Misir Mərdanovun "fövqəladə nümayəndəsi"nin qəribə açıqlaması
Oxunub: 8330
07 Oct 2015 | 16:46
Misir Mərdanovun
“Okullar varsa dershane niye var, dershane varsa okullar niye var...” T.R Ərdoğan

Hər dəfə özümə söz verirəm ki, hər ağızdan çıxan sözə reaksiya verib, əbəs yerə əsəblərimi korlamayım. Amma nə edim, emosyalarımı cilovlaya bilmirəm ki, bilmirəm. Belə hallarda hətta böyük rus pedaqoqu Anton Makarenkonun “özünütərbiyə metodu” da kara gəlmir. Bir də binəva Makarenko neyləsin axı. Bəzən elə adamların, elə fikirləri ilə rastlaşırsan ki, ən dahi pedaqoqların və psixoloqların nəzəriyyələri belə insanın hövsələdən çıxmamasına yardımçı ola bilmir.

Deputat professor Musa Qasımlının “Fikrimcə, repetitorluğun aradan qaldırılması heç bir fayda verməz" populist bəyanatından heç bir həftə keçər-keçməz, repetitorların şəninə daha bir yeni “simfoniya bəstələndi”: “Repetitorluğun qarşısını almaq cəmiyyəti buxovlamaq deməkdir... Əslində, bu cəmiyyətin inkişafını tənzimləyən bir meyardır”. Sizcə, bu analoqu olmayan bəstənin müəllifi kim olar...? Bizim bu Təhsil Nazirliyinin Ümumi təhsil şöbəsinin müdiri qismində təqdim olunan Firudin Həmzəyev.

“Möhtəşəm” ideyasının davamı olaraq APA TV-də yayımlanan “Sosium” proqramının qonağı olarkən bu nazirlik yetkilisi daha nələrdən danışıb diqqət yetirək: “Təhsil Nazirliyi 2011-ci ildə orta məktəblərdə təmayülləşməni həyata keçirmək məqsədilə ilkin olaraq 5 məktəbdə pilot layihənin icrasına başladı. Bu layihənin nəticələrinin təhlili, eyni zamanda valideynlər tərəfindən də müsbət qarşılanması, xüsusilə repetitorluğun qarşısının alınmasında əməli rol oynaması nəzərə alınaraq, bu il daha 50 təhsil müəssisəsində təmayül təhsil verilməyə başlandı. Hazırda ölkə üzrə məktəb, lisey, gimnaziya, məktəb-lisey də olmaqla 58 ümumtəhsil müəssisəsində bu proses həyata keçirilməyə başlanıb. Heç kəsə sirr deyil ki, valideynlər uşaqlarını ali məktəbə hazırlamaq üçün, dərsdən ayıraraq 4-5 fənn üzrə hazırlığa qoyurlar, digər fənlər nəzərə alınmır. İndi məqsəd hər fənn üzrə şagirdlərə minimum bilik verməklə, onun seçdiyi ixtisasa daha çox uyğun olan sahəyə yönəltməkdən ibarətdir”.

Bu fikir sahibi ilə bir vaxtlar nazirliyin “Bakı şəhəri üzrə təhsil idarəsi” deyilən bir qurumda işləmişik. O da “könələrdəndir”, baxmayaraq ki, nazirlikdə yenilər sırasında qərarlaşıb. Onu Yasmal rayonunun təhsil şöbəsindəki fəaliyyəti dövründən də tanıyırdım, daha doğrusu çoxları tərəfindən təhsil sistemində “Mərdanovun fövqəladə və səlahiyyətli nümayəndəsi” kimi tanınırdı. Qapalı və qaranlıq mövqeyə malik idi, hansı “məzhəbə” xidmət etdiyini biruzə verməzdi, daim susmağı təcrid edərdı. Və birdən açıq və kəskin mövqe sərgiləməsi düzü təəccübümə və hiddətimə səbəb oldu.

Adama deyərlər repetitorluq cəmiyyətin inkişafını tənzimləyən bir meyardırsa, bəs onda repetitorluğun qarşısının alınması üçün 2011-ci ildən üzü bu yana bu pilot adlandırdığınız 58 məktəbdə həyata keçirilən həngəmələr nədir? Hələ müddəti belə bəlli olmayan, nə vaxtsa bütün məktəblərin bu sistemə keçiriləcəyi perspektivini demirəm. Elə isə, bu halda bütün məktəblərin ucdantutma təmayülləşməsinə ehtiyac varmı, neçə illərdir ki, 12 illik təhsilə keçid üçün dəridən-qabıqdan çıxmağımıza dəyərmi?

Əgər təhsilin bu ali və icraedici qurumuna rəhbərlik edən Mikayıl Cabbabarov belə, təmkin və son dərəcə ehtiyatla Azərbaycanın təhsil sahəsində mövcud olan repetitorluqun səbəblərini və köklərini düzgün şəkildə başa düşmək və araşdırmaq zərurətindən danışırsa, orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən qurum kimi baxmaq istəmirsə, belə bir baxışı köklü şəkildə səhv hesab edərək orta təhsilin məqsədinin insanları tam şəkildə müstəqil həyata hazırlamaq, müstəqil Azərbaycan vətəndaşını formalaşdırmaq və ona lazım olan biliyi verməyi vacib məqam hesab edirsə, onda Həmzəyevdə belə bir kəskin və cəsarətli jest hardan qaynaqlanır, bəlkə bu səlahiyyəti ona verən kimsə var?

Söhbət heç də kiminsə, nəsə deməsindən getmir. Söhbətin ciddiliyi ondan ibarətdir ki, təhsildə dövlət siyasətini həyata keçirən bir rəsmi qurumun mövqeyi kimlərsə tərəfindən paylaşılır. Yəni nazirlik yetkilisinin və digər dövlət rəsmisinin bu kimi subyektiv fikirləri heç şübhəsiz ki, bütövlükdə Nazirliyin mövqeyi kimi, deməli təhsildə dövlət siyasətinin istiqamətlərindən biri kimi başa düşülə bilər və başa düşülür də. Ard-arda bu kimi açıqlamalar cəmiyyətdə belə təsəvvür də formalaşdıra bilər ki, artıq repetitorluq institutunun leqallaşdırılması, daha doğrusu rəsmiləşdirilməsi üçün ən yüksək səviyyələrdə təbliğat kompaniyasına start verilib və bu məqsədlə dərindən-qabıqdan çıxanlar bu prosesdə müəyyən pay sahibidirlər və ya hansısa faizdə oturublar.

Digər tərəfdən necə anlaşıla bilər ki, Təhsilin yuxarı idarəetmə orqanında təmsil olunan rəsmi dovlət qulluqçusu qeyri-rəsmi fəaliyyət sahəsinı cəmiyyətin inkişafını tənzimləyən bir meyar hesab edir? Bəs onda rəsmi dövlət meyarları hansılardır, cəmiyyətin inkişafını dövlət hansı meyarlarla tənzimləyir və tənzimləməlidir? Əcəb məntidir. Dövlət məktəb təhsilinə milyonlarla vəsait ayırsın, ildə yüzlərlə yeni məktəb istifadəyə versin, əlavə tədris korpusları inşa etsin, fasiləsiz təmir-tikinti işləri aparsın, məktəbləri ən müasir avadanlıqlarla, təlimin texnıki vasitələri ilə təchiz etsin, digər infrastruktuları beynəlxalq standartlar səviyyəsinə qaldırsın, valideyn isə övladının normal təhsil alması üçün boğazından kəsib əlavə müəllim tutsun, hansısa kurslara baş vurmaq zərurəti qarşısında qalsın.

Repetitorluğa bəraət qazandırıcı bu kimi fikirləri hansısa sıradan bir imkanlı valideyn və ya güzaranı repetitorluq hesabına təmın olunan bir müəllim desəydi, bu hardasa başa düşülən idi. Hesab edərdik ki, yağın şorbaya nə ziyanı. Birdə ki, nə bərk-bərk yapışmışıq “dünya təcrübəsi” deyilən bir şeydən. Bəli, dünya təcrübəsində repetitorluq da, heç bir vəchlə illərdir əl çəkə bilmədiyimiz “İş dəftəri” deyilən bir şey də var. Lakin bu dəftərlər bu ölkələrdə bizdəki kimi 5-7 manata satılmir, məktəblər tərəfindən öyrəncilərinə pulsuz paylanılır. Repetitor yanına məktəb direktor ilə anlaşılıb rəsmi dərs hesabına gedilmir.

Bəli, istəsək də istəməsək də etiraf etmək zorundayıq ki, bir vaxtlar məbədgah hesab etdiyimiz hazırki məktəb öz təlim-tərbiyə funksiyasını yetərincə yerinə yetirə bilmədiyindən yetirməyən şagirdlərin sayı artıb, miqyası genişlənib və xarakteri kütləviləşib. Bununla belə yaşlı və orta nəslin nümayəndələri xatrlamamış deyillər ki, Sovet dönəmində yetirməyən şagirdlərlə dərsdən sonra əlavə məşğələlər təşkil olunar və bu proses təmənnasız həyata keçirilərdi. Dövr dəyişıb, indi yəqin ki, buna gedən olmaz.

Lakin tez-tez dünya təcrübəsindən misal çəkdiyimizi nəzərə alıb, bir təcrübəni də mən xatırlatmaq istərdim. Məsələ ondadır ki, düna təcrübəsində yaranmış vəziyyətlərdən bu və ya digər şəkildə çıxış yolu tapan xeyli ölkə və kifayət qədər təcrübə var. Heç də uzağa getmək lazım gəlməyəcək. Elə qonşu Rusiyanın özündə şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sonra əlavə ödənişli dərslər keçirilir. Bunun üçün də müəllimə əlavə haqq ödənılır. Bu sadə və ağlabatan yolla müəllimlərin evdə repetitorluqla məşğul olmasının qarşısı alınır. Digər maraqlı təcrübələr də var. Elə məktəbə, müəllimə diqqəti bir az da artırsaq, məktəb rəhbərlərinin seçımində və yerləşdirilməsində yanlışlıqlara yol verməsək və onların fəaliyyətinə nəzarəti gücləndirsək, bu problem elə öz-özünə keçıb gedəcək.

Təki istək olsun. Sözümün canı ondadır ki, nə ediriksə edək, bunu məktəblə bağlayaq, təhsil naminə, övladlarimızın gələcəyi naminə məktəb mühitinin dağılmasına yol verməyək. Digər kənar fəaliyyətlər müəllimin və şagirdin məktəbdən üz döndərməsinə xidmət etməsin. Müəllim və şagird yenidən öz doğma ocağına - məktəbə qayıtsın. Məktəb müqəddəs bir ocaqdır. Məktəbdən üz döndərmək, ona arxa çevirmək isə manqurtlaşmaq deməkdir. Bunun başqa adı yoxdur.

Nadir İsrafilov, təhsil eksperti
Oxşar xəbərlər
23:29, Bu gün
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
23:25, Bu gün
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
23:24, Bu gün
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
23:13, Bu gün
Paşinyan üçün taleyüklü Moskva səfəri...
22:58, Bu gün
“Taliban” altı İran sərhədçisini saxlayıb
22:56, Bu gün
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
22:54, Bu gün
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
22:34, Bu gün
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
22:32, Bu gün
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
22:28, Bu gün
İnfarkt riskini sıfıra endirən şirə
22:26, Bu gün
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
GÜNLÜK
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO