Putin müsəlmanların, yoxsa Əsədin dostudur?
Yaxud ruslar Yaxın Şərqdə arzulanan qüvvəyə necə çevrildilər? Qərbin Yaxın Şərqdəki ikibaşlı oyunları fonunda Rusiyanın terrora qarşı savaşan gücə çevrilməsinin qısa tarixçəsi...
Son günlər dünya mediasının əsas gündəm mövzusu heç şübhəsiz, Rusiyanın Suriyada apardığı antiterror əməliyyatlarıdır. Ruslar Yaxın Şərqdə antiterror əməliyyatlarına Qərbdən bir il gec başlasalar da, səs-küy yarada bildilər. Bir il əvvəl dünya mediası İŞİD-i bombalayan BƏƏ-li pilot xanımdan, hava zərbələrində “nöqtə atışından” xəbərlər, süjetlər verirdi. İndi isə efiri rus qırıcıları, raket zərbələri və ən əsası Putin xəbərləri doldurub.
Hətta sosial şəbəkələrdə Putinin müsəlman obrazında, namaz qıldığını göstərən kollajları yayılıb. Zarafat bir yana, Rusiya prezidenti indi doğrudan da populyar bir şəxsdir Yaxın Şərqdə. Hazırda xəbərlərin və sosial paylaşımların müqayisəsinə baxsaq, müsəlman dünyası üçün bir nömrəli şəxs məhz Rusiyanın prezidentidir. Hətta Türkiyənin liberal görüşlü köşə yazarları Putini müsbət müqayisədə təqdim edirlər. Təbii ki, Rusiya liderini mənfi planda, nifrətlə yad edənlər də var. Amma istənilən halda hazırda “gündəmin adamı” odur - Rusiya prezidenti.
Ruslar terrora qarşı mübarizədə amerikalılardan daha səmimidir?
Əlbəttə, səbəb aydındır. Putinin rəhbərliyi altında Rusiya aviasiyası Suriyada İŞİD başda olmaqla radikal silahlı qrupları bombalayır. Doğrudur, hələlik rusların bomba zərbələrinin dəqiq nəticələri yoxdur, amma cəmi iki həftə ərzində doğurduğu səs-küy onu göstərir ki, ruslar Suriyada dəqiq və operativ işləyir.
Eyni işi amerikalılar da edir. Ötən ilin avqustunda ABŞ İŞİD-ə qarşı əməliyyatlara başlayıb. Rəsmi məlumatlarda deyilir ki, 60-dan artıq ölkənin qoşulduğu beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində 15 mindən artıq İŞİD üzvü öldürülüb. O cümlədən 459 nəfər mülki insan hava zərbələri zamanı dünyasını dəyişib. ABŞ aviasiyasının liderlik etdiyi koalisiya qüvvələri bir il ərzində sentyabr ayına olan məlumata əsasən 6745 hava reydi keçirib. ABŞ-la yanaşı, Fransa, Böyük Britaniya, Belçika, Hollandiya, Avstraliya, Danimarka və Kanada aviasiyası əməliyyatlarda iştirak edir. O cümlədən İordaniya və qismən Türkiyə koalisiyaya dəstək verir.
Koalisiyanın hava reydlərinin 2515-i Suriyada, 4230-u isə İraqda həyata keçirilib. Əsas ağırlıq isə ABŞ aviasiyasının üzərinə düşüb. Amerikalılar 5240 dəfə uçuş həyata keçiriblər. Ancaq göründüyü kimi, ötən bir il İŞİD-i məğlub etmək üçün kifayət etməyib. Koalisiya təyyarələri yalnız kürdlərin mövqelərini gücləndirdilər: Şimali İraqdakı kürd qüvvələrinə qarşı İŞİD-in hücumunun qarşısının alınması və Suriyada Kobani ətrafında İŞİD-in hücumunun qarşısının alınmasında rol oynadılar.
Ruslar isə tamam fərqli taktika götürdülər. Rusiya təyyarələri Suriyada İŞİD-in “paytaxtı” Rəqqa şəhəri də daxil olmaqla bütövlükdə İŞİD-lə yanaşı “ən-Nusra”, hətta bəzi iddialara görə, “Fəth ordusu” və digər qruplaşmaların da mövqelərini bombalayır. Bu isə bölgədə vəziyyətin dəyişməsinə səbəb olur. Məsələn, rusların məlumatına görə, sentyabrın 30-dan başlayan əməliyyatların ilk həftəsində 120 uçuş həyata keçirib və 110 hədəfi, o cümlədən 71 zirehli texnika, 19 komanda mərkəzi, 2 rabitə mərkəzi, 23 yanacaq və partlayıcı anbarı, eləcə də partlayıcı sexləri məhv edilib.
Bu məlumatın dəqiqliyini sübut etmək çətin olsa da, yaranmış vəziyyət, eləcə də Suriya ordusunun hücuma keçməsi göstərir ki, rusların ilk həftəsi uğurlu olub. Ən azı Suriya üçün. Açıqlamalardan o da bəlli olur ki, əməliyyatlar bu tendensiya üzrə davam edəcək. Deməli, ruslar sadəcə amerikalılar kimi havadan zərbə endirmək deyil, quru əməliyyatlarına dəstək verməklə Suriya ordusunun qurudan hücumuna şərait yaratmağa çalışacaqlar.
Rusların Suriyaya müdaxiləsi gözlənildiyi kimi, onsuz da gərgin olan beynəlxalq münasibətlər sistemini daha da gərginləşirib. Putin Suriyada Bəşər Əsədi qorumaqla yanaşı, eyni zamanda amerikalıların Yaxın Şərqdə səmimi olmadığını, terrora qarşı mübarizədə real çalışmadığını sübut edir. Əlbəttə, rusların Suriya münaqişəsinə baxışı amerikalılardan fərqlənir. Putinin hərbi aksiyası Bəşər Əsədin hakimiyyətinin qorunub saxlanılması və Suriyada yenidən sabitliyin bərqərar edilməsidir. Ən mühümü isə rusların hava dəstəyi zəif durumda olan Suriya ordusunu gücləndirir. Son günlər Suriya ordusunun bir neçə bölgədə hücuma keçməsi göstərir ki, Bəşər Əsəd Rusiyanın dəstəyindən yetərincə faydalanmağa çalışacaq.
Rusiya Suriyada savaşa Moskvada nəhəng məscidinin açılışı və Putinin BMT-də İslam dininə tərifli çıxışından sonra başladı.
Amma ondan əvvəl Putin Moskvada iyul-avqust aylarında İordaniya kralını, Misir prezidentini, Səudiyyə şahzadəsini, BƏƏ müdafiə nazirini qəbul edib danışıqlar apardı. Bu mənada rusların Yaxın Şərqda peyda olması qəfil olmadı. Putinin mesajı açıq idi. Ruslar savaşın Orta Asiya və Şimali Qafqaza sıçramasının qarşısını almaq üçün onu Suriyada aparır. Bunu Putin də etiraf etdi. Nyu-Yorkda ABŞ telekanalına müsahibəsində Putin dedi ki, yaraqlılar Rusiyaya qayıtmamış onları Suriyada məhv edilməsi üçün Əsədə dəstək verəcək. Bu mənada indiki savaş rusların uğurudur. Çünki nə də olsa savaş Rusiya sərhədlərindən min kilometr uzaqda aparılır. Bu, istənilən halda Şimali Qafqazda və ya Tacikistan dağlarında savaşmaqdan daha rahat və asandır.
Rusların qətiyyət göstərməsi, İŞİD və “ən-Nusra” kimi terror qruplaşmalarına qarşı ağır zərbələr endirməsi istər-istəməz onu tərəfə çevirir. Ancaq eyni zamanda rusların Suriyada qətiyyət göstərməsi terrordan əziyyət çəkən müsəlmanların rəğbətini qazanır. Doğrudur, rusların digər müxalif qrupları da bombalaması etirazlar doğurur. Ancaq istənilən halda Rusiyanın fəaliyyəti ABŞ-ın ötən bir ildəki antiterror kampaniyası ilə müqayisədə daha effektiv görünür.
Putin müsəlmanların dostudur?
Dəməşq Universitetinin ərəb dili kursunda oxuyan alman həkim-psixoloq Tilman deyirdi ki, Dəməşqdə bir çox marketlərdə satıcılar onun alman olduğunu bildikdə pul almırdılar. Səbəbi isə Tilman üçün dəhşətli idi: ərəblər üçün Tilman Hitlerin yerlisi idi. Ərəb tacirlər onun alman olduğunu bildikdə Hitleri yad edib, onun yəhudiləri qırmasını xatırladıb onun yerlisinə ehtiram göstərirmişlər.
Bu gün də ərəblər yəhudilərə nifrətlərini Hitlərə sevgi ilə təsdiqləməyə çalışırlar. Necə deyərlər, “pisə qarşı daha pis”. Bu mənada indi rusların Suriyada antiterror əməliyyatları İŞİD-lə müqayisə edilir və təbii ki, indiki fəaliyyətləri rusların keçmiş günahlarını ən azı indilikdə unutdurur. Xüsusən də azərbaycanlılar üçün. Ruslar yaxşı deyil, amma daha pislə savaşdığı üçün yaxşıdır. Eyni zamanda ruslar bu mərhələdə amerikalılarla müqayisədə daha qətiyyətli, terrora qarşı daha səmimi mübarizə apardıqlarını sübut edirlər. Bu isə yalnız İslam dünyasında deyil, bütövlükdə dünyada müsbət effekt doğurur.
Görünən odur ki, Suriya ruslar üçün ikinci Əfqanıstan olmayacaq. Amma savaşın tezliklə sona çatması da real görünmür. Ruslar Suriyaya ordu göndərib ərəblərin nifrət hədəfinə çevrilmək istəmirlər. Əfqanıstandan fərqli olaraq bu işi görəcək Suriya ordusu var. Rusiya isə bu mərhələdə savaşı sərhədlərindən kənarda saxlamaq, Ukrayna böhranını arxa plana keçirmək və terrora qarşı mübarizə aparmaqla qazanclı çıxmışa bənzəyir.
Rusiya bir imperiya dövlətdir. Və təbii ki, heç Putin özü də müsəlman deyil. Amma indi onun qətiyyətli addımları Obama ilə müqayisədə daha cəlbedici görünür. Və nəhayət, Əfqanıstandan fərqli olaraq beynəlxalq ictimai rəy tamamilə ruslara qarşı deyil. Çünki dünya üçün daha qorxulu olan Yaxın Şərqdə sürətlə böyüyən terrordur. Hansı ki, bir il ərzində Qərb ölkələri ona qarşı effektiv mübarizə apara bilmədilər.
Yeri gəlmişkən, bu günlərdə İraq hökuməti də bəyan edib ki. Rusiyadan İraq ərazisində terror hədəflərinə qarşı mübarizə üçün dəstək istəyəcəklər. Qarşıdakı aylarda rusların İraqda hava zərbələri enriməsi heç kəsi təəccübləndirməməlidir. Necə deyərlər, indi ruslar Yaxın Şərqdə arzulanan qüvvədirlər.
Qərb isə hələ ki Putinin arxasınca “sürünür”. Qərb mediası rus raketlərinin hədəfə düzgün vurmadığını, yarı-yolda düşdüyünü, rus qırıcılarının dinc əhalini vurmasını, hətta radikalların rus texnikasını vurmasını tirajlamaqla Rusiyaya qarşı kampaniya aparır. İndiki şəraitdə bundan daha artığını da etmək mümkün deyil, çünki formal olaraq indi Qərbin və Rusiyanın Yaxın Şərqdəki hədəfi eynidir: radikal terrorçu qruplar.
Ancaq istisna deyil ki, qarşıdakı dönəmdə rusları zəiflətmək üçün Qərb ölkələri Suriyadakı radikal qrupları silahlandıracaq. Artıq bunun ilkin əlamətləri də var. Ancaq Əfqanıstan savaşında olduğu kimi rusları ümumi “duşman”, müsəlmanların vahid düşməni elan etmək çətin ki, bu dəfə mümkün olsun. SSRİ-dən fərqli olaraq indi rus lider məscid açılışı edir, İslam dininin terrorla əlaqəsinin olmadığını deyir, ən mühümü isə ruslar bu savaşa müsəlman dünyasının terror bəlasından əziyyət çəkdiyi bir vaxtda qoşuldular və savaşda yalnız deyillər.
Bu vəziyyətin yaranmasında isə təbii ki, ilk növbədə terrora mübarizədə ikiüzlü olan, bölgə siyasətində çoxtərəfli oyunlar oynayan Qərb ölkələri günahkardır. Halbuki vaxtında üstünlük Qərbin əlində idi. Terrora qarşı qətiyyətli savaş aparmaq, ən azı onun ləğv olunması üçün səmimi ittifaq qurmaq olardı. Bunun üçünsə kifayət qədər zaman olsa da, Qərb ölkələri bu istiqamətdə lazımi addımları atmadılar./musavat.com/
23:20, Bu gün
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
23:16, Bu gün
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
23:15, Bu gün
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
23:13, Bu gün
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
23:12, Bu gün
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
23:08, Bu gün
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
23:02, Bu gün
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
23:02, Bu gün
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
22:59, Bu gün
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
22:55, Bu gün
Qırğızıstan “TikTok”u qadağan edə bilər
22:40, Bu gün
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
22:37, Bu gün
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
22:36, Bu gün
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
22:35, Bu gün
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
22:29, Bu gün
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
22:23, Bu gün
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
22:16, Bu gün
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
22:14, Bu gün
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
22:11, Bu gün
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
21:55, Bu gün
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
21:52, Bu gün
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
21:50, Bu gün
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
21:48, Bu gün
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
21:44, Bu gün
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
21:42, Bu gün
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
21:30, Bu gün
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
21:15, Bu gün
Uelsdə silah zavodunda PARTLAYIŞ
21:12, Bu gün
Urmiya gölünün son peyk görüntüsü - FOTO
21:06, Bu gün
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
21:03, Bu gün
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
23:20, Bu gün
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
23:16, Bu gün
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
23:15, Bu gün
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
23:13, Bu gün
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
23:12, Bu gün
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
23:08, Bu gün
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
23:02, Bu gün
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
23:02, Bu gün
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
22:59, Bu gün
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
22:55, Bu gün
Qırğızıstan “TikTok”u qadağan edə bilər
22:40, Bu gün
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
22:37, Bu gün
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
22:36, Bu gün
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
22:35, Bu gün
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
22:29, Bu gün
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
22:23, Bu gün
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
22:16, Bu gün
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
22:14, Bu gün
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
22:11, Bu gün
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
21:55, Bu gün
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
21:52, Bu gün
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
21:50, Bu gün
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
21:48, Bu gün
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
21:44, Bu gün
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
21:42, Bu gün
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
21:30, Bu gün
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
21:15, Bu gün
Uelsdə silah zavodunda PARTLAYIŞ
21:12, Bu gün
Urmiya gölünün son peyk görüntüsü - FOTO
21:06, Bu gün
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
21:03, Bu gün
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
20:59, Bu gün
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
20:49, Bu gün
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
20:47, Bu gün
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
20:46, Bu gün
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
20:37, Bu gün
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
20:29, Bu gün
Yaponiya sahillərində güclü zəlzələ olub
20:28, Bu gün
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
20:27, Bu gün
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
20:23, Bu gün
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
20:22, Bu gün
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
20:15, Bu gün
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
20:13, Bu gün
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
20:02, Bu gün
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
19:56, Bu gün
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
19:53, Bu gün
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
19:48, Bu gün
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
19:44, Bu gün
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
19:40, Bu gün
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
19:38, Bu gün
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
19:35, Bu gün
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:26, Bu gün
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
19:25, Bu gün
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
19:20, Bu gün
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
19:14, Bu gün
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
19:05, Bu gün
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
18:57, Bu gün
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
18:55, Bu gün
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
18:45, Bu gün
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:38, Bu gün
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
18:33, Bu gün
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
18:27, Bu gün
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
18:24, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
18:20, Bu gün
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
18:19, Bu gün
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
18:11, Bu gün
Yanlış arıqlamağın üç əsas göstəricisi
18:10, Bu gün
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
18:10, Bu gün
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:08, Bu gün
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
18:04, Bu gün
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
18:00, Bu gün
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17:57, Bu gün
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17:55, Bu gün
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17:51, Bu gün
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17:47, Bu gün
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17:45, Bu gün
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17:43, Bu gün
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17:40, Bu gün
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17:36, Bu gün
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17:32, Bu gün
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17:30, Bu gün
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17:28, Bu gün
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17:25, Bu gün
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17:21, Bu gün
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:20, Bu gün
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17:16, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17:15, Bu gün
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17:10, Bu gün
Abşeronda kişi meyiti tapıldı
17:07, Bu gün
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
17:02, Bu gün
Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
16:57, Bu gün
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - FOTO
16:52, Bu gün
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
16:47, Bu gün
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır" - Çin analitikinin proqnozu
16:42, Bu gün
Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir - FOTO
16:37, Bu gün
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü DANIŞDI
16:32, Bu gün
Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
16:27, Bu gün
Fransanın “səfir oyunu”: Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH + FOTO
16:25, Bu gün
Xəzər rayonunda silahlı şəxs saxlanıldı
16:22, Bu gün
“Ürəyi” olan yeganə planet - Plutonun böyük sirri üzə çıxdı
16:19, Bu gün
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi
16:16, Bu gün
Şahin Bağırov vətəndaşları qəbul edəcək
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:53, Bu gün
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
06:36, Bu gün
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
09:28, Bu gün
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
10:17, Bu gün
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:53, Bu gün
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
06:36, Bu gün
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
09:28, Bu gün
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
10:17, Bu gün
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