Yazıçı-publisist Mehriban Vəzir zaman-zaman sevinclə yanaşı, həm də faciələrə səbəb olan, insanların həyatı bahasına başa gələn Bakı nefti və neftçilərinin şərəfinə ölkə paytaxtında nəhəng bir abidənin qoyulması təklifi ilə çıxış edib. (//www.moderator.az/news/110124.html )
Maraqlıdır, ölkə ziyalıları, ictiai-siyasi xadimlər necə, belə bir abidənin inşasını zəruri hesab edirmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı təklifin yaxşı təklif olduğunu, lakin bunun neftçilərə olan münasibəti dəyişməyəcəyini vurğuladı:
“Yaxşı təklifdir, ancaq bu daş abidə nə neftçilərə, nə də digər vətəndaşlara münasibəti dəyişməyəcək. Dəyişmə təfəkkürdə, mədəniyyətdə, qanunlarda olmalıdır. Özü də vətəndaşlara qarşı deyil, onların hüquqlarının qorunması naminə qəbul edilən qanunlarda.
Bu faciə başqa ölkədə baş vermiş olsaydı, məslul şəxslərin biri deyil, bir neçəsi istefa verərdi”.
Seymur Əliyev