Shayk yeniyetməlik illərində heç bir zaman şalvar geyinmədiyi və həmişə ətək geyindiyi üçün yaşıdlarının ona “Baxın, yenə dikdabanda gəzir” deyərək söz atdığını deyib.
Həmyaşıdı olan oğlanların uzun boyu, tünd rəngli dərisi və iri dodaqları olmasına görə ona həmişə lağ etdiyini söyləyən Shayk, bütün bunların onu çox üzdüyünü deyib.
Və illər keçir, o, kainatın ən gözəl, ən tələbatlı modelinə çevrilir.
Məşhur futbolçu Cristiano Ronaldo ilə 5 illik münasibətindən sonra hal-hazırda aktyor Bradley Cooper ilə birlikdə olan Shayk, anasının ona “əsla siqaret çəkən və spirtli içki içən adamla birlikdə olma” tövsiyəsinə əməl etdiyini söyləyir.
Sevgilisi Cooper içkini buraxdığı üçün onu tərifləyən top model, gündə 12 saatdan az yatında əsəbi olduğunu da deyib.