Britaniyanın baş naziri: “İstefa verməyəcəyəm”
403
18 Oct 2022 | 10:06

Britaniyanın baş naziri: “İstefa verməyəcəyəm”

Britaniyanın baş naziri Liz Truss bildirib ki, hakim Mühafizəkarlar Partiyasının bəzi deputatları onu istefaya getməyə çağırsalar da, istefa verməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Britaniya telekanalları yayıb.

"Mən milli maraqlara uyğun hərəkət etmək mövqeyimdə qalacağam" deyə o, qeyd edib. Trussun fikrincə, ölkə hakimiyyəti Mühafizəkarlar Partiyası haqqında “boş vaxt itirmək” əvəzinə, işlə məşğul olmalıdır.
Bundan əvvəl Britaniya parlamentinin İcmalar Palatasında hakim Mühafizəkarlar Partiyasından olan üç deputat açıq şəkildə Britaniyanın baş naziri Liz Trussu istefaya çağırıb.

Trussa çağırış hökumətin vergi islahatı gündəliyinin təqdimatından sonra maliyyə bazarındakı qarışıqlıq və Tori reytinqinin aşağı salınması fonunda gəlib.

Bundan əlavə, Britaniyanın yeni maliyyə naziri Ceremi Hant bildirib ki, Britaniya yeni baş nazirin qalmaqallı vergi islahatının əksər məqamlarından imtina edir.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər