Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında ”“ parlamentdə rəsmi qarşılanma mərasimi olub.
Moderator.az-ın verdiyi xəbərə əsasən, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Çinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sədr Si Cinpinə təqdim olunub.
Hərbi orkestrin ifasında Azərbaycanın və Çinin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Əllərində Azərbaycanın və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamlayıblar.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.