Evsizlər, masaj salonları, əcnəbilərin kef məclisləri və gecə qadınları”¦ -Bakının gecə həyatı
Oxunub: 10663
05 Oct 2015 | 20:22
Evsizlər, masaj salonları, əcnəbilərin kef məclisləri və gecə qadınları”¦ -Bakının gecə həyatı

Gündüzlərdən fərqli olaraq, gecələr Bakı sanki başqa bir şəhərə çevrilir. Gecə saat 00:00-dan sonra ictimai nəqliyyat, bir çox obyektlər və idarələr işlərini durdursa da, bu hal paytaxt sakinlərinin gecə həyatı yaşayan qisminin fəaliyyət ritmini pozmur. Əksinə onlar, gecələr özlərini daha rahat hiss edirlər.

Gecə həyatı yaşayanlara xarici qonaqlar da daxildir ki, onların haqqında birazdan danışacağıq.

Paytaxtımızda gecə saatlarında nələrin baş verdiyini sizlərə çatdırmaq üçün Bakı küçələrinə çıxdıq. Bakı küçələrində quraşdırılan işıqlandırma sisteminin sayəsində, xüsusilə də hündür bir yerdən durub paytaxta baxdıqda, insan özünü Avropanın ən qabaqcıl şəhərlərindən birində hiss edir.

Adama elə gəlir ki, bu ölkənin heç bir problemi ola bilməz. Burada ac, küçədə yatan, qəpik-quruşa görə səhərdən axşama qədər işləyən tapmaq olmaz. Ancaq bu, bizim Bakıya Dağüstü Milli Parkdan baxarkən gördüklərimiz və düşündüklərimiz idi.

Orada olarkən öyrəndik ki, parka gecələr daha çox Bakının gənc cütlükləri gəlirlər. Rast gəldiyimiz cütlüklərin də bir çoxu özlərini fotosessiya etdirirdilər. Qısası, gecələr bu park sanki fotosessiya meydanına çevrilir. Orada hər kəs şəndir. Onlar da bizim kimi Bakıya yuxarıdan baxıb, paytaxtımızı xoşbəxtlər şəhərinə bənzədirlər. 
 
Dağüstü Milli Parkda, özünün təbirincə desək, saat 22:00-dan 23:00-a qədər işləyən Fərrux isə bu cütlüklərin verdiyi 20 qəpik hesabına yaşayır. Fərrux söylədi ki, anası və atası rəhmətə gedib. Qardaşını və özünü dolandırmaq üçün Bakı küçələrində insanlardan, əsasən də gənc cütlüklərdən 20 qəpik istəyir. 
 
Onunla söhbətimizdən sonra Bakı haqqında yuxarıda düşündüklərimiz məhv oldu və reallığa geri döndük. Reallıq isə aşağıda - şəhərin mərkəzində daha aydın şəkildə sezilir. 

“Tarqovu” ziddiyyətləri... 

Paytaxtın ən qaynar nöqtələrindən olan, “Tarqovu” kimi tanıdığımız Nizami küçəsi gecə saat 00:00-dan sonra başqa bir məkana çevrilir. Elə həmin saatdan sonra “Tarqovu”nun məşhur al-əlvan çıl-çıraqları da söndürülür. Bununla da “gecə Bakısı”nın arxa fonu önə çıxmaq üçün hazır olur. 
 
Qeyd etdiyimiz saatdan sonra Bakı metrosunun günlük iş vaxtının bitməsi insanları tələsdirir. Saat 23:55-də sanki insanları “Tarqovu”nun metronun “Sahil” stansiyası tərəfinə uzanan hissəsi boyunca nə isə maqnit kimi özünə cəzb edir. Hər kəs o istiqamətdə hərəkət edir. Ancaq “maqnit”dən yayınanlar da olur. Onlar isə Bakının gecə sakinləridir. 
 
Gecə “Tarqovu”da xaricilərin kef məclisləri başlayır. Açıq və qapalı məkanlarda spirtli içkidən içib, bir-biriləri ilə sarmaş-dolaş olan xarici cütlüklər yalnız özlərini görürlər. Ətrafda baş verənlər və dolaşanlar onlar üçün maraqlı deyil. Ətrafda isə neft ölkəsinin ac sakinlərinə rast gəlirik. Bəli, evsiz və pulsuz sakinlər...
Onlardan ömrünün ahıl çağını yaşayan İradə xanımla söhbət etdik. O, deyir ki, hər gün bu məkana gəlir. Gözündəki eynəyin qalınlığından görmə faizini təxmin etmək olur. Elə o özü də bildirdi ki, gözlərinin zəif görməsi genlərindən gələn xəstəlikdir və bir oğlunun isə gözü tamamilə heç nə görmür. Beləcə ahıl yaşında ailəsini dolandırmaq onun üzərinə düşür. 
 
İradə xanım ahıl yaşında bunun heç də asan olmadığını söyləyir: “250 manat kirayə pulu verirəm. Səhərlər dilənmirəm. Utanıram. Gecələr isə məcburiyyət qarşısında qalıb, bura çıxıram. Başqa yolum yoxdur. İşləməyə də nə iş var, nə də mənim səhhətim ona imkan verir. Həyat mənim üçün çox ağırdır. Bakı işıqlıdır, gözəldir. Ancaq bu işığın heç biri mənim və mənim kimilər üçün deyil”.
 
Onun kimilər isə, yuxarıda da qeyd etdiyimiz kimi heç də az deyil. Orada olarkən söhbət etdiyimiz taksi sürücüləri də təsdiqlədilər ki, Bakının gecə camaatı ilə gündüz insanları arasında fərq böyükdür. 
 
 
Sürücü Rəsul bildirdi ki, gecə camaatının üzündən rahatlıq yağır: “Gündüz buradan keçənlər işə tələsənlər, tələbələr və sairə bu kimi şəxslərdir. Onlar isə məlumdur da nə edirlər. Yəni işləyirlər də... Ancaq gecələr burada elə adamlar olur ki, belə çox qəribə... Adam elə bilir ki, gecələr bu məkan ayrı planetdir. Kişilər daha çox kostyumda, qadınlar isə yarım metr parçadan tikilən yubkada gəzirlər”.
 
Gündəlik qazancını Bakı küçələrində axtaranlardan biri də gül satışı ilə məşğul olan 74 yaşlı ağsaqqaldır. Gecələr gül dükanları bağlı olduğundan gənc cütlüklərə gülü o satır, həm də bu yolla 5-10 manat çörəkpulu qazanır (ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz).

Bakının masaj salonları: Barlar və ya fahişəxanalar... 

Bakının müxtəlif  köşə və bucaqlarında, dar küçələrində fəaliyyət göstərən masaj salonlarının bar və ya fahişəxana kimi fəaliyyət göstərməsi ilə bağlı artıq ictimaiyyət məlumatlıdır. Bunu sizlərə təqdim etməyi borc bilsək də, bu barədə ətraflı yazıb, şərh vermirik. Şərhi aşağıdakı videoya baxdıqda özünüz verə bilərsiniz. 
 
Ancaq onu da qeyd edək ki, gecələr Bakıda “karaoke”lər, barlar və digər bu kimi ictimai-iaşə obyektləri öz fəaliyyətlərinin ən qızğın saatlarında olurlar. Demək olar ki, Bakının gecə sakinlərinin böyük bir qismi səhərə qədər bu məkanlarda olurlar. 
Lakin şəhəri daş səkilərin, skamyaların üzərində yataraq keçirənlər də az deyil. Gecə Bakısı ilə tanış olarkən, yolumuzu Səməd Vurğun parkından da saldıq. 
 
Burada isə “gey”lərdən tutmuş, küçədə yaşayan ahıllara qədər hər kəsi görmək mümkündür. Bəzi hallarda isə, səhərlər parklarda gəzərkən müxtəlif yerlərdən sidik qoxusunun gəldiyini hiss edirik. 
 
Bu qoxunun səbəbkarları evləri kimi ayaqyolları da olmayanlar - küçədə yaşayanlardır. Bunu biz demirik, elə onların özləri də etiraf etdilər. 
 

Bəzi məşhurlar da Bakını gecə saatlarında gəzirlər

Tanınmış insanlar da gecələr Bakı küçələrinə çıxaraq, gəzirlər. Onlar “şəhərin dadı”nı məhz insanların əksəriyyətinin yuxuda olduğu zamanlarda çıxarırlar. Elə bizim də qarşımıza onlardan biri çıxdı. 
 
Belə ki, Bakı küçələrində gəzdiyimiz zaman şair, oftolmoloq Paşa Qəlbinurla rastlaşdıq. O, bizə bildirdi ki, adətən, gecələr Bakını gəzməyə üstünlük verir. Bununla da o, sağlamlığının qayğısına qalır.
 
Beləliklə də musavat.com olaraq, biz Bakının bir gecəsini sizə təqdim etməyə çalışdıq. (musavat.com)
Oxşar xəbərlər
23:54, Bu gün
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23:52, Bu gün
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23:50, Bu gün
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23:47, Bu gün
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23:45, Bu gün
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23:45, Bu gün
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23:44, Bu gün
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23:38, Bu gün
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23:29, Bu gün
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23:14, Bu gün
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23:12, Bu gün
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23:09, Bu gün
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23:03, Bu gün
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23:03, Bu gün
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23:02, Bu gün
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
22:58, Bu gün
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
22:51, Bu gün
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
22:50, Bu gün
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
22:48, Bu gün
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
22:47, Bu gün
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
22:45, Bu gün
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
22:38, Bu gün
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
22:31, Bu gün
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
22:27, Bu gün
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
22:18, Bu gün
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
22:10, Bu gün
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
21:59, Bu gün
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
21:49, Bu gün
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:29, Bu gün
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
21:25, Bu gün
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
21:22, Bu gün
Milyonçu səhvi ucbatından evsiz qaldı
21:17, Bu gün
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
21:15, Bu gün
Azərbaycanın U-17 millisi Belarusa uduzub
21:12, Bu gün
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
20:56, Bu gün
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
20:55, Bu gün
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
20:52, Bu gün
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
20:46, Bu gün
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
20:33, Bu gün
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
20:19, Bu gün
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
20:17, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
20:15, Bu gün
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
20:12, Bu gün
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
20:10, Bu gün
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
20:04, Bu gün
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
19:54, Bu gün
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
19:52, Bu gün
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
19:50, Bu gün
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
19:42, Bu gün
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
19:31, Bu gün
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
19:26, Bu gün
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
19:25, Bu gün
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:23, Bu gün
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
19:16, Bu gün
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
19:14, Bu gün
Xərçəngdən qorunmağın sadə yolu
19:11, Bu gün
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
19:09, Bu gün
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:07, Bu gün
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
19:05, Bu gün
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
19:02, Bu gün
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:01, Bu gün
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
19:00, Bu gün
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:58, Bu gün
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
18:48, Bu gün
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
18:43, Bu gün
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
18:41, Bu gün
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
GÜNLÜK
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO