Şəhid anası: Balamı son dəfə gördüm, bayrağa bükmüşdülər - REPORTAJ
Oxunub: 3352
30 Sep 2015 | 22:49
Şəhid anası: Balamı son dəfə gördüm, bayrağa bükmüşdülər  - REPORTAJ

3 bacının yeganə qardaşı...

Üç gün əvvəl səhəri şəhid xəbəri ilə açmışdıq. Sentyabrın 27-dən 28-ə keçən gecə  təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısını alarkən Füzulinin Alaxanlı kəndində 3 hərbçimizi itirdik. Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu vətən yolunda şəhid oldu.

Bu gün onların ölümünün 3-cü günüdür. Məhəmmədi kəndindəyik. Zöhrabgildə. Daha doğrusu Zöhrabın 3 mərasimində. Qapıda bir qız əyləşib. Sağında və solundakı qadınlar ovcunu ovur, üzünə su vururlar. Öyrənirik ki, bu, Mədinədir. Zöhrabın böyük bacısı. Deyirlər, qardaşının şəhid xəbəri eşidəndən bəri belədir. Tez-tez halı pisləşir, üzünə su vurub özünə gətirirlər.
 
Yaxınlaşırıq. Nə qədər halsız olduğu üz-gözündən bəllidir. Gözlərini qaldırıb üzümə baxır. Nəsə deyəcəyini düşünsəm də, dinmir. Danışmaya da heyi qalmayıb. Bir neçə saniyə üzümə baxıb, gözlərini yerə dikir yenə.
 
Qadınlar olan məclisə keçirik. Anası Könül xala lap başda əyləşib. Digər qadınların yanında. Yanındakı yaşlı qadın onun sol əlini öz ovcunda bərk-bərk sıxıb. Ağlamır. Toxtamış görünür. Mətanət göstərir. Hərdən yanağından bir damla süzülür və dərhal özünü toplayır və əvvəlkindən də dik dayanır.
 
Mustafazadələr ailəsi ilk itkisinin illər əvvəl verib. 2 il əvvəl sürətlə gələn təcili yardım maşını ailə başçısının həyatına son qoyur. Yolu keçməkdə olan Namiq Mustafazadə elə qəza yerindəcə can verib. 2 ildir uşaqlarına həm atalıq, həm analıq edən Könül xala Zöhrabı əsgərliyə yola saldıqdan sonra ailənin yükünü tək daşımalı olub. Ona qədər Zöhrab çilingər işləyərək anasına və bacılarına baxırmış.
 
3 bacının yeganə qardaşı olan Zöhrab ailənin ikinci övladıdır.

Yaşasaydı dekabrın 9-da 19 yaşı olacaqdı. Özündən böyük bir, özündən kiçik daha 2 bacısı var. Mədinə ailənin ilk övladıdır. Tələbədir. Məryəmlə Aydan isə məktəbli.
 
Zöhrabın anası deyir ki, cəbhədən hər şəhid xəbəri gələndə elə hey deyərmiş, görəsən, oğlum deyil ki?! Sanki ürəyinə danmış kimi hər xəbərdən diksinir, hər xəbərdən qorxurmuş. Budur, qorxduğu başına gəldi...


 
- İşdəydim. “Kənd sovet”indən zəng etdilər ki, suyla bağlı şikayətiniz var? Dedim, yox. Dedilər, bəs sizin telefondan bizə zəng gəlib. Durdum getdim evə. İcradan, bələdiyyədən gəlmişdilər. Onları qarşıladım. Dayımın nömrəsini istədilər, verdim. Yenə də heç nə başa düşmədim.
 
Davam edə bilmir. Məclis boyu özünü sıxan qadın sanki o deyildi. Təklikdə qaldığımızdan istifadə edib ağlayır. Ağlaya-ağlaya da “bağışlayın”, deyir. Nə üçün üzr istədiyini anlaya bilmirik. Nə mən, nə də fotoqrafımız Fəxri. Onu təsəlli edəcək söz də tapmırıq. Deyiləcək bütün sözlər indiyə qədər deyilmişdi ona.
 
Bəlkə sakitləşər deyə, əlini tuturam. Barmaqlarımı ovcunda sıxıb daha da hönkürür. Birdən Fəxri dillənir:
 
- Hər adama nəsib olmur şəhidlik!


 
Sanki bu söz onu özünə gətirir. Gözünü silib başını dikəldir, qaldığı yerdən davam edir:
 
- Dayımın nömrəsini istəyəndən sonra nəsə rahatlıq hiss elədim. Çıxdım bayıra. Gördüm qapımızda maşınlar dayanıb. Maşından çoxlu adamlar düşdü. Biri də molla. Mollanı görüncə, ürəyim sıxıldı. “Kənd sovet”inin böyüyünü tanıyırdım. Gördüm gözləri dolub. Dedim, övladım şəhid olub? Dedi, "hə".

Bir-iki gün qabaq hiss eləmişdim...


 
Sentyabrın 25-də cəbhədə gedən qızğın döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir əsgərini itirmişdi. 23 yaşlı Elşən Vaqif oğlu Məmmədovu. Televizorda Elşənin şəhid olması haqqında xəbəri eşidən Könül xala öz balasını itirmiş kimi oturub ağlayır.
 
- Bütün övladlar şəhid olanda göz yaşı tökürdüm. O gün şəhid xəbəri eşidəndə qızlarla oturub ağladıq. Dedim, Allah anasına səbr versin! Namaza oturdum. Beynimdə də eyni sual vardı. Dedim, görəsən, balam şəhid olsa, mən nə hisslər keçirəcəm?!
 

Bu hadisədən 2 gün sonra oğlunun şəhid xəbərini alır. Zöhrab topçu olub. Əsgər yoldaşlarının dediyinə görə, düşmənlə gedən ağır döyüşlərdə hazır vəziyyətdə dayanan topçuların arasına mərmi düşür. Qəlpələrdən biri Zöhrabın alnına, digəri isə düz ürəyinə dəyir. Əsgərlərdən biri ağır yaralansa da, digər üçü yerindəcə keçinir. Zöhrab Məhəmmədi kəndinin ilk şəhididir.
 
Yəqin, çoxlarınıza da maraqlı olar. Zöhrabın sevdiyi vardımı? Anası deyir ki, cəmi bir dəfə aralarında belə bir söhbət olub. Onda da gülüb, keçib.


 
- Dedi, Allah haqqı, yoxumdu. Dedim, ola bilməz axı, 18 yaşında oğlanın ürəyində kimsə olmaya?! Dedi, əsgərliyə gedim-gəlim bacılarımı oxudum, sonra baxarıq. Fikri-zikri bizdəydi. Bacıları və anası. Çox istəyirdi ki, bacıları ali təhsil alsın. Özü də oxuyacaqdı. Əsgərlikdən gələndən sonra texnikuma sənəd verəcəkdi. Qismət olmadı...
 
- Axırıncı dəfə nə vaxt danışmışdınız?
 
- Ölümündən iki gün əvvəl, Qurban bayramında. Özü zəng eləmişdi. Dedi, mama, bayramın mübarək! Neçə-neçə bayramlara çıxasan! Bircə dəfə demədi ki, çıxaq. “Çıxasan”, dedi. Dedi, elə darıxmışam səndən ötrü! İyin üçün...
 
Və yenə başlayır ağlamağa.


 
- Əsgərliyə yola salanda, dedim, qaqaş, ölüm o dünyada da var, bu dünyada da. Alnı açıq get, alnı açıq gəl! Dedim, Allah nəsib eləsə, sən də şəhid olacaqsan. Amma maman qurban, bircə qorxma! Bilmirəm niyə elə dedim?! Allah dedizdirdi, elə bil. Oğlum ali zirvəyə çatdı! Hər dəfə onun zabitiylə danışanda deyirdi, Zöhrab bizə heç bir problem yaratmır. O qədər sakit uşaq idi ki... Qəlbim qan ağlayır. Allah heç bir anaya göstərməsin, bala! Aydan deyir, mama şəhid haqda şeir deyəndə qürurla deyəcəm! Əsgərliyə təzə getmişdi, xəstələndi. Göndərdilər, “Papanin”ə müalicəyə. Elə hey gileylənirdi ki, nahaq məni bura gətirdilər. Mən qayıtmaq istəyirəm. Dedim, ay bala, döyüşmək üçün də gərək sağlam olasan da. Anan və anan kimi anaları qorumaq üçün. Sağalandan sonra 2 həftəlik məzuniyyət verdilər. Axırıncı dəfə mayda görmüşdüm balamı. Bir də o gün gördüm. Üçrəngli bayrağa bürümüşdülər...
 
Məzuniyyətə gələndə həm də çoxlu şəkillər çəkdirir Zöhrab. Əsgər paltarında. Anası deyir ki, qürurla daşıyırdı o formanı. Geyinib məğrur gəzirmiş. Yaxşı ki, o şəkilləri çəkdirib. Çünki Zöhrabdan o şəkillər qalıb. Bir də bayraq. Nəşinin bükülüb gətirildiyi. İndi o bayraq məzarı üstündə qalıb.
 
Zöhrab 2 gün əvvəl Məhəmmədi kənd qəbiristanlığında torpağa verilib. Dəfnində Abşeron rayon icra hakimiyyətinin nümayəndələri, kənd bələdiyyə sədri, hərbi hissə komandiri, zabitlər də iştirak edib. Ailənin maddi vəziyyəti yaxşı olmadığından şəhidin yas mərasimini və digər xərcləri rayon İcra Hakimiyyəti və kənd bələdiyyə sədri öz boynuna götürüb. 

(apa)

Oxşar xəbərlər
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
GÜNLÜK
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:15
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:15
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO