Bakının “Restoranlar kralı” ilə bağlı şok araşdırmalar...
Oxunub: 10449
09 Oct 2015 | 22:47
Bakının “Restoranlar kralı” ilə bağlı şok araşdırmalar...

Keçmiş müdiri “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarının sahibi Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir...

Azərbaycanda uzun illər davam edən özəlləşdirmə prosesi zamanı çoxlu sayda qanunsuzluqlar, özbaşınalıqlar baş verib. Rüşvət və korrupsiyanın, ədalətsizliyin ön plana çıxması ilə yadda qalan bu prosesdə, dövlət əmlakı sözün əsl mənasında talan olunub, əksər hallarda özəlləşməyə çıxarılan əmlak onu əldə etmək hüququ olan şəxslərə deyil, tamamilə kənar adamlara satılıb. Bu zaman nəinki vətəndaşların qanunla qorunan hüquqlarına, hətta ən elementar əxlaq normalarına belə riayyət olunmayıb. Özəlləşdirmə zamanı insanların haqlarının açıq şəkildə tapdandığına, səhm almaq hüququ olanların zorbalıqla prosesdən kənarda saxlandığına dair istənilən qədər fakt göstərmək olar.
Bu cür qanunsuzluqlar, cinayətlər hesabına hazırda milyoncu olan, oliqarx kimi təqdim edilən kifayət qədər keçmişi dələduz olan “iş adamı” mövcuddur. Adi bir oğru kimi min cür fırıldaqla başqalarının və dövlətin əmlakını ələ keçirən bu dələduzlar hazırda əyinlərinə bahalı kostym geyib, boyunlarına qalstuk taxaraq, milyonluq obyektlərə sahiblik edir, villalarda yaşayır, özlərini elitanın təmsilçiləri kimi təqdim edirlər. Beynəlxalq Bankda “kredit talançılığı” ilə bağlı başlanan cinayət işi belə “elitar sahibkarların” bir hissəsini ifşa etsə də, onların sayı daha coxdur.
Əlbəttə, iş adamlarımız arasında öz halal zəhməti ilə, uzun illər cəkdiyi əziyyətlər hesabına iri sahibkara çevrilənlər də var. Ancaq nə yazıq ki, belələrinin sayı çox azdır.

Bu gündən başlayaraq təqdim edəcəyimiz silsilə araşdırmada da indi böyük iş adamları, Bakının “Restoranlar kralı” kimi tanınan iki qardaşın iri kapital, milyonluq obyektlər sahibinə necə çevrilməsindən ətraflı bəhs edəcəyik. Onların hansı qrup iş adamlarına daxil olması qərarını isə oxucuların ixtiyarına buraxacağıq.
xari_bulbul_toyazSöhbət Bakının məşhur “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarının, çoxlu sayda başqa obyekt və villaların sahibi olan, “Restoranlar kralı” kimi tanınan Tahir və Elxan Qasımov qadaşlarından gedir. Əvvəlcədən qeyd edək ki, rəsmi sənədlərdə qardaşlardan birinin ”“ Tahirin soyadı Əbdülqasımov kimi gedir. Onlardan hansının və niyə soyadını dəyişdiyini bilməsək də, 2 qardaşın “Restoranlar kralı”na çevrilmələrinin maraqlı tarixçəsi haqda detallı məlumatlar əldə etmişik.

Bələdçimiz Tahir və Elxan Qasımov (Əbdülqasımov) qardaşlarını hələ 80-ci illərin sonlarından tanıyan, onlarla ailəvi dostluq etmiş, lakin bu “dostluğun” acısını indiyədək çəkən Tağıyeva Təranə Əsgər qızıdır. Qardaşlar tərəfindən aldadılan bu xanım saytımıza şikayətində elə mətləblərdən danışıb, faktlar açıqlayıb ki, insan inanmaqda çətinlik çəkir”¦
Terane TTağıyeva Təranə Əsgər qızı vaxtilə Bakı şəhəri, Nizami rayonu, Qarayev 61 ünvanında yerləşən (“Neftçilər” metrostansiyasının üstü) keçmiş 47 saylı “Gəncə Şərq” Şirniyyatı mağazasının direktoru olub. Hələ SSRİ vaxtı ”“ 1986-cı ildə bu vəzifəyə təyin olunan T.Tağıyeva, mağaza özəlləşdirilənə qədər ”“ 1997-ci ilə qədər adıçəkilən mağazaya rəhbərlik edib. Həmin illərdə sonradan müəmmalı şəkildə milyonçuya çevrilən qardaşlardan biri ”“ Elxan Qasımov əvvəlcə bu mağazada satıcı, sonra isə əmtəəşünas işləyib.

Təranə Tağıyevanın sözlərinə görə, xaraktercə mehriban adam olduğundan, bütün işçiləri ilə səmimi münasibət qurub. Heç vaxt müdir kimi özünü işçilərindən yuxarıda tutmayıb, onlara hər bir qayğını göstərib. Bir-birilərinin xeyrində-şərində doğma adam kimi yaxından iştirak ediblər. O cümlədən mağazada satıcı işləyən Elxanla da ailəvi yaxın münasibətləri olub, onu öz qardaşı bilib. Tahir də həmin vaxtlar tez-tez mağazaya gələrək, qardaşına kömək etdiyindən onu da öz işçilərindən ayırmayıb”¦
Təranə Tağıyeva deyir ki, Elxan mağazada çalışan yeganə kişi olduğundan mal alımağa, satışdan əldə olunan pulu müvafiq qurumlara təhvil verməyə və sair işlərə bir çox hallarda onunla birlikdə gedib. Mağaza ilə bağlı harasa sənəd göndərmək və yaxud hardansa sənəd götürmək lazım olanda da əsasən Elxanı göndərib. Elə bu səbəbdən də bir müddət sonra Elxanı əmtəəşünas vəzifəsinə keçirib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ”“ 90-cı illərin əvvəllərində məlum səbəblərdən ölkədə, o cümlədən Bakıda yaranmış sosial-iqtisadi böhran ticarətə də mənfi təsir edib. Buna baxmayaraq, Təranə Tağıyeva mağazanı qoruyub saxlaya bilir. Hətta mal aldıqları fabrik istehsalı dayandırdığından, bəzi növ şirniyyat məhsullarının istehsalını belə mağazada təşkil edib.
Ölkədə kiçik müəssisələrin özəlləşdirilməsinə başlandıqdan sonra keçmiş 47 saylı “Gəncə Şərq” Şirniyyat mağazası özəlləşdirməyə açılır. Həmin vaxt mağazanın direktoru olan Təranə Tağıyeva da, təbii olaraq özəlləşdirmə prosesinə qoşulur.

Haşiyə: Kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi ilə bağlı qaydalara əsasən, nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir. 85%-i ilk növbədə əmək kollektivi üzvlərinə və obyektin icarədarına təklif olunur, onların imtina etdiyi pay digər şəxslərə satılır.
Kiçik müəssisənin hərraca çıxarılan hissəsi də əmək kollektivi tərəfindən alındıqda, yəni obyekt 100% müdir və işcilər tərəfindən özəlləşdirildikdə hərrac qiymətinin 30% müvafiq qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ən geci 5 gün ərzində VƏKIL OLUNMUŞ ŞƏXS tərəfindən pulla ödənilirdi.
Qeyd edək ki, qanunvericiliyə əsasən, kiçik müəssisələrin özəlləşdirilməsi zamanı müəssisənin əmək kollektivi onların hüquqlarını həyata keçirən VƏKİL EDİLMİŞ ŞƏXS (hüquqi və ya fiziki şəxs) müəyyən edirdi. Bu şəxs əmək kollektivini özəlləşdirməni həyata keçirən orqanlarda təmsil edir, özəlləşdirmə prosesində zəruri işləri görür (müəssisənin özəlləşdirilməsi barəsində ərizəni rəsmiləşdirir, özəlləşdirmə prosesində iştirak edir, zəruri müqavilələr bağlayır və öhdəliklər imzalayır və sair), sənədləşməni aparırdı.
Özəlləşdirmədə vəkil edilmiş şəxsin səlahiyyətli olması üçün əmək kollektivi üzvlərinin və özəlləşdirmədə güzəşt hüququ olan digər şəxslərin 50%-dən çoxunun öz səlahiyyətlərini qanuni surətdə ona verməsi və etibarnamənin müvafiq formada notarial qaydada rəsmiləşdirilməsi tələb olunurdu.

Sherq

47 saylı “Gəncə Şərq” Şirniyyatı mağazası o qədər böyük olmadığından və satıcı qadınlar prosesdə iştiraka maraq göstərmədiyindən, mağazanı Təranə Tağıyeva və Elxan Qasımov şərikli özəlləşdirmək qərarına gəlirlər. T.Tağıyeva mağazanın özəlləşdirilməsində iştirak etmək niyyəti ilə əlaqədar olaraq bütün sənədləşmə işlərini aparmağa başlayır.

Tağıyeva qadın olduğundan, qanunvericiliyə uyğun olaraq özəlləşdirmədə 47 saylı “Gəncə Şərq” Şirniyyatı mağazasının kollektivini təmsil etmək üçün vəkil edilmiş şəxs kimi öz doğma qardaşı kimi inandığı Elxan Qasımovu seçirBununla bağlı müvafiq sənədləşmə işləri Nizami rayonu 15 saylı Notariat Kontorunda aparılır. Həmin vaxt 15 saylı Notariat Kontorunun rəhbəri vəzifəsində Eldar Qurbanov işləyir. Hansi ki, bu şəxslə də bağlı cox ciddi ittihamlar var. Bu haqda bir qədər sonra”¦
Beləliklə, özəlləşdirmə prosesinə start verilir. Lakin ilkin sənədləşmə işləri başa çatan ərəfədə ”“ 1996-cı ildə T. Tağıyevanın ailəsində bədbəxt hadisə baş verir. Həyat yoldaşı gənc yaşında qəfildən ürək tutmasından dünyasını dəyişir. T.Tağıyevanın başı təbii olaraq ailəsindəki yas mərasiminə qarışır. Yas mərasimi başa çatmamış, atasının ölümündən dərin psixoloji sarsıntı keçirən azyaşlı övladı ağır şəkildə xəstələnir. T. Tağıyeva vaxtının müyyən hissəsini övladının müalicəsinə sərf etməyə məcbur olduğundan, özəlləşdirmə ilə bağlı işləri Elxan Qasımova tapşırır.

Bundan əlavə ailəsindəki yas və övladının xəstəliyi ilə əlaqədar bir müddət mağazanın işlərində iştirak edə bilmədiyindən, mal almaq, hesablaşmalar aparmaq və sair işləri Elxan Qasımova həvalə edir. Hətta möhürü belə ona etibar edir.
Sən demə Elxan Qasımov da elə bu fürsəti gözləyirmiş. T. Tağıyevanın sözlərinə görə, müvəqqəti də olsa səlahiyyətləri ələ keçirən Elxan Qasımov, mağazanı ələ keçirmək üçün açıq cinayətə baş vurur. T.Tağıyeva Elxanın bunu qardaşı Tahirin məsləhəti və ya təhriki ilə etdiyi qənaətindədir: “Neçə il Elxanla bir yerdə işləmişəm. Onun maldan, puldan ötrü belə bir visdansızlıq edə biləcəyini heç vaxt düşünməmişəm. Özü də belə insan deyildi. Düşünürəm ki, qardaşı Tahir onu buna vadar edib. Ya da mən onu doğru-düzgün tanımamışam”¦”

Elxan Qasımov mağazanı ələ keçirmək üçün birinci növbədə T. Tağıyevanı və digər çalışanları işdən kənarlaşdırmaq lazım olduğunu bildiyindən, bu istiqamətdə “fəaliyyətə” başlayır. Və ilk işi T.Tağıyevanı gizlicə və saxta sənədlərlə vəzifəsindən azad etmək olur”¦

- Təranə Tağıyevanı saxta yolla, sənəd üzərində işdən azad etmək üçün kimlər, hansı cinayətə gedib? Bu cinayətdə hansı Notarial Kontorun müdirinin də iştirak etdiyi iddia olunur?

- “Restoranlar kralı”na çevrilən qardaşlar “Şuşa” və digər restoranları necə əldə ediblər?

- Elxan və Tahir Qasımov qardaşları hansı nazirin adından istifadə edərək, böyük əmlaklara sahib olublar? Onların özlərinin himayəçisi kimi göstərdiyi Nüsrət adlı şəxs kimdir?

- “Hunday” markalı maşınla adam öldürüb, azadlıqda gəzən kimin oğludur?

- Elxan Qasımovun mağazanı saxta yolla ələ keçirməsilə bağlı başlayan cinayət işində hansı faktlar aşkarlanıb? Cinayət işini yekunlaşdırmaq niyə mümkün olmur?

- Nizami rayon prokuroru Mahir Muradov Təranə Tağıyevaya nə təklif edib?

- Təranə Tağıyevanı “bir oğlun var, onu düşün” deyə hədələyən kim olub?

- Birinci xanım Mehriban Əliyevaya şikayətdən sonra Daxili İşlər naziri Ramil Usubovla görüşən Təranə Tağıyevaya nə vəd olunub? Qardaşların adından nazirə hansı məlumat verilib?

Bu və digər suallara cavablar növbəti yazıda”¦

“AzPolitika.info”

Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 08:02
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
23 Apr 2024 | 09:18
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
23 Apr 2024 | 07:57
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 08:02
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
23 Apr 2024 | 09:18
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
23 Apr 2024 | 07:57
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO