Valideyn olmaq asandır. Amma davamlı olaraq valideynlik vəzifə borcunu yerinə yetirmək çox çətindir. Övlad böyüdükcə, valideyin də böyüyüb müdrükləşməlidi.. Çox vaxt valideynlər ailənin xüsusən maddi təlabatlarını ödəməklə işlərini bitmiş hesab edirlər. Mənəvi təlabatları övladların öz ixtiyarına verirlər. Belə halda övladlar özlrinə, düşüncələrinə uyğun insanlarla rabitədən "bəhrə" aparırlar. Yaxşı nümunə götürə bilmirlər. Belə münasibət övlad üçün bəs edirmi?
Onu qeyd etmək istəyirəm
ki, hamını xüsusən övladlarımızı həyati əhəmiyyətli qaranlıq sualları (ölüm,
ölüdən sonrakı həyat, cənnət, cəhənnəm, sorğu-sual, mələklər, ruh, peyğəmbərlər,
imamlar, din, sünnü-şiyə və s.) ilk əvvəl valideynlərə müraciət edirlər.
Valideyn isə öz növbəsində bilgisizlik, nadanlıq və cəhalət üzündən kobud və sərt
cavablala bu sualların artıq bir şey olduğunu təlqin etmək məcburiyyətində
qalır və böyük günah etmiş olur. Bununla da övladların düşünmək istəyən
beyninə ağır zərbələr vumuş olur. Halbuki, eyni qaranlıq suallar öz daxilimizdə
də var və cavab istəyir. Əgər ailədə bu suallara biganəlik və laqeyidlik varsa,
görün ictimaii həyatda nələr baş verər?
Ona görə bilmədiyimiz nə
varsa onu daim axtarışda olub, kəşf edib və öyrənməyə cəhd etməliyik. Bilə bilmədiyimiz
halda isə Allaha pənah aparmalıyıq. Çünki insanın həyatın hər an rəngarəg çoxlu
hadisələrlə (hallarla) üzləşir ki,
çıxardığı qərarlar və dediyi fikirlər zərərlərinə ola bilər və olur da. Belə
hallarda biz bilirik ki, nə demək və etmək
lazımdır. Amma bilmirik necə demək və necə etmək lazımdır.
Əksər hallarda valideynlər
ev-ailə problemlərini daha təcürbəli, ağsaqql və ağbirçəklər vasitəsi ilə həll
etmək istəkləri də istənilən nəticə vermir. Belə halda O qapıya getməliyik ki,
övladlarımızın artan maddi və mənəvi təlabatları ilə bərabər, öz eyni təlabatlarımıza
cavab verən cavablar alınsın ki, övladların yaşam tərzində təsir edə bilsin və
xeyirə dəyişilsinlər. Ailədə və eləcə də tərbiyyə etdiyimiz övladlarla ortaq xətt
taparmaq, doğru-düzgün yaşamaq stimulunu tapa bilmək asan məsələ deyil. Bütün
bu sualların cavabını dinimizə, Onun sahibin Allaha, Peyğəmbər və Əhli-beyt (ə)a
müraciət etməklə olar. Quran buyurur: "Peyğəmbər əxlaqı sizin üçün ülgü
nümunədir"...
Tahir Abbaslı
İslam Demokrat Partiyasının sədri