Sabiq MTN generalı Akif Çovarovun Masazırda nəhəng istixana kompleksinə, hektarlarla torpaq sahəsinə malik olduğu kimsəyə sirr deyil.
Bugünlərdə etibarlı mənbədən
Moderator.az-a daxil olan məlumatda, keçmiş MTN rəhbəri Eldar Mahmudovun da
Masazırda hektarlarla əraziyə malik olduğu ilə bağlı maraqlı informasiya yer
alıb.
Bu barədə saytımızı bilgiləndirən
mənbənin sözlərinə görə, sabiq nazirə məxsus torpaq sahələri Masazırdakı “Qurtuluş”
yaşayış kompleksi ilə “Villa Badam” kompleksi arasındakı ərazidə yerləşir:
“E.Mahmudova məxsus
torpaq sahəsi Abşeron rayonunun Masazır qəsəbəsində ən perestijli ərazilərdən
biri hesab edilən sahədə - “Qurtuluş”la “Villa Badam” ərazisindəki sahədə yerləşir.
Hektarlarla torpaq sahəsinin E.Mahmudov tərəfindən necə mənimsənilməsinə gəlincə,
bu məsələdə Akif Çovdarov amilinin müstəsna rol oynadığı birmənalıdır.
Sadə vətəndaşların
sıxışdırılması, həbs edilməsi və döyülməsi hesabına özünə Masazırda böyük bir
imperiya quran, hektarlarla torpağa əl qoyn A.Çovdarov, həyata keçridiyi “torpaq
ekspansiyası” fonunda öz nazirini də
unutmayıb. A.Çovdarov “özünəməxsus üsullarla” on hektarlarla ərazini qısa
zamanda E.Mahmudovun şəxsi mülkiyyətinə çevirib ki, bu torpaqlar bu gün də
E.Mahmudova yaxın şəxslərin mülkiyyətindədir”.
Mənbənin məlumatına görə,
“MTN işi” çərçivəsində E.Mahmudova məxsus bir çox ticarət mərkəzi və şirkətlər,
avtomobillər salonları və marketlər aşkar edilsə də, Masazır və bu qəbildən
olan “gözdən uzaq” yerlərdə sabiq nazirə məxsus yüz hektarlarla torpaq sahəsinin
mövcudluğu şübhəsizdir. Hansı ki, aparılacaq araşdırma bu torpaqların üzə
çıxarılmasını təmin edə bilər.