Repetitor müəllimlərin vergiyə cəlb edilməsi
ilə bağlı Vergilər Nazirliyi qarşısında məsələ qaldırıldı.
Dünən
dekabrın 10 da saat 19 radələrində ANS
tv ”“də təhsillə bağlı televiziya proqramında müəllimlərin repetitor fəaliyyətlərindən
əldə etdikləri gəlirlərinin vergiyə cəlb edilməsi barədə mənim mətbuatda dərc
etdirdiyim məqalədəki təklifim səsləndirildi. Mən tanımıram Famil müəllim kimdir, amma özünü müəllim və
repetitor kimi təqdim edən Famil müəllimin hansı təhsil müəsisəsində işlədiyini
bilmək istərdim. Çünki onun bu problemə vicdan borcu kimi yanaşdığına əyani şahid olmaq
mənim üçün xüsusi maraq kəsb edir.
Məlumat üçün
qeyd etməliyəm ki, repetitor fəaliyyətindən əldə edilən gəlirlərin vergiyə cəlb
edilməsi bararədə Vergi Məcəlləsinə əlavə
dəyişiklikliyin edilməsinə ehtiyac yoxdur. Gəlir vergisi məqsədləri üçün
qanunvericiliklə qadağan edilməyən bütün fəaliyyət növlərindən əldə edilən gəlir
vergitutma obyektidir.
Vergi Məcəlləsinin
66.mad. (Qeyri qanuni gəlir)
Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb
edilməsinə təsir göstərmir.
Bu müddəadan
aydın olur ki, sözügedən fəaliyyətdən əldə edilən gəlirlər birbaşa vergitutma
obyektidir. VM-in digər maddəsində Maddə
102. Gəlir vergisindən azadolmalar və güzəştlər
repetitor fəaliyyətindən gəlirlərə aid edilmir. Azadolmalar və güzəştlər
yalnız əmək müqaviləsi əsasında fəaliyyət göstərən bu şəxslərin gəlirlərinə VM-in 102.1.6. mad nəzərdə tutulmuş halda və
qaydada tətbiq edilir. Yəni bu maddədə nəzərdə tutulmuş azalma və güzəşt yalnız
müəllimlərin məktəbdə müəllimlik məvacibinə tətbiq edilir. Ona görə də başqa müəsisələrdən
əldə etdikləi gəlirlərə tətbiq edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13 mad.
Sahibkarlıq fəaliyyəti; Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata
keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən
və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir)
götürülməsi olan fəaliyyətdir.
Müəllimlərin repetitor fəaliyyəti xidmətlərin göstərilməsi
xüsusiyyətlərinə aiddir və gəlir əldə etmək məqsədi daşıdığı üçün sahibkarlıq fəaliyyəti
sayılır. Ona görə də həmin müəllimlərdən fərdi qaydada VM-in 101.3. maddəsinin tələbinə əsasında (“Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini
həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə
ilə vergi tutulur”) vergi tutulmalıdır
Yəni müəllimlərin
belə sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər sadələşdirilmiş verginin deyil, gəlir
vergisinin obyekti kimi qiymətləndirilməlidir.
Elə müəllimlər
var ki, 100 nəfər şagird hazırlaşdırır. Hər biri üçün
aylıq 200 manat alır. Bu da ayda 20000 (iyirmi min) manat gəlir deməkdir. Bu məbləğə
tətbiq edilməli olan gəlir vergisi isə (xərclər çıxılmadan) 4000,00 (dörd min )
manat təşkil edir. Əlbəttə ki, bu qədər gəliri hər müəllim əldə edə bilmir.
Amma istənilən halda minlərlə müəllimin vergidən yayınması külli miqdarda
icbari sosial sığorta haqlarının da fonddan yayındırılması deməkdir. Onu da
xüsusi qeyd etməliyəm ki, məktəb direktorlarının gəlirləri barədə ayrıca
hesabat verməsi xüsusi əhəmiyyət kəsb edir. Repetitorlar üçün icarə haqları
alan məktəb direktorları dövlət mülkiyyətindən şəxsi gəlir məqsədləri üçün
istifadə edirlər. Belə hallarda məktəb özü hüquqi şəxs kimi mənfəət vergisinin
ödəyicisi sayılır. Əldə edilən mənfəət təhsil müəsisəsinin mülkiyyəti sayılır və
hökmən vergiyə cəlb edilməlidir. Məvaciblərinin az olmasından ən çox gileylənən
müəllimlər öncə dövlətə verdiklərini nəzərə almalıdırlar.
Qanun qarşısında hər kəs bərabərdir. Müəllimlərin gəlirlərinin
vergidən yayındırılmasına göz yummaq ilk növbədə cəmiyyətdə diskriminasiya əlamətləri yaradır.
Bu da vergilərin müəyyən edilməsi qaydalarının qanuni tələblərinə ziddir. Ona
görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün müəllimlərin vergi uçotuna
alınması (vöen) gəlirləri barədə rüblük və illik hesabatlılıq öhdəliyinin
yaradılması ölkədə qismən maliyyə şəfafalığının təmin edilməsi üçün başlanğıc
ola bilər.
Hörmətli müəllimlər məndən inciməsinlər. Vergi ödəməyə
çağırış sayqısızlıq kimi qiymətləndirilməməlidir. Əgər bu sahədə müəllimlər
xüsusi mədəniyyət nümayiş etdirməsələr, ölkədə korrupsiya və rüşvətlə mübarizə
aparmaq mümkün olmayacaq. Hesab edirəm ki, Vergilər Nazirliyi yaxın gələcəkdə
qoyulan məsələnin həlli barədə müvafiq tədbirlər görəcək.