“Rusiya addım atmayacaqsa, kimdir Avrasiya İttifaqına girən?"
Oxunub: 5033
08 Oct 2015 | 12:00
“Rusiya addım atmayacaqsa, kimdir Avrasiya İttifaqına girən?
Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşmaq planları ciddiləşir. Üstəlik, şimal qonşularımız sülhməramlı qismində öz qoşunlarını da Qarabağa yeritmək istəyir. Bu vəziyyətin Ermənistanın işğalçılıq niyyətinin davamlılığına xidmət edəcəyini deyənlərlə yanaşı, Rusiyanın təklifinə Azərbaycanın alternativlərindən biri kimi yanaşanlar da var. Qarabağın azadlığının qarşılığında Azərbaycanın Avrasiya Birliyinə, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasını mümkün sayanlardan biri BAXCP sədri, deputat Qüdrət Həsənquliyevdir.


- Qüdrət bəy, Rusiyanın Azərbaycanla bağlı planları artıq beynəlxalq miqyasda müzakirə olunur. NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə daxil olan deputat kimi sizdə durumla bağlı məlumatlar nədən ibarətdir? “Sülhməramlı” adı ilə  rus qoşunu Azərbaycana yeridilə bilərmi?
 
- Mən 10 ildən artıqdır ki, NATO Parlament Assambleyasındayam, ondan əvvəl də kifayət qədər imkanım olub ki, xarici diplomatlarla görüşüm, həmçinin mətbuatı izləyim. Sözün doğrusu, mən əvvəllər, hələ bu mövzuda kimsənin danışmağa cəsarət etmədiyi bir dövrdə - çünki hamı bilirdi bu işğalın arxasında Rusiya dayanır, ona görə də Moskvanın “gəlin bu problemi çözək” fikrinə bir aqressiv münasibət var idi - məndə tam bir qənaət formalaşmışdı ki, Qarabağ məsələsində Qərbdən ədalətli mövqe gözləməyə dəyməz. Çünki onların rəğbəti Ermənistan tərəfindədir. Bəlkə də biz xristian dövləti olsaydıq, iki xristian dövləti arasında bir ədalətli mövqe sərgiləməyə çalışardılar. Amma müsəlman ölkəsiyik və Qərbdə də son illər islamofobiya xeyli güclənib. Ona görə də bizə digər postsovet respublikalarındakı münaqişələrdən fərqli münasibət var. Əgər məsələni sülh yolu ilə həll etmək istəyiriksə, onda Ermənistanla yox, məhz Rusiyaya ilə masa arxasında oturub danışmalıyıq. Yaranmış tarixi şəraitdə bu mümkündür.
 
- Amma elə bugünlərdə Rusiyanın yaratdığı KTMT Ermənistanda təlimlər keçirdi və Azərbaycanı təhdid edən mesajlar verildi...
 
- Elə ona görə də birbaşa Rusiya ilə danışmaq lazımdır. Azərbaycanın torpaqlarını hərb yolu ilə azad etməsi məsələsi bir az risklidir. Amma buna baxmayaraq, mən bunu da mümkün sayıram. Əgər Rusiya ilə danışıqlar baş tutmasa, Azərbaycan hətta o riskli addımı da atmalıdır. Ona görə ki, torpaqlar uzun illərdir işğal altındadır. İkincisi də, ingilislərin bir sözü var: “Ehtiyatlılığı yelə ver - sən ciddi nəticələr istəyirsənsə, böyük risklərə getməlisən”. Hesab ediriksə ki, heç bir risk etmədən gedib torpaqlarımızı azad edəcəyik, bu, sadəcə olaraq illüziyadır, özünü aldatmaqdır. Ona görə də hətta mən razıyam ki, Azərbaycanın müəyyən məsələlərdə suveren hüquqları məhdudlaşsın, nəinki biz öz torpaqlarımızı itirək. Biz Qarabağ naminə KTMT-yə də üzv ola bilərik. Mərhum Heydər Əliyevin dövründə, 1994-99-cu illərdə bu qurumun üzvü olduq, məgər onda Azərbaycan müstəqil deyildi? Onda da Qərb bizi aldatdı, GUAM yaratdıq və sonra bəlli oldu ki, GUAM da səmərəsiz qurumdur. Qərb də bizə heç bir ciddi dəstək vermədi, GUAM-ın normal regional fəaliyyəti üçün də addım atmadı. Ona görə də Azərbaycan Rusiya ilə dil tapa bilər. Rusiya marağındadır ki, Cənubi Qafqazın açar ölkəsi olan, strateji bir ölkə kimi Azərbaycanla razılığa gəlsin.

- Rusiya Qarabağ məsələsinin həllini istəyirmi?
 
- Bizim tam müstəqil siyasət yürütməyimiz hazırda Rusiyanın bəzi dairələrini qıcıqlandırır ki, niyə Azərbaycan onlarla bərabərhüquqlu tərəf kimi danışır. Əlbəttə, Rusiya Qarabağ məsələsini saxlamaqla hər iki respublikanı özündən asılı vəziyyətə salıb. İndi də Ukraynanı özündən asılı saxlamaq üçün Donbasda oxşar problem yaradır. Biz də görürük ki, Qərb çox acizdir. Qərb Azərbaycandan fərqli olaraq, Ukraynanın ərazi bütövlüyünə qarant durmuşdu. Ancaq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan nüvə dövlətlərinin qarant durduğu və əhalisinin sayı 44 milyona çatan, böyük sənaye kompleksinə malik, hərbiləşmiş bir xalq bu gün Rusiyanın qarşısında çox aciz bir durumdadır. Belə olan halda Azərbaycanı Ukrayna ilə müqayisə edin və durumumuzu təsəvvür edin. Ona görə də çalışıb Rusiya ilə dil tapmaq lazımdır. Biz Rusiya ilə danışmalıyıq. Azərbaycan enerjidaşıyıcıları ilə bağlı Moskva ilə anlaşa bilər.
 
- İlk öncə hansı tərəf addım atmalıdır, öncə torpaqlar azad olunmalıdır, yoxsa Bakı qərarını verməlidir?
 
- Bəzi adamlar mətbuatda deyir ki, Avrasiya İttifaqına girsək, Rusiya onsuz da Qarabağ problemini həll etməyəcək. Axı kimdir problem həll olunmamış Avrasiya İttifaqına girən? Söhbət ondan gedir ki, Qarabağın azadlığının qarşılığında Azərbaycan Avrasiya İttifaqına girir. Əgər Rusiya bu istiqamətdə addım atmayacaqsa, kimdir Avrasiya İttifaqına girən? Bəzi partiya sədrləri özlərini “vətənpərvər” kimi göstərib müstəqilliyə təhlükə barədə danışırlar. Bəs sən nə alternativ təklif edirsən? Hətta Rusiya “sülhməramlıları”nın daxil olmasına da baxmaq olar. Amma sülh sazişi imzalanacaq, Ermənistan qəbul edəcək ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Biz də Qarabağ ermənilərinə dünyada mövcud olan ən geniş muxtariyyəti verəcəyik, qoy, eybi yoxdur, rus sülhməramlıları onları orda qorusun. Amma o torpaqlar Azərbaycanın ərazisi kimi Rusiya və Ermənistanın imzası ilə təsdiqlənəcək. Mən əminəm ki, gələcəkdə də iqtisadi cəhətdən güclü olan Azərbaycan ayrılmaz parçası olan Dağlıq Qarabağa ciddi yatırımlar qoyacaq. Bu, indiki şərtlər altında ən uğurlu variantdır.  
 
- Bəs antierror əməliyyatı və ya hərbi əməliyyatları necə, tam istisna edirsiniz? 
 
- Əlbəttə, bizim gücümüz olsaydı... Necə ki, Rusiya Çeçenistan üzərində öz suveren hüquqlarını bərpa etdi,  biz də bunu edə bilsəydik, çox yaxşı olardı. Yəni bu variant bizim üçün əla variant idi. Amma indiki şərtlər altında bunu etmək həddən artıq risklidir. Ona görə də biz ilk variant kimi Rusiya ilə danışmağa çalışmalıyıq. Amma alınmasa, Azərbaycan hərb variantını seçməlidir. Azərbaycan nə qədər böyük hərbi potensiala malik olursa-olsun, gözümüzün önünə gətirməliyik ki, biz yeri gəlsə, Rusiya ilə vuruşmalı olacağıq. Rusiyanın davranışları bunu göstərir. 
 
- Ermənistandakı bazası müdaxilə edə bilər? 
 
- Təkcə Ermənistandakı bazası yox. Rusiya öz ərazisindən də ölkəmizə hava zərbələri endirə, yaxud qurudan əsgər yeridə bilər. 
 
- Bəs Türkiyənin hərbi köməyinə arxalana bilərikmi?
 
- Tamamilə istisna olunur. Hətta Rusiyanın ən zəif dövründə belə, Türkiyə cəsarət edib Azərbaycana Kəlbəcər sakinlərini çıxartmaq üçün iki mülki vertolyot vermədi. Elçibəy həmişə bunu ürək ağrısı ilə deyirdi, bunu indi xatırlayanda mənim də ürəyim ağrıyır. Ona görə də Türkiyədən artıq şey gözləməyə dəyməz. Türkiyənin özünün də ciddi problemləri var. Həm də Türkiyənin Azərbaycana görə Rusiya ilə konfliktə gedəcəyini düşünmək sadəlöhvlükdür. Çünki Ankara da gözəl başa düşür ki, Rusiya nüvə dövlətidir. Ona görə də Türkiyə nüvə dövlətinə çevrilməlidir. O günə qədər Türkiyə heç vaxt regional güc ola bilməyəcək, mən bunu hər zaman deyirəm. 
 
- Azərbaycan öz ərazisində antiterror əməliyyatına başlasa, yenədəmi Rusiya müdaxilə edəcək? 
 
- Bu barədə iddialar cəfəngiyatdır. Bordyujanın, rus generallarının, səfirlərinin açıqlamaları onu göstərir ki, təhlükə realdır. Yadınızdadırsa, 2008-ci il Gürcüstan hadisələri zamanı da Rusiya rəsmiləri “başqaları da bundan ibrət dərsi götürməlidir” deyirdilər. Açıq şəkildə Azərbaycana mesajlar verilib. Ona görə də deyirəm ki, əgər hərbi əməliyyatlar keçirəcəyiksə, bu, Rusiya ilə razılaşdırılmalıdır. Əgər Ermənistan ipə-sapa yatmaza, biz Rusiyanın razılığı ilə, tutaq ki, Dağlıq Qarabağ ətrafındakı rayonları azad edirik və Ermənistan sülhə imza atmağa məcbur olur. 
 
- Rusiya ərazilərimizin azad olunmasını istəyərmi? 
 
- Azərbaycan regionda çox önəmli bir ölkədir, həm iqtisadi, hərbi gücünə, resurslarına, həm coğrafi mövqeyinə görə. Ona görə də, məncə, Rusiya ilə anlaşmaq olar, nəinki Qərbdən kömək gözləmək... Görün, Qərbdə nə qədər hakimiyyətlər dəyişib, amma Qərbin mövqeyi dəyişməyib. Ona görə də Azərbaycan mütləq Rusiya ilə danışmalı və Moskvanın bu məsələni həll etməsinə çalışmalıdır. Bunun üçün KTMT-yə də üzv ola bilərik, Gömrük İttifaqına da. Həmçinin Azərbaycan Rusiyanın Azərbaycanda hərbi baza yaratmasına icazə verə bilər. Eyni zamanda Azərbaycanın enerjidaşıyıcıları ilə bağlı razılaşmanın əldə olunması da mümkündür. 
 
- Parlamentdə sizin təklifinizdən sonra Qarabağ dinləmələri keçirilərsə, siz orda da bu təklifləri səsləndirəcəksiniz?
 
