Zakir Fərəcovun bir ayı: Sumqayıtda nələr baş verir?+Foto
Oxunub: 2904
07 Oct 2015 | 22:39
Zakir Fərəcovun bir ayı:  Sumqayıtda nələr baş verir?+Foto
Şəhər sakinləri deyir ki, yeni icra başçısı sumqayıtlıdır, ona görə də şəhərdə ciddi və keyfiyyətli işlər görəcək. Prezident İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhərinin icra başçısı dəyişdirildi. Sumqayıtın yeni icra başçısı vəzifəsinə Zakir Fərəcov təyin olundu.  

Sumqayıtın tarixi və bu günü   

Sumqayıt 1949-cu ildən respublika tabeli şəhər statusunu alıb və ölkənin böyüklüyünə görə sayca üçüncü şəhəridir. (Bakı və Gəncədən sonra red.). Ancaq  üçüncü şəhərdə Sovet dövründə çoxsaylı zavodlar fəaliyyət göstərdiyi üçün,  ekoloji mühit heç də yaxşı olmayıb. Ona görə də, ahıl yaşına çatmış əksər insanlar, Sumqayıt dedikdə, indi də nəfəs almağın çətin olduğu bir yeri təsəvvür edirlər. Lakin şəhərdə gəzintimiz zamanı bunun əksini müşahidə etdik.   Sumqayıtın simvolu, vaxtı ilə şəhərin  girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə olub. 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi  kimi bu simvolda öz əksini tapıb. Lakin sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmayıb. Bu abidə hazırda da Sumqayıtın girişindədir.   

Sumqayıta həmin abidənin qarşısındakı girişdən daxil olarkən gördük ki, şəhərə giriş istiqamətində yolun sağında olan ağaclar kütləvi şəkildə kəsilir. Bunun səbəbi isə şəhərin yeni icra başçısının yolların genişləndirilməsi ilə bağlı  verdiyi göstərişin olduğu bildirildi. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov göstəriş verib ki, şəhərin əsas girişindən “Göyərçin” abidəsinə kimi olan avtomobil yolu 5 metr sağ və sol istiqamətlərə doğru genişləndirilsin. Ərazidə çalışanların sözlərinə görə, ağacların kəsilməsi ilə bərabər həmin yola düşən obyektlər də söküləcək və ərazidə park salınacaq.   Sumqayıtda olarkən söhbət etdiyimiz şəhər sakinləri və xüsusilə də sürücülər girişdə, əsas yolun genişləndirilməsini müsbət addım kimi dəyərləndirdilər. Sürücülər bildirirlər ki, yolun yaxınlığında Sumqayıt şəhər avtovağzalı yerləşdiyi üçün burada avtomobillərin hərəkət sıxlığı müşahidə olunur. Ona görə də icra başçısının verdiyi qərar yerindədir.   

Şəhərin mərkəzində isə vəziyyət ilk baxışdan xeyli pozitiv görünür. Sumqayıt Bakı ilə müqayisədə səs-küysüz şəhərdir. Şəhərin parklarında əsasən yaşlı nəslin nümayəndələrinə rast gəlmək olur. Parklarda onların dincəlməsi üçün hər cür şərait yaradılıb. Sakinlər bildirirlər ki, Sumqayıtda bir çox parklarda xüsusi “Şahmat” lövhəsi yaradılıb. Bu da daha çox yaşlı nəslin nümayəndələrinin diqqətini cəlb edir. Sakin Əbdül Həsənovla söhbətimiz zamanı bildirdi ki, şəhərlə bağlı hər hansı ciddi iradları yoxdur: “Yağış yağan zaman Bakının küçələrində su dizdən olur. Hər dəfə yağışdan sonra televiziya kanalları vasitəsi ilə biz bunun şahidi oluruq. Ancaq Sumqayıtda hələ indiyə qədər belə bir halın şahidi olmamışıq. Sumqayıtda məhəlləarası yollar da təmir edilir. Parklarda abadlıq işləri aparılır. Biz də bundan çox şad oluruq. Yeni icra başçımız Zakir Fərəcovun da ötən həftə gənclərlə görüşü olub. Orada mənim nəvəm də iştirak edib. Nəvəm deyir ki, icra başçısı bildirib ki, şəhərin bütün yollarına, o cümlədən məhəllədaxili yollara asfalt örtüyü döşənəcək. Yəni göründüyü kimi, Sumqayıtda bu işlər davam etdirilir. Bundan da ancaq şad ola bilərik”.  

 Şəhərin problemləri  

 Sakinlər şəhərdə yerləşən “Şərq” bazarının arxasındakı yollardan şikayətləndilər. Onların sözlərinə görə, yağış yağdığı zaman bu yoldan çuxurlara yığılan sular səbəbindən  keçmək olmur. Həmin əraziyə yollanıb biz də mövcud vəziyyətlə tanış olduq. Doğrudan da yolun təmirə ehtiyacının olduğunu gördük.   

30 ildir Sumqayıtda yaşadığını söyləyən Qafar Hüseynov isə  aşağıdakıları söylədi:   “Sumqayıtda əsas problem evlərin zirzəmilərindəki kanalizasiya sularıdır. Ən böyük problemimiz budur. Əksər binaların altında bu “mənzərə”yə rast gəlmək olur. Eyni zamanda təhsil də bir zamanlar Sumqayıtın fəxri sayılırdı. Hətta mən çalışdığım Bakı Dövlət Universitetində Sumqayıt uşaqları öz təhsil səviyyələrinə görə hər kəsdən fərqlənirdilər. İndi isə göstərici xeyli aşağı düşüb. İnanıram ki, yeni başçı bu məsələyə ciddi yanaşacaq. Onun ötən ay keçirdiyi müşavirədə təhsilə önəm verdiyinin şahidi oldum. Şəhərimizdə marşrutlar isə bir ayrı problemdir. Burada demək olar ki, bütün avtobuslar dayanacaqdan kənarda, hətta beş metrdən bir saxlayaraq sərnişin götürürlər. Bununla yanaşı, Sumqayıt Xəzər dənizinin sahilində yerləşdiyi halda, bu üstünlükdən yararlanılmır. Hətta dəniz sahili çox bərbad vəziyyətdədir”.  

 Zakir Fərəcovun Sumqayıtla bağlı planları  

 Onu da qeyd edək ki, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov 3 oktyabr tarixində gənclərlə görüşü zamanı qarşıdakı planları barəsində aşağıdakıları söyləyib:   “Şəhərdə Cəfər Cabbarlı Klubunun qarşısında olan iki mərtəbəli binalar sökülüb yerində çoxmərtəbəli binalar tikiləcək. Azərbaycan prospekti yüksək səviyyədə tam şəkildə düzəldiləcək. Dəniz kənarında batan gəmi istiqamətindən Coratın çıxışına kimi gözəl bir bulvar salınacaq. Bununla yanaşı, Sumqayıtda əzəmətli Heydər Əliyev Mərkəzi tikiləcək. Şəhərin bütün yollarına, o cümlədən məhəllədaxili yollara asfalt örtüyü döşənəcək. Bağçaların dam örtüyü yeniləcək və istilik sistemi ilə tam şəkildə təchiz ediləcək. Neqativ hallara yol verən, işləməyən, vətəndaşları incidən bağça və məktəb rəhbərləri ilə bağlı ciddi tədbirlər görüləcək”.   

İcra başçısı bunu da xüsusi vurğulayıb ki, Sumqayıtda sumqayıtlılar işləyəcək. Əsas vəzifələrdə Sumqayıt əhalisinə üstünlük veriləcək, əsasən də gənclər üstünlük təşkil edəcək.   Söhbət etdiyimiz sakinlər bir məqamı xüsusi vurğuladılar ki, Zakir Fərəcov sumqayıtlıdır. “O, gənc yaşlarından bu şəhərdə yaşayıb, uzun illər Sumqayıtda rəhbər vəzifələrdə işləyib. Buna görə inanırıq o, öz doğma şəhəri üçün ciddi işlər görəcək” ”“ deyə şəhər sakinləri bildirib.   (musavat.com)
Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi