Dünən bəzi KİV-lərdə Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan bir qrup məcburi köçkünün etiraz aksiyası keçirməsi ilə bağlı informasiya yer alıb. Məlumata görə, məcburi köçkünlərin etirazına səbəb Laçın Rayon İcra Hakimiyyətinin (LRİH) başçısı Akif Səlimovun guya Taxtakörpü ərazisindəki torpaq sahələrini “kənar şəxslərə” satması olub.
Moderator.az məlum insidentlə bağlı yazılanlara aydınlıq gətirmək üçün Laçın Rayon İcra
Hakimiyyətinə müraciət edib.
İcra
hakimiyyətindən saytımıza verilən məlumata görə, dünən Taxtakörpü ərazisində LRİH
qarşı hər hansı aksiya keçirilməyib. Sadəcə, bəzi vətəndaşlar öz həmkəndliləri
Əhmədov Rahid Zahid oğlunun 3 hektarlıq bir ərazisə əkin apramasına etiraz əlaməti
olaraq avtomobil yolunu bağlamağa cəhd edib:
“2015-ci
il 26 sentyabr tarixdə saat 15:20 radələrində Laçın rayonunun Vağazin kəndindən
olan 10 nəfər sakin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki
Vağazin obasında əhalinin mal-qarasının ümumi istifadəsində olan torpaq sahəsində
həmkəndliləri Əhmədov Rahib Zahid oğlu tərəfindən 3 hektar sahədə əkin
aparılmasına öz etirazlarını bildirib. Onlar bu etirazın tərkib hissəsi kimi Zərdab-Ağcabədi
avtomobil yolunun Taxtakörpü qəsəbəsindən keçən hissəsində Vağazin kənd sakini
Cavanşirov Əhəd Möhübbət oğluna məxsus QAZ-53 markalı yük avtomaşını ilə
magistral yolu bağlamağa cəhd göstərib. Bundan əvvəl isə Vağazin obası ərazisində
həmin sahədə şum aparan traktorçu, Ağcabədi rayon sakini Tağıyev Məzahir
Haqverdi oğlu Vağazin kənd sakini İbrahimov Aslan İdris oğlu və digərləri tərəfindən
döyülüb. Məzahir Tağıyev bununla bağlı ərizə
ilə Laçın Rayon Polis şöbəsinə müraciət edib. Aslan İbrahimov və onun yaxın qohumları törətdiyi əmələ görə
cinayət məsuliyyətinə cəlb olunacaqlarından ehtiyatlanaraq təzyiq vasitəsi kimi
yolu kəsməyi özlərinə vasitə seçiblər.
Məcburi
köçkünlərin qanunsuz olaraq avtomobil yolunu bağlamaq cəhdinə və polis işçilərinin
qanuni tələblərinə qəsdən tabe olmadıqlarına görə, İnzibati Xətalar Məcəlləsinin
310.1-ci maddəsi ilə təqsirli bilinib. Bu səbəbdən də İbrahimov Aslan İdris
oğlu və Mamedov İlqar Abduləli oğlu Laçın Rayon Məhkəməsinin qərarı ilə 15 gün
müddətində inzibati qaydada həbs olunub, sürücü Əhəd Cavanşirov isə 200 manat məbləğində
cərimə edilib.
Taxtakörpü
ərazindəki torpaq sahələri dövlət fondu torpaqları olduğu üçün həmin torpaq sahələrinə
Laçın Rayon İcra Hakimiyyətinin sərəncam vermə hüququ yoxdur. Bu ərazidə Laçın Rayon
İcra Hakimiyyəti tərəfindən torpaq sahələrinin satılması iddiası ən azı gülüncdür.
2015-ci
il 2 oktyabr tarixində Taxtakörpü ərazisində LRİH ilə bağlı heç bir aksiya
olmayıb. Ona görə də bu barədə
yazılanlar həqiqəti əks etdirmir. Bütün
bunlar məqsədli şəkildə, vətəndaşlar arasındakı insidenti qabartmaq üçün təşkil
edilib və Rayon Polis Şöbəsində istintaq olunanların cinayət işinə xitam verilməsi
üçün polisə təzyiq məqsədi daşıyır”.
Seymur
Əliyev