- Bəli, mən dinləmələrin keçirilməsini istəyirəm. Mən demişəm ki, dinləmələrdə aparıcı KİV rəhbərləri, təhlükəsizlik məsələləri ilə məşğul olan QHT-lər, ölkənin tanınmış ziyalılarının iştirakı ilə Qarabağ müzakirələri keçirilsin. Bu, hətta dünyaya mesaj olacaq ki, Azərbaycan işğalla barışmır, həll yolları axtarır və bütün ümidləri tükənmiş xalq bir gün hökumətdən tələb edəcək ki, torpaqları azad elə. Deməli, müharibə qaçılmazdır. Biz oturub gözləyə bilmərik ki, Rusiya nə vaxt dağılacaq. Rusiyanın ən zəif dönəmində belə, biz problemi həll edə bilməmişik - o dövrdə Qərbin parlaq liderinin olmaması səbəbindən. Qərb uzaqgörən olmaması səbəbindən qorxdu ki, SSRİ dağılıb və Rusiya da dağılsa, əlavə  20 dövlət yaranacaq. Rusiya isə məhz Qərbin köməyi ilə Çeçenistanı darmadağın etdi və milli azadlıq hərəkatını boğdu. Amma Rusiya bir az güclənən kimi Qərbin özünün burnunun üstündən vurdu. Ona görə də nəzərə almalıyıq ki, Qərb bizdən çox uzaqdır, amma Rusiya qonşuluğumuzdadır və əhalisinin, sayına ərazisinə görə böyük, üstəlik, nüvə dövlətidir. Azərbaycan bu ölkə ilə öz siyasətini daha ehtiyatla qurmalıdır. Onu da nəzərə almalıyıq ki, bizim düşmənlərimiz Qərbdə dəstəklənir, orada böyük erməni diasporu var. Gördünüz ki, BMT-də Ermənistan Ukraynanın ərazi bütövlüyünə səs vermədi, amma ona güldən ağır söz deyən olmadı. Hətta Qərb Rusiyaya Ermənistanı qoruduğu üçün “sağ ol” deyir. Türkiyə də həm Qərbdən asılıdır, NATO dövlətidir, həm də Rusiya ilə üz-üzə gəlməmək üçün bu münaqişəyə qatılmayacaq. Hələ biz Türkiyədən öz pulumuza, dünya bazar qiymətlərinə silah ala biliriksə, bunun özü böyük hadisədir. Türkiyənin Ermənistanla sərhədləri açması müzakirələri, futbol diplomatiyası da yadımızdan çıxmayıb. Bu acı reallıqları nəzərə almalıyıq və xalqla açıq danışmalıyıq...
 
Türk qardaşlarımız da deyir ki, bizdən artıq heç nə gözləməyin. Bugünlərdə bizim yüksək çinli diplomatlardan biri mənə maraqlı bir hadisəni danışdı. Dedi ki, rəhmətlik Heydər Əliyev prezident Əhməd Necdət Sezərlə görüşəndə deyib mən onu yoxlayacağam. Görüşüb-öpüşəndən sonra oturan kimi Heydər Əliyev başlayıb ki, regionda güvənəcəyimiz yeganə dövlətsiniz. Ancaq illər keçir, Qarabağ işğalda qalıb, xalq da bizdən torpaqları azad etməyi tələb edir. Sezər ardınca nə deyəcəyini başa düşüb və dərhal prezidentin sözünü ağzında kəsib, qayıdıb ki, “sayın Heydər bəy, bilirsiniz ki, biz NATO üzvü olan ölkəyik, onların icazəsi olmadan sizə bir qurşun da verə bilmərik”. Ona görə də bizim Türkiyədən ciddi dəstək gözləməyimizə dəyməz, bu reallığı qəbul etməliyik. Türkiyə bizim qardaşımızdır, ancaq qardaşımızın da gücü, imkanı nəyə çatır, bunu bilirik. Bilməliyik ki, Türkiyə hara qədər bizə dəstək verə bilər.../musavat.com/
Oxşar xəbərlər
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"