İlham Əliyev: "Biz öz gücümüzlə bu şər qüvvəni əzə bildik"
Oxunub: 1738
08 Oct 2015 | 21:59
İlham Əliyev:
"Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq və öz gücümüzlə bu şər qüvvəni əzə bildik". 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşündə deyib.
 
Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycan həm də terrorizmdən zərər çəkən ölkədir: "Müstəqilliyin ilk illərində, 1990-cı illərin ərəfəsində və 1990-cı illərin əvvəllərində erməni terrorçu təşkilatları bizim ərazimizdə 30-dan çox terror aktı törədib. Onlar metronu, gəmiləri, şəhərlərarası avtobusları partladıblar. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız Azərbaycan vətəndaşı həlak olub. Yəni, biz beynəlxalq terrorçuluğun nə olduğunu öz üzərimizdə hiss etmişik, xüsusilə beynəlxalq birliyin bu problemlərə laqeyd qaldığı bir zamanda. Biz 1990-ci illərin əvvələrində beynəlxalq terrorizmlə təkbətək qalmışdıq. Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq və öz gücümüzlə bu şər qüvvəni əzə bildik, kökünü kəsdik və Azərbaycan vətəndaşlarına bu qədər dərd, bəla gətirənləri cəzalandıra bildik".
 
İlham Əliyev bildirib ki, Azərbaycana qarşı terror hücumları Azərbaycan torpaqlarının 1990-cı illərin əvvələrində Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin tərkib hissəsi idi: "Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizi işğal olundu, 1 milyondan çox Azərbaycan vətəndaşı öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi. Biz son dərəcə ağır humanitar fəlakətlə üzləşdik. O zaman ölkənin iqtisadi vəziyyəti olduqca ağır idi. Praktiki olaraq, sənaye iflic vəziyyətə düşmüşdü, iqtisadiyyat dağılmışdı, inflyasiya ildə min faizdən yuxarı idi. Bu şəraitdə erməni təcavüzü nəticəsində bütün əmlakını, evlərini itirən bir milyon insan Bakıda və Azərbaycanın digər şəhərlərində sığınacaq axtarmağa məcbur oldu. O vaxt səkkiz milyondan bir qədər çox əhalisi olan ölkə üçün bir milyon qaçqın və məcburi köçkün yüksək göstərici idi".
 
Dövlət başçısı vurğulayıb ki, erməni işğalı yalnız beynəlxalq hüquq normalarının deyil, həm də bütün bəşəri normaların pozulmasıdır: "Ölkələr arasında müharibələr, münaqişələr olur, lakin insanlıq simasını həmişə qoruyub saxlamağa səy göstərmək lazımdır. Xocalı faciəsi - dinc şəhərin erməni quldur dəstələri tərəfindən bir gecədə məhv edilməsi xalqımızın hansı vəhşiliklə üz-üzə qaldığını göstərir. Artıq 10-dan çox ölkə Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyıb. Bunun məsuliyyəti isə hazırkı və əvvəlki Ermənistan rəhbərliyinin üzərinə düşür".
 
Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir: "Bu, bütün beynəlxalq hüquq normalarının pozulmasıdır. Ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilmir. Biz BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını tələb edirik. Bu, bizim qanuni tələbimizdir. Azərbaycan ictimaiyyəti BMT Təhlükəsizlik Şurası qətnamələrinin bəzi hallarda bir günə yerinə yetirildiyinə, bizim vəziyyətdə isə 20 ildən çox vaxt keçməsinə və qətnamələrin kağız üzərində qalmasına çox təəccüblənir, amma yəqin ki, böyük dərəcədə narazıdır. Bu, ikili standart siyasətidir. Bu, beynəlxalq hüquqa, ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarına hörmətsizlikdir. Bax, biz bunlarla - ədalətsizlik, qeyri-obyektivlik, ikili standartlarla, bəzi hallarda isə işğalçının mükafatlandırılması ilə qarşılaşırıq. Ermənistan bütün tanınmış beynəlxalq normaları pozan təcavüzkar, işğalçı ölkədir. Axı, təkcə tarixi Azərbaycan torpağı və sovet dövründə heç respublika da yox, vilayət muxtariyyəti olan Dağlıq Qarabağ işğal olunmayıb. Həmçinin keçmiş Dağlıq Qarabağ Vilayətinin inzibati sərhədindən kənarda 7 rayonda işğal edilib. Bu rayonlarda praktiki olaraq ermənilər yaşamırdılar. Bütün bu rayonlarda azərbaycanlılar yaşayırdılar. Onlar qovulublar, onların evləri, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, muzeylərimiz qarət olunub. Bunu bu gün İrəvanda ən yüksək vəzifələrdə oturanlar ediblər. Onlar hərbi canilərdir. Biz həqiqəti deməliyik. Çünki həqiqəti deməyib sussaq, özümüzü heç nə olmamış kimi göstərsək digər ölkələrdə də eyni hadisələr baş verəcək".
 
İlham Əliyev deyib ki, tarix dəfələrlə sübut edib ki, işğalçılarla “oynamaq” siyasəti aparmaq olmaz: "Ötən əsrdə də, 1930-cu illərdə də faşizm, nasizmin yaranması, hitlerçiliyin bəşəriyyətə gətirdiyi bəlalar da bəzi ölkələrin işğalçılarla oyun oynamasından başlayıb. Onlar baş verənləri hiss etmək və görmək istəmirdilər. Ötən əsrin faşizmi və nasizmi ilə bu gün Ermənistanın işğal etdiyi torpaqlarda törətdikləri arasında heç bir fərq yoxdur. Bu, eyni mənalı anlayışdır. Dünya ictimaiyyəti bunu bilməli və regionda sülhün bərqərar olmasına səy göstərməlidir. Sülh isə yalnız ədalət əsasında bərqərar ola bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən ölkənin ərazi bütövlüyü kimi əhəmiyyət daşıyır və o, bərpa edilməlidir. Mən bunu ona görə deyirəm ki, siz - dost ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri məsələnin məğzini daha müfəssəl biləsiniz. Erməni dairələri beynəlxalq birliyi aldatmağa, münaqişənin mahiyyəti, nəticələri barədə yanlış informasiya, şayiələr yaymağa, özlərini “qurban” kimi göstərməyə çalışırlar. Amma həqiqəti bilmək lazımdır. Həqiqət isə mənim dediyim kimidir. Mənim dediklərimi isə tarix, sənədlər, faktlar təsdiq edir. Bir daha demək istəyirəm ki, konfransa böyük əhəmiyyət verirəm. Əminəm ki, aparılacaq fikir mübadiləsinin məhz praktiki faydası olacaq. Biz vətəndaşlarımızın təhlükəsiz həyatını təmin etmək üçün daha çox əlbir olmalı, səylərimizi birləşdirməliyik. Hər bir ölkənin xüsusi xidmət orqanlarının rolu və vəzifələri dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etməkdir".

Oxşar xəbərlər
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı