Artıq bir neçə gündür ki, Novxanıda 6 min voltluq yüksək gərginlikli elektrik xətlərinin qışa hazırlıq məqsədi ilə yerin üstündən yerin altına keçirilməsinə start verilib. İşıq idarəsinin əməkdaşları vətəndaşlara bidlirib ki, işıqların tez-tez sönməsi ilə müşahidə edilən işıq xətlərinin yer altına keçirilməsi prosesi qışda elektrik enerjisi ilə daha etibarlı təminata imkanb verəcək. Lakin görünən odur ki, işıq idarəsinin bu yeniliyi Novxanıdakı “Olimpik” restoranını qış gəlməmişdən işıqsız qoyub.
Etibarlı mənbədən Moderator.az-ı
daxil olan məlumata görə, “Olimpik”in işıqsız qalmasına səbəb otel-restoranın
işıq idarəsinin 26 min manatlıq ödəniş tələbindən imtina etməsi olub. Belə ki, elektrik
xətlərinin torpaq altına keçirilməsini əsas gətirən işıq idarəsinin nümayəndələri
“Olimpik” rəhbərliyindən restoranın qarşısından keçən işıq xətlərinin yer
altına köçürülməsi üçün nə az nə çox ”“düz 26 min manat vəsait tələb edib.
Olimpik rəhbərliyi isə bu tələbin qanunsuz olduğunu əsas gətirərək pul ödəməkdən
imtina edib. Bundan sonra “Olimpik” otelin işıqları söndürülsə də, obyekt rəhbərliyi
vəziyyətdən çıxış yolunu tapıb. Belə ki, generator sistemi işə salınaraq otaqların
və ərazinin işıqlandırılması təmin edilib.
Mənbə artıq 2 gündür ki, “Olimpik”in
generator sistemi vasitəsi ilə işıqlandırıldığını bildirib. Məlumata görə, hələ
ki, “Olimpik” pulu ödəmək, işıq idarəsi isə güzəştə getmək niyyətində deyil.