşa bilmərəm, çünki insanlar içində elələri var ki,15 "ş" ilə də eşşş..ək desəm yenə ürəyim soyumaz.Və bununla da  uca millət üçün taleyüklü müzakirələrə son qoyulmuşdur.                                                                                                                                                        
Bizim bu fağır, məzlum ulağa münasibətimiz də görünür, müqəddəs kitabımız Qurani-Kərimdən qaynaqlanır. Belə ki, bu cəfakeş heyvanlar haqqında Quranın “Cümə”surəsinin 5-ci ayəsində buyrulur ki,” Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan (lakin, onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər.                                                                                                                                                                                  
Eləcə də ,“Loğman” surəsinin 19 ”“cu ayəsində deyilir ki: “ Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və danışanda səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir.”                               
Lakin bizdən fərqli olaraq, başqa ölkələrdə bu zəhmətkeş heyvanlara xüsusi qayğı, diqqət göstərilir, onlara  böyük ehtiramla  yanaşılır. Bu təkcə ona görə deyil ki, o boyda  ABŞ-ın ilk  prezidenti Corc Vaşinqton vaxtilə eşşəklərə hamilik edib və Amerikada doğulan ilk xoşbəxt eşşəyin sahibi olub. Bu həm də ona görədir ki, vaxtilə Müqəddəs İsa peyğəmbər Müqəddəs Torpaqlara ilk dəfə eşşək belində gəlmişdir.                                                                                                                                                                        
İndi bütün bu deyilənlərdən sonra sizcə hakimiyyət  durub nə etməlidir, taleyini təkcə yerli eşşəklərin ümidinəmi qoymalıdır? Xeyr və bir daha xeyr. Dünya ölkələri sırasında bərabər addımlamaq istəyiriksə (qabağa keçmək də olmaz, çünki şalvarımızın cırığı daldan görünə bilər) bizə təkcə yerli eşşəklər lazım deyil. Əslinə qalsa, heç bizə nemes, firəngistan eşşəkləri də lazım deyil. Neçəyə olur olsun, qiymət fərq eləməz, bizə xalis urusyet, bir də amerkan sortu, safqanlı eşşəklər lazımdır...                                                                                                                                                                                
Bu gün min bir əziyyətlə, böyük xərclər hesabına  xaricdən gətirilən eşşəklərdən Milli Şura  öz məqsədləri üçün istifadə edə bilmirsə, buna YAP-çı hakimiyyət neyləsin? İqtidarla Milli Şura arasında savaşın getdikcə qızışdığı, millətin isə hələ də yuxunun yeddinci qatında olduğu və heç cür oyanmaq istəmədiyi  bir vaxtda YAP-çılar, gopçular durub sizcə nə deməlidi? Deməlidir ki, əziz donqılı yox, həqiqi müxalifət nümayəndələri, buyurun, qəbul edin bu eşşəkləri və onlardan Keniya ölkəsinin müxalifəti kimi  kütləvi tədbirlərdə, mitinqlərdə bizim əleyhimizə  siz də istifadə edin? Ya da iqtidar gecə-gündüz uğurla apardığı rüşvətyığma kampaniyasına  ara verib sizin əvəzinizə eşşəkləri  də rəngləyib  üstünə  “Talana son! Yalana son!”,“ Korrupsiya, rüşvət qanımızı sorur”,  “Siyasi məhbuslara azadlıq”, ”Seçkiləri daim saxtalaşdıranlara, deputat mandatı satanlara ar olsun?” şüarları da yazsın?                                                                                                                                                                                     
Yox, bir daha yox, ürəyinizi buz kimi saxlayın, bəylər, siz bunu heç vaxt görməyəcəksiniz.                                                                                                                                           
Bax, indi məqamı gəldiyi üçün belə bir vacib suala cavab verirəm ki, öz eşşəklərimiz itətök olduğu bir vaxtda görəsən, bu hakimiyyətin bir ətək pul töküb xaricdən, xüsusən də amerikadan eşşək gətirməkdə marağı nədir?                                                                                                                                                                         
 Əlbəttə, yaxşı olardı ki, bizim müxbirlərimiz bu sualla hərşeyşunas, illərdir elə amerikanın küçələrində əli ətəyindən uzun gəzə- gəzə saç ağardan, müxalifəti aşağılamaqdan başqa əlindən bir şey gəlməyən  Rəsul Quliyevdən cavab alaydılar. Bir halda ki, bu sualın cavabı hələ də yoxdur, deməli ona cavab verməyin vaxtı çatıbdır da bə. Cavab isə çox sadədir, lap sadədən də sadədir.                                                                                                                                                                    
Məgər bu  “bədbaxt”müxalifət hələ də bilmirmi ki, ABŞ-ın indiki prezidenti Barak Obama, bizim Hüseyn hansı partiyadan prezident seçilib? Əlbəttə ki, Demokratlar Partiyasından. Bəs bu partiyanın simvolu nədir? Əlbəttə ki, eşşəkdir. Bəs ölkəmizə gətirilən eşşəklər haradandır, məgər onların  çoxu  amerikadan gəlmirmi? Əlbəttə, belədir, ordandır, başqa cür də ola bilməz. İndi sizcə iqtidar nə etməlidir, əllərini yanına sallayıb qara gününü ,hakimiyyətdən yuvarlanmağını gözləməlidir? Axı, bələkdəki körpələr də bilir ki, hakimiyyət elə bir stuldur ,ondan heç kim könüllü qalxmaz, yerini başqasına verməz. Əgər bizim anoloqsuz iqtidarımız sağdan, soldan,q abaqdan, daldan  nə qədər cəhd etsə də demokratlar partiyasına, bizim Hüseynə “xod” tapa bilmirsə, niyə də onların simvollardan-eşşəklərdən öz xeyirlərinə elçi kimi istifadə etməsinlər? Məgər bu amerikalılar o qədər “tupoy”dur, görmürlər və qiymətləndirmirlər ki, həqiqətdə bizdə onların eşşəkləri öz vətəndaşlarımızdan qat-qat qiymətlidir? Amma nə olsun ki, görünür bizim də çörəyimizin duzu yoxdur da bə. Məgər bu amerikanlar  anlamırlar  ki, bizim hakimiyyət balanslı siyasət adı ilə neçə vaxtdır onlarla rusların arasında haça-paça dayanmışdır və artıq zorla dayanmaqdan cərcənəy olmuş, taqəti qalmamışdır? Yazıq hakimiyyət daha əlavə nə etməlidir ki, bu ivanlar, conlar bizdən razı qalsınlar, axırıncı tikəmizi də əlimizdən almasınlar ? Hələ əvvəlki verdiklərimizi demirəm, haramları olsun, burunlarından gəlsin, lap bu günlərdə, canımızın dərdindən az qala Azərbaycanın illik büdcəsi qədər, layihə dəyəri 14,5 milyard manat olan  Neft-Qaz emalı və Neft Kimya Kompleksi tikintisinin ağsaqqallığını, bütün qaydaları pozaraq, çörəyi dizi üstə olan amerikanın  “Fluor” şirkətinə vermədikmi? Bu zalımı zındıq amerkanlar, bizim heç üzünü də görmədiyimiz qara, qırmızı kürümüzü basıb yeyirlərsə, neftimizi-qara qızılımızı müftə daşıyıb aparırlarsa, yenə də ipə sapa yatmırlarsa, tez-tez narahat olduqlarını bildirib  “Azərbaycanda insan haqları pozulur” deyirlərsə, yazıq hakimiyyət ayrı neyləməlidir? İndi iqtidarımız günahsız insanları addımbaşı şərləyib həbs edirsə, 100- dən artıq siyasi məhbus                               ordusu yaradıb millətin qızıl fonduna daxil olan oğul və qızlarımızı zindanlara atırsa, insanların mülkünü əlindən alır, evlərini başına uçurursa, dövlət büdcəsini basıb yeyirsə, ölkədə korrupsiya-rüçvət tüğyan edirsə, dədə-baba torpaqlarımız gözümüzün qabağındaca əlimizdən gedirsə bunun müqabilində susmağa görə onlara  əlavə daha nə verməliyik ki? Urusların da payını onlara verə bilmərik axı?                                                                                                                                                                           
Əlbəttə, dərd təkcə  amerikanlar, ingilislər olsa idı, nə var idı ki? 10 ildir dünyanı qarışdıran, rusları və Rusiyanı it gününə salan,  şərin dühası liliput Putin həftə səkkiz, mən doqquz leşgərini çəkib gəlir üstümüzə. Elə o gün, prezident seçkilərində başımızın üstün almadımı, sərvətlərimizi gəmilərə doldurub aradan çıxmamışdımı? İndi yenə qara xəbər göndərib ki, bəs deməzsən, nə var idi, çoxdan qurtarıb, tükənib.Ya təcili gəlin dürtülün Avrasiya İttifaqına, ya da yenə 5-6  hərbi gəmi ilə gəlirəm, hazır olun, yəni bac-xərac məsələsi...                                                                                                                                                  
Odur ki, ey çoxdan yatmış, şirin yuxuya dalmış milləti üçün məhsulsuz qalmış “Məhsul” stadionunda mitinqlər keçirən, xalqın yuxusuna haram qatıb  onu yuxudan kal oyatmağa cəhd edən Milli Şura, əgər bu milləti  vaxtilə Qasım bəy Zakir, Seyyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi əjdahalar oyada bilmədisə, indi sən xor-xor yatmışları kiminlə oyadacaqsan: ermənilər üçün sinov gedən, istedadına görə yox, regionuna görə ölkənin bütün yüksək titullarını alıb sonda bizə şıllaq atan ,“ İstiqlal” ordenli əkrəm əylisli iləmi?                                
28 il Azərbaycan Yazıçılar Birliyinin sədri  vəzifəsindən asılıb qalan, millətinin acı taleyinə, rəzil günə salınmasına, oğlundan min dəfə istedadlı gənclərin vətən sevgisinə görə şərlənərək zindanlara doldurulmasına göz yuman, əvəzində  isə oğluna hakimiyyətdən Küveytdə səfir kürsüsü alan Anar Rzayevləmi?                                                                                                                                                                    
Odur ki, tərs müxalifət, gəl, daşı ətəyindən tök,  heç olmasa bircə dəfə deyilənlərə qulaq as: Eşşək siyasətinə qarşı çıxma, əksinə, bu siyasəti dəstəklə, amerkan, özü də SAF QANLI əziz  eşşəkləri aeroportda gül-çiçəklə, zurna balabanla qarşıla.Yaddan çıxarma ki, onlar  sizin üçün helə belə eşşək deyillər, sülhməramlı elçilərdir. Elçilərə isə, müdriklər  demişkən, heç vaxt zaval yoxdur...  
Oxşar xəbərlər
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO