“Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər”.
Bunu
Moderator.az-a açıqlamasında politoloq Hikmət Hacızadə bildirib. Politoloqun sözlərinə
görə, Rusiya Suriyada hərbi əməliyyatları genişləndirəcəyi təqdirdə, belə bir
aqibətlə üz-üzə qala bilər:
“Rusiya
bu gün Suriyadakı əməliyyatlarda qırıcılardan istifadə edir və aviazərbələr
endirir. Ordakı məhdud sayda rus əsgərləri də Suriyadakı rus bazalarının
qorunmasına cəlb edilib. Lakin əgər Rusiya Suriyaya quru qoşunları yeritsə və
əməliyyatlara quru qoşunlarını cəlb etsə, o zaman Əfqanıstandakı kimi böyük bir
uğursuzluğa, ciddi itkilərə məruz qala bilər. Bu, kifayət qədər ciddi əsaslara
malik bir ehtimaldır və Kreml bu ehtimalın ciddiyyətini lazımınca
qiymətləndirməyi bacarmalıdır”.
Seymur
Əliyev