Azərbaycanın siyasət adamları Putini dəyərləndirdi
Oxunub: 1765
08 Oct 2015 | 23:11
Azərbaycanın siyasət adamları Putini dəyərləndirdi
Kremlin sahibi kimdir, şər imperiyasının varisi, yoxsa öz xalqını və dövlətini sevən lider? ”“ ekspertlərdən maraqlı cavablar

Dünyanın aparıcı dövlətlərinin, həmçinin NATO kimi nəhəng təşkilatın etirazına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin Suriya əməliyyatlarına qərar verməsi Rusiyanın birinci adamının personasını müzakirələrdə növbəti dəfə önə çıxarıb. 

Bu arada dünyanın III dünya müharibəsinin astanasında olması barədə təhlükəli proqnozlar da səslənməkdədir və hesab olunur ki, Putinin rus ordusunun imkanlarını postsovet məkanından kənarda da sınamağa başlaması çox qorxulu proseslərə aparıb çıxara bilər. Rusiya liderinın hər bir addımı ciddi şəkildə təftiş olunmaqdadır. Əgər ötənlərdə onun hansısa idmançı ilə eşq macərası, idman arenasına çıxması, xizək sürməsi, okean sularına baş vurması və sair hobbiləri dünyanın müzakirə predmetinə çevrilirdisə, indi artıq V.Putinin dünyanı təhdid edən İŞİD-lə müharibəsinə diqqət yönəlib. Xəbərlərə görə, Putin İŞİD lideri Əbubəkr Bağdadi və digər təşkilat liderlərinin canlı tutulması, bu, mümkün olmadığı halda isə terrorçuların cəsədlərinin Moskvaya gətirilməsini tələb edib. Hesab olunur ki, Kreml rəhbəri publika qarşısında bu tapşırığı verməklə Qərb koalisiyasının səriştəsizliyini göstərmək istəyib. 

Yeri gəlmişkən, V.Putinin 63 yaşı tamam olub və Azərbaycan prezidenti rusiyalı həmkarına telefon açaraq onu təbrik edib. Rusiyanın eks-prezidenti Boris Yeltsinin təyinatı ilə baş nazir kürsüsünə sahiblənən Putin 2000-ci ilin martın 26-da o ilk dəfə Rusiyanın prezidenti seçilib. Növbəti dövr üçün seçkilərin qalibi yenidən Putin olub. Sonrakı il seçkilərdə o baş nazir vəzifəsini icra edir. 2012- ci il seçkilərində Putin yenidən Rusiyanın prezidenti olur. Bəzi ekspertlər Putini dünyanın ən güclü siyasi liderlərindən hesab edirlər. 

Bəs, Azərbaycan siyasətçiləri Rusiya prezidentini necə xarakterizə edir, deyə bir sorğu keçirtdik. Azərbaycanın bir çox siyasətçilərində də anti-Putin, anti-Rusiya əhvalı var. Bu mənada maraqlıdır, kifayət qədər ziddiyyətləri ilə məşhur olan Putini ölkəmizin siyasət adamları necə dəyərləndirir, Rusiya lideri qlobal proseslərdə necə oynayır, addımlarında haqlıdırmı?

Politoloq Ərəstun Oruclu deyir ki, Putin haqqında danışarkən əvvəlcə ona Rusiya nöqteyi-nəzərindən baxmaq lazımdır: “Hər halda Putin Rusiyanın prezidentidir və Rusiya əhalisinin xeyli hissəsinin, bəlkə də əksəriyyətinin nöqteyi-nəzərindən Putin Rusiya üçün ideal bir dövlət başçısıdır. Çünki o, avtoritardır, Rusiyada mərkəzləşmiş hakimiyyət modelini bərpa etdi. Halbuki Yeltsin dönəmində ölkədə müəyyən liberal islahatlar aparılmışdı. Amma Putin öz dönəmində bütün o islahatları ləğv etdi və faktiki olaraq məmur-oliqarx piramidası modeli üzrə hakimiyyət qurmağa müvəffəq oldu. Çünki Putin təkcə Putin deyildi və deyildi. Putin onu irəli çıxartmış xüsusi xidmət orqanlarının hakimiyyətdəki təmsilçisidir. Təbliğat baxımından o, Rusiya üçün ideal prezidentdir”. Amma Ə.Oruclunun fikrincə, Putin Rusiyanın iqtisadi inkişafında müsbət rol oynamadı: “Təcrübə də bunu göstərdi. Neft qiymətlərinin düşməsi, Rusiyaya qarşı olan sanksiyalar göstərdi ki, neft amilindən asılı olan iqtisadiyyat iqtisadiyyat deyil. Bu da Rusiya ilə yanaşı Azərbaycanın da təcrübəsində təsdiqini tapdı. Putin azad bazar iqtisadiyyatı modelini ”“ hansı ki, baş nazir Qaydar tərəfindən həyata keçirilməyə başlamışdı -  ləğv edərək faktiki olaraq oliqarxiya yaratdı”. Xarici siyasətə gəldikdə, ekspert Rusiya prezidentinin son illərə qədər müəyyən balanslı siyasət yürütdüyünü vurğuladı: “Amma sonradan onun vaxtilə SSRİ dağıldıqdan sonra itirilmiş qlobal güc faktorunu Rusiyanın qlobal güc faktoruna çevirmək cəhdi və bu istiqamətdə Rusiyanın müxtəlif ölkələrə müdaxiləsini həyata keçirməsini, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı kimi qurumları yaratması, postsovet ölkələrini ora cəlb eləmək cəhdi, Rusiya ordusunda modernləşmə adı altında silahlanmanın neft gəlirləri hesabına sürətlənməsi və bu kimi digər amillər təbii ki, bugünkü böhrana gətirib çıxartdı. Hazırda da böhran dərinləşməkdədir. Rusiya Ukrayna bataqlığından çıxmamış Suriya bataqlığına girir. Bunun Rusiya üçün əlverişli və yaxud faciəvi olduğunu zaman göstərəcək. Məncə, bu, Rusiya üçün uğurlu siyasət deyil. Putinin neoimperiya siyasəti Azərbaycana da təsir göstərir. Çünki biz görürük ki, Putin müxtəlif cəhdlər və təhdidlərlə Azərbaycanı yaratdığı qurumlara cəlb etmək istəyir, bu da suverenliyin xeyli itirilməsi deməkdir. Bu baxımdan Putin Azərbaycan üçün arzuolunmaz siyasətçisidir”.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Putini sıradan bir prezident saymır: “Putin artıq Qərb liderlərini “dişinə vurub”. İlk dəfə Suriya məsələsində Obama dedi ki, artıq Əsədin kimyəvi silah işlətməsi qırmızı xəttin keçilməsi olacaq və biz qəti addım atacağıq. Amma bundan sonra kimyəvi silah işlədildi və ABŞ Rusiyanın sərt bəyanatından sonra Obama geri çəkildi. Putin də bunu gördü və bilir ki, bu insanlar ciddi qərarlar qəbul etmək gücündə deyil. Suriya məsələsindən sonra da Krımı işğal etdi və Donbası tutdu. İndi də Suriyaya öz qırıcılarını göndərir”. Q.Həsənquliyevə görə, bəziləri vaxtaşırı yersiz bəyanatlar verirlər ki, Rusiya bu gün-sabah dağılacaq və s. Ancaq partiya sədri bu yanaşmaları doğru saymır: “Məhz Karib böhranı zamanı ABŞ-ın o vaxtkı gənc lideri Kennedinin nüvə qarşıdurmasına hazır olması SSRİ-ni Kubada özünün nüvə obyektlərini yaratmaqdan çəkindirdi. Hal-hazırda Qərbin elə bir lideri yoxdur ki, çıxsın Putinin qabağına, desin ki, bizi nüvə silahı ilə qorxutma. Gördüyünüz kimi, Rusiya Suriyaya müdaxilə edən kimi, strateji nüvə silahlarını daşıyan, raket sistemləri ilə əlaqədar olan qoşun növlərinin təlimlərinə başladı. Bununla Qərbə mesaj verdi ki, artıq-əskik tədbirlər haqqında düşünməyin, Rusiya böyük nüvə arsenalına malik olan bir dövlətdir. Karib böhranı dövründə də beləydi. Kennedinin fərdi cəsarəti olmasaydı, SSRİ mütləq Kubada özünün nüvə obyektlərini yerləşdirəcəkdi. Hazırda Obama Putinlə üz-üzə dayana biləcək cəsarətə malik lider deyil. Yəni söhbət dövlətin böyüklüyündən, hərbi gücündən getmir, həm də insanların fərdi keyfiyyətlərindən asılı olan məsələdir. Yəni bu gün Putin kiçik bir güclə Qərbi məcbur edir ki, siz məni nə təcrid edə bilməzsiniz, nə də Rusiyanı beynəlxalq problemlərin həllindən kənarda saxlaya bilməzsiniz”.  

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə rus prezidenti başqa cür xarakterizə etdi: “Putin şər imperiyasının, 200 ilə yaxın müddətdə dövlətimizi və millətimizi bölən, 1920-ci ildə Azərbaycan Demokratik Respublikasını işğal edən, 37-ci il repressiyasını həyata keçirən, 1990, 20 yanvar, 26 fevral Xocalı soyqırımını törədən, düşmən Ermənistanı silahlandırıb himayə edən hərbi-siyasi düşüncənin ideya-siyasi varisidir. Həm də demokratiyanın düşməni və qonşular üçün qorxu mənbəyidir. Odur ki, mənfiliklərlə zəngin bir persona, vəssalam”.

BQP sədri, deputat Fazil Mustafa da bənzər yanaşma sərgilədi: “Məncə, Putin Rusiyanı müsbət dəyişim yolundan uzaqlaşdırdı. Müsbət yanaşmıram”.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun cavabı qısa oldu: “O, öz dövlətini, öz xalqını, öz millətini sevən bir insandır”./musavat.com/

Oxşar xəbərlər
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
GÜNLÜK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO