Diplomat dilçidən sərrast olmalı! - Eldar Həsənov - 60
Gündəm
Oxunub: 6417
09 Oct 2015 | 21:06
Diplomat dilçidən sərrast olmalı!  - Eldar Həsənov - 60
Sabah keçmiş baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 60 yaşı tamam olur. 

Yubilyarın uşaqlıq dostu, tanınmış publisist - jurnalist, keçmiş millət vəkili Əlövsət Ağalarov bu münasibətlə olduqca maraqlı müəllif yazısınıModerator.az - a göndərib. Həmin yazının ikinci - sonuncu hissəsini təqdim edirik:

Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/99709.html

Türk dünyasının böyük oğlu, Rumıniyada yaşayan müsəlman-türk icmasının sədri Tamer Atalay  

Tamer bəy Azərbaycana ilk gəlişində Bəxtiyar Vahabzadəni ziyarət etmək üçün kiminlə əlaqə yaratmaq lazım olduğunu soruşanda Eldar müəllim mənim adımı çəkmişdi və mənə də zəng edib onu hava limanında qarşılayıb Bəxtiyar müəllimlə görüşdürməyi tapşırmışdı. Maşına oturan kimi, söhbətcil və Azərbaycan sevdalısı olduğunu hiss etdim. Soruşdu ki, Eldar bəyi necə və nə vaxtdan tanıyıram. Çoxdan və yaxşı dedim. Dedi ki, yaxşı yox, bu insanı lap yaxşı tanımaq lazımdır. Öz sözlərini olduğu kimi yazım ki, şərhsiz-filansız olsun:

“Eldar Həsənov Rumıniyanın paytaxtında dünya şöhrətli Cümhurbaşqanımız Heydər Əliyevə abidə ucaltdıqdan bir neçə ay sonra rəsmi dövlət qəbullarının birində ziyafət verilən axşam bir olayı diqqətinizə çatdırmaq istəyirəm. (Burada bir haşiyə çıxım ki, Tamer bəy Azərbaycanın, Heydər Əliyevin fanatıdır. Bu ilin əvvəlində Azərbaycanda heç bir işi olmadan məxsusən Heydər Əliyevin məzarını ziyarət etmək üçün Rumıniyadan Bakıya gəlmişdi). Demək, ziyafətdir, bizi bir masanın arxasında oturdublar. Rumın parlamentinin erməni əslli deputatlarından biri bizim masaya yaxınlaşdı və böyük Elçimizə bir sual ünvanladı, kafir özü də türk dilini bilirmiş: Siz Heydər Əliyevə nə cür heykəl qoymusunuzsa, biz də milli qəhrəmanımız Andronik paşaya elə bir heykəl qoyacağıq. Eldar bəyin rəngi anidən qaraldı və dərhal da erməninin sualına sualla cavab verdi: "Əvvəla, sizin bütün başbilənləriniz Heydər Əliyevin çölə atılan dırnağı da deyil! Heykəl nə cür olacaq, təkqulaqlı, yoxsa cütqulaqlı?" Təsəvvür etməzsiniz Əlövsət bəy, bu erməni necə bağırdı. Mühafizəçilər dərhal onu uzaqlaşdırdılar. Mən onda bildim ki, azəri türkü Sultan bəy bu alçağın qulağını kəsibmiş. Ziyafət qurtardı və hərəmiz öz evimizə dağılışdıq. Yenicə yorğan-döşəyə girmişdim ki, Eldar bəydən zəng gəldi: "Tamer bəy, arabam sizi gözləyir, zəhmət olmasa səfirliyə gəlin. Səbəbini soruşmadan paltarımı geyinib getdim. Kabinetinə daxil olanda bir sənədi qarşıma qoydu ki, bunu diqqətlə oxuyun, bunlar hər pis şeyə qadirdirlər, deyiblərsə deməli, arxasında əməl durur. İkimizin də imzasıyla ölkə rəhbərliyinə bu alçaq və qəddar Andronikin qanlı əməllərini özündə əks etdirən məktubla müraciət edəcəyini dedi və mən oxumadan onun hazırladığı sənədi imzaladım. Beləliklə, Avropanın göbəyində bir cəllada abidə qoyulmasının qarşısı alındı”.          
      
Yenə də şərhsiz-filansız  

Ha istəyirəm uşaqlıq dostum, əziz qardaşım barədə bir-iki cümlə də özümdən yazım, böyük adamların Eldar barədə yazdıqları və yaxud öz qulağımla eşitdiklərim imkan vermir.

Yenə Gəncə, yenə böyük bir şairimizin ona həsr etdiyi bir şeiri:

  
Bəhmən Vətənoğlu Eldar Hümmət oğluna
Darıxdım

Axşam da qəribdi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu
Ox atdı, sinəmi deşdi, darıxdım. 
*  * *
Nə kövrək saatdı, nə kövrək andı,
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir çəngə bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım.
* * *
Qoy yazım varağı, qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmənsayağı?!
Çox da müqəddəsdir Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım.
Gəncə, 1991

Bu yaxınlarda dünyasını dəyişmiş böyük şairimiz Məmməd Aslan amansız xəstəliyi ilə ölüm-dirim mübarizəsi apararkən özü dediyi kimi: əzrayıldan aman diləyib Kəlbəcərə qayıtmaq üçün fürsət verməyi xahiş etmişdi. Növbəti dəfə ona baş çəkməyə Bakıya xidməti işiylə bağlı ikigünlük gəlmiş Eldar müəllimlə getdik. Çox xoşhal oldu: “sanki doğulduğumuz Laçın kəndini ziyarət etdim” - dedi və kövrəldi. Bizi də kövrəltdi və Eldara xitabən: “Kim deyirsə, diplomatlar emosiyasız olmalıdır, səhv edir. Diplomat da insandır. Heç son dəfə görüşəcəyimizi bilmirdim, amma ürəyimə nəsə dammışdı. Ona görə də sənə həsr etdiyim bir şeiri oxumadan özünə verirəm, vaxtın olanda oxuyarsan”. 
Eldar da elə oradaca oxudu və deyəsən şeir xoşuna gəlmişdi:

      Məmməd Aslan

“Gərəkli teleçıxışlarına davamlı baxa bildiklərimdən biri də görkəmli diplomatımız və ictimai xadimimiz Eldar Həsənovdur. Dəqiq olaraq diqqət kəsildiyim və yəqin özünün də unutmadığı bir məqam var: bir də görürsən, oxuduğu mətndən gözünü çəkərək, maraqlı bir ricətə çıxır və tamaşaçıya daha çox yaxınlaşmağı bacarır”.

Kürsüdə kağızdan göz çəkdikdə sən,
Söhbət nə qəribə dəyişir, bilsən.
Əvvəl yazdığını bayaq oxuyan
Bəlkə də o natiq sən deyilmişsən.
* * *
Cism ilə canıdır Koroğlu atın,
Hərəsi bir yanı elin-elatın,
Təbiri-caizcə müqayisədə,
Sərrast silahıdır dil diplomatın.
* * *
Hər məqam bir görüş, bir əhd olmalı!
Nitqin hər sözündə bir cəhd olmalı!
Zərgər sənətidir bu söz sənəti!
Diplomat dilçidən sərrast olmalı!
* * *
Sənin pərgar dilin beçənin balı!
Çiçəklərin şəhdi, balın zülalı.
Dağlara bənzərsən, ona görə də,
Hünərlə qalmısan Laçın havalı!
                     
İyul, 2015


Və yaxud:
  Möhtərəm ictimai xadimimiz və diplomatımız Eldar  Həsənovun 60 yaşına

O günü görə biləcəyimə əmin deyiləm, ona görə də indidən yazdım...
     
Qürbətin qəhrinə erkən alışdın,
Müşkül mətləbləri hünərlə aşdın! 
Təkbaşına getdin, xalqtək çalışdın:
Qəlbimizcə ocaq çatdın qürbətdə.
* * *
İki əl üstündə bir baş dikəldi!
Dalbadal müjdələr gəldi, hey gəldi...
Hər uğurun xalqa layiq heykəldi,
İnşallah, laxlamaz taxtın qürbətdə!
* * *
Ovqatın yerində, xislətən şuxdun;
Sakit Göygölüntək gözləri toxdun.
Gahdan Danyerindən Gün kimi qalxdın,
Gah da ildırımtək çaxdın qürbətdə.
                    
22.07.2015

Yenə də şərhsiz...
Bu məqamda uzun illərin müşahidəsinin nəticəsi olaraq Eldarın bəzi xüsusiyyətlərini yenə də sizlərlə bölüşmək istərdim:
                   
 
Vəfalı dost bərabərdi qardaşa...
Gözəl bir yazıçımız vardı: Əlfi Qasımov. Yaşımız arasındakı fərqə baxmayaraq, yaxın dost idik. Onu da deyim ki, "Azərnəşr"də işə gələndə ilk şöbə müdirim olub. O qədər dostcanlı idi ki, onu “Gənclik” nəşriyyatına direktor göndərmək istəyəndə (təxminən, altmışıncı illərin ortalarında) Mərkəzi Komitəyə söhbətə çağırırlar. MK-nın şöbə müdiri və katiblərindən biri söhbət əsnasında deyir ki, Əlfi müəllim, bilirik çoxlu dostlarınız var, özünüz də dostcanlı adamsınız. İndən sonra gərək dostlardan uzaq olasınız. Əlfi müəllim də söz altında qalan adam deyildi. Dərhal cavab verir ki, axı bizim ölkəmiz də dostcanlıdır. Okeanın o tayında Kuba ilə, Afrikada digər qaradərili ölkələrlə necə dostluq edir! Əgər ölkəmiz onlarla dostluqlarını dayandırsa, söz verirəm ki, mən də buradakı dilbir, dinbir dostlarımla əlaqəni kəsəcəm... Beləcə, “Gənclik” nəşriyyatı Əlfi Qasımovsuz qalır... Bu örnəyi ona görə xatırlatdım ki, dostluğa sadiq, əsl dostluğa zərgər dəqiqliyi ilə qiymət verən Eldarın barəsində bir-iki kəlmə yazım. Eldarı tanıyandan bunun şahidi, iştirakçısı olmuşam. Bir adama dost dedisə, birdəfəlik deyir. Əlbəttə, dost dediyi adam tarixin hansı məqamındasa çaşmasa! Yəni dostluğu Eldar yox, naxələflik və namərdlik edən adam poza bilər. Eldar istər dostu olsun, istərsə də bədxahı ”“ sözü elə deyir ki, qarşısındakı suçunu dərhal dərk edir: ya islah olub düz yola qayıdır, ya da rədd olub birdəfəlik gedir! Çünki riyakarlığa, əqidəsizliyə, satqınlığa nifrət edir. Bir dəfə onun barəsində demişdim və təkrar edirəm: 
Sözü ülgüc tiyəsidir!
Pozitiv də deyəndə, neqativ də... Eldar sözü yerində işlətməyi bacaran, sözdən çox məharətlə istifadə edən adamdır. Füzulinin bu beytini təkrar etməyi xoşlayır:
   
   
Kim nə miqdar olsa,
Əhlin eylər ol miqdar söz.
Adicə vurğu işarəsini də elə ustalıqla işlədir ki, adam çaşıb qalır: bu dilçidirmi, hüquqşünasdırmı?! Bircə misal çəkim: deyəndə ki qardaş, 60 il mənalı, məzmunlu və kişi ömrü yaşamısan, gəl bu 60 illiyini qeyd edək, bir yubiley gecəni keçirək. Necə bozardı (inciməsin bu sözümdən, ayrısını tapa bilmədim): "Qardaş! Sən də  mənim ailə-uşaqlarım kimi danışırsan. Nə yubiley? Nə məclis? Torpağı işğalda  murdar düşmən  tapdağı altında olan bizlərə yubileymi yaraşır?!" Susdum. Vurğunun qardaş sözündə «d» və yubiley sözünün «u» hərflərinin üstündə çox qəzəblə işlətməyindən sonra necə inad edim?!  Əlbəttə, ərkim çatır ki, bir daha təklif edim, lap tənqid edim”¦ Amma o vurğuların zəhmi qoymadı. İnsaf naminə onu da deyim ki, tənqidə açıqdır, dözümlüdür. Baş prokuror işlədiyi vaxt prokurorluq, yaxud özünün fəaliyyəti haqda obyektiv tənqid yazan jurnalistləri axtarıb tapdırar, söhbətə dəvət edib təşəkkürünü bildirərdi və bu cür davam etmələrini xahiş edərdi. Amma şəxsiyyətinə, qüruruna toxunacaq bircə kəlmə kəsənlərə barışmazdır və hesab edirəm ki, onun barəsində qeyri-obyektiv düşünən və yazan adamlar bircə dəfə onunla üzbəüz oturub açıq söhbət etsə, yanıldıqlarını düşünərlər.
Bütün bu keyfiyyətlərinin formalaşmasında doğulub boya-başa çatdığı  ailənin xüsusi rolu olduğunu inkar etməmək şərtilə deyərdim ki, Eldar özü-özünü yetişdirib. Həyatdan, təcrübəli dostlarından, müəllim saydığı insanlardan dərs alıb.
”¦Anası rəhmətlik Mənzər xanımın yas mərasimində bir masada oturan iki nəfərin söhbətinə qeyri-iradi qulaq asmalı oldum. Söhbətlərindən məlum oldu ki, biri işığa, biri də qaza baxandır: 

”“ Hər dəfə gələndə  rəhmətlik Mənzər xala bizi çaysız-çörəksiz buraxmırdı. Bu evə ilk dəfə gələndə darvazanı açan adamdan soruşdu ki, kimdi gələn? Dedilər ki, heç, işıqpulu yığandır. Pəncərə açıq olduğundan səsini yaxşı eşidirdik. Dedi ki, ay bala, pulunu verin, özünü də oturdun çörək yesin. Adam qayıtdı ki, ay xala, qonaq deyil ey, işıqpulu yığanlardır. Rəhmətlik necə hirsləndisə: ay bala, darvazadan içəri keçən adam artıq sənin qonağındır, evinə gəlib, nəyə gəlməyindən asılı olmayaraq qonaqdır. Qonağı çaysız-çörəksiz yola salmazlar. Nə tez unutdunuz adət-ənənəmizi?.. O vaxtdan hər dəfə bu evə gələndə əməlli-başlı qarnımızı doyurub gedirdik. Sonralar bildik ki, bu sadə, xeyirxah qadın ölkənin Baş prokurorunun anasıymış”¦
Təbii ki, qardaşımın kamilləşməsində, müdrükləşməsində özünün mikrodövlətinin”“ailəsinin rolu və təsiri müstəsnadır. Tələbəlik illərindən sevib-seçdiyi həyat yoldaşı Elmira xanımın  bu məqamda xidmətlərini vurğulamamaq insafsızlıq olardı. Elmira xanım gözütox, sadə, qohumcanlı olmaqla bərabər, Eldarın əsl tənqidçisi olub. Özü də barışmaz tənqidçi! Və Eldar inciməsin, lap cavanlıq illərindən bu tənqidçi Domokl qılıncı kimi, başının üstündə olmasaydı, bəlkə də bu məqama yüksəlməzdi. Mənə elə gəlir ki, Eldarın ailəsi həm də onun talismanı ”“ qoruyucusudur. 
Eldarın bir xoşbəxtliyi də ondadır ki, onu duyan, ona söz-söhbət yaratmayan gözəl və ağıllı övladları var. Azmı görürük günümüzdə valideynlərinə problemlər yaradan harınlamış məmur övladlarını!? Uşaqlarını elə ruhda tərbiyə edib ki, təbii, burada da əsas məsuliyyət və yük Elmira xanımın üzərinə düşüb, «olmazsa-olmaz!» deyimi ”“ Səbinəyə də, Emilyaya da, Anara da hakim kəsilib. Yəni ata-ana razı olmadığı addım atılmaz, ən xırda məsələ belə, onların xeyir-duasıyla həllini tapar. Çünki «ot kökü üstə bitər»  məsəli elə-belə yaranmayıb ki!  Mən ailənin köklərinə yaxından bələd olduğuma görə belə  əminliklə danışıram. Eldarın da ata-anası, Elmira xanımın da valideynləri möhkəm təməl üstündə qurulmuş müqəddəs bir ailənin yönləndirilməsində, mənsub olduqları tarixi ənənənin davam etdirilməsində əllərindən gələni əsirgəməmişlər. Bu iki ailə Eldarla Elmira xanıma mürəkkəb həyat yollarında qoşa addımlamaq, dövlətinə, xalqına layiq şəxsiyyət olmaq, yaxşı övladlar tərbiyə etməklə bağlı  daim tövsiyə və tapşırıqlarını vermişlər. Övladları da ata-ana nəsihətini ulu Yaradanın onlara bəxş etdiyi ənam kimi qəbul edərək, əməl edirlər. Bir haşiyə çıxmaq istəyirəm ki, dediklərimin tam həqiqət olduğuna siz də əmin olasınız.
Azərbaycanın böyük el şairi Bəhmən Vətənoğlunu dəfn edib bu günlərdə haqq dünyasına qovuşmuş Məmməd Aslanla Bakıya qayıdırdıq. Yolda Bəhmən adına layiq bir kitabı nəşr etməyi planlaşdırırdıq. Eldar müəllimin böyük qızı həmişəki canıyananlıqla zəng edib Bəhmənin vəfatıyla bağlı başsağlığı verdi və gözləmədiyim halda: "Əlövsət əmi, Bəhmən Vətənoğlu atamın ən çox sevdiyi şairlərdəndir, atama həsr etdiyi «Darıxdım» şeirini uşaqlarımız da əzbər bilir. Soydaş borcu olaraq istəyirəm Bəhmən Vətənoğlunun bir kitabını da mən nəşr etdirim". Təklif o qədər qəfil oldu ki, qəti bir söz deyə bilmədim və təşəkkür edib: «düşünərik» ”“ dedim. Həm də bir az qabaq Eldar da bu təklifi etmişdi və fikirləşərik demişdik. Məmmədə də Səbinə xanımın istəyini bildirdim: Məmməd: «nolar, bir balamızın səmimi istəyinə əməl eləyək». Və Səbinənin sponsorluğu ilə Bəhmən Vətənoğlu haqqında heç qırxı çıxmamış gözəl bir kitab işıq üzü gördü.

İkinci əhvalat da Məmməd Aslanla  bağlı idi. Məmmədin amansız xəstəliyinin qarşısını almaq üçün Türkiyəyə həkimə getmişdik. Yol qeydlərini, xəstəxana günlərini cəmləyib «525-ci qəzet»də dərc etdirmişdim. 
Səbinə yazını oxuyub zəng vurmuşdu. Həm təşəkkür etdi, həm dərindən təəssüfləndiyini bildirdi, həm də eynən Bəhmənin kitabına kömək etmək istədiyi zərifliklə Məmməd Aslanın da bir kitabının öz vəsaiti hesabına nəşr etdirmək arzusunu dilə gətirdi və mən Məmməddən razılıq alandan sonra sonuncu «Şair səlahiyyəti» kitabı Səbinənin köməyilə şairin sağlığında işıq üzü gördü. Rəhmətlik bu kitaba görə o qədər sevinmişdi ki...
Şərhə ehtiyac varmı?!

Ağayana bir kişinin, mərd bir qadının yetirdiyi övlad belə olur! Bu cür örnəklər o qədərdir ki, sadalamaqla vaxtınızı almaq istəmirəm. Bir-iki epizod da aramızda xeyli yaş fərqinin olmasına baxmayaraq, dostluq etdiyim qardaşoğlu Anar barədə deməsəm, demək, sadiq dost deyilik. Anarı özümə həqiqətən da dost bilirəm. Bilirsiniz niyə? Çünki Anar gəncliyindən ağsaqqallıq missiyasını yerinə yetirməyə qadirdir. Hərdən Eldarı da qınayıram: belə demək mümkünsə, uşağın gəncliyini “oğurlayıb” birbaşa ağsaqqal kürsüsündə əyləşdirib. Orta və ali məktəbi xaricdə bitirib, valideynlərinin gözündən uzaqda bu əxlaqla, bu tərbiyə və ləyaqətlə böyümək, dərin biliyə yiyələnmək indiki zamanda  fədakarlıq tələb edir. Səkkizinci sinifdə oxuyurdu. Bir axşam mənə zəng vurdu, hal-əhval tutandan sonra  çox nəzakətlə: «Əlövsət əmi, sizə bir əziyyət vermək istəyirəm. Burada bizə Azərbaycan tarixi və ədəbiyyatından heç nə öyrətmirlər. Mən də tətilə gedəndə atamın verdiyi sualların qarşısında qızarmalı oluram. Məndən tariximiz, ədəbiyyatımızla bağlı soruşur, cavab verməkdə çətinlik çəkirəm. Xahiş edirəm, mümkünsə mənə bu sahələrlə bağlı məsləhət bildiyiniz kitabları göndərin». Donub qalmışdım! Uşağın sözünə bax: atamın sualları qarşısında qızarıram”¦ İndi belə övladları əldə çıraqla axtarırlar. Anarın yerinə kim olsa, deyərdi ki, ay ata, mənim günahımdı ki, burada Azərbaycan tarixi və ədəbiyyatı tədris olunmur?Amma Anar o əxlaqın sahibi deyil. Ata dedi ”“ əməl etməlisən! Bax, tərbiyə üsulu budur! Mən də Anara bu xasiyyətinə görə təşəkkür edib xeyli kitab göndərdim. Ata-anasından o tərbiyəni ki Anar alıb, başqa cür ola bilməz!
Onu da deyim ki, Eldarın qızları Səbinə hüquq, Emiliya isə tibb üzrə fəlsəfə doktorlarıdı, Anar da doktoranturada təhsil alır.
Bu cür övladlara görə də Eldar Həsənov xoşbəxt ata, Elmira xanım xoşbəxt ana adını ləyaqətlə daşımağa haqlıdırlar. Eldar  bu 60 yaşında hər şeyə nail olub. General-leytenant, professor, Fövqəladə və  Səlahiyyətli səfir, bir neçə dərslik və dərs vəsaiti də daxil olmaqla 25 kitabın və 200-dən artıq elmi-publisistik məqalənin müəllifi və”¦ xoşbəxt valideyn! Bundan böyük xoşbəxtlik yoxdur. Təkcə bir çatmadığı arzusu Qarabağımızın, doğma Kəlbəcərimizin, Zəngəzurumuzun, Göyçəmizin azad olunmasıdır. Bu dəqiqələrdə onu düşündürən, qəmləndirən və nigarançılıq hissini yaşadan bu problemin həlli üçün müvafiq beynəlxalq təşkilatlarda dövlətin verdiyi səlahiyyət çərçivəsində əlindən gələni əsirgəmir.
Və hesab edirəm ki, o gün uzaqda deyil! Azərbaycan dövləti, qüdrətli ordumuz müqəddəs bir Qarabağ savaşına qalxıb bizi bu arzumuza qovuşduracaq və əziz qardaşım növbəti doğum gününü istədikləri ilə birlikdə Kəlbəcərdə”“Laçınqayanın zirvəsində dalğalanacaq bayrağın altında keçirəcək! Ən azından onun buna haqqı var! Çünki əvvəldə də dediyim kimi: arxan Laçınqaya ”“ önün Murovdur! Ona görə də sənə zaval yoxdu, qardaş!..

P.S. Az qala yadımdan çıxmışdı: Altmış illik yubileyini təbrik edirəm! Cansağlığı və Kəlbəcər arzulayıram!!! Bilirəm ki, özünün də bundan böyük və müqəddəs arzun yoxdur!
 

Oxşar xəbərlər
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...