Ərəstun Oruclu: “Artıq Azərbaycandakı mövcud agentura şəbəkəsi deşifrə olunub”
Читать: 5442
15 Dec 2015 | 12:48

Ərəstun Oruclu: “Artıq Azərbaycandakı mövcud agentura şəbəkəsi deşifrə olunub”

Son günlər ölkə gündəmi heç vaxt olmadığı qədər qaynar və gərgindir. MTN-də baş verən həbslərin, Nardaran olaylarının, qalmaqalların “istisi” soyumamış, Neft Daşlarında baş verən yanğın ölkədəki əhvalı daha da gərginləşdirdi.

Moderator.az xəbər verir ki. musavat.com “Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu ilə bu mövzuları əhatə edən açıqlama alıb.

- Azərbaycan prezidentinin Türkiyə lehinə Bakıda verdiyi mesajlar da bu qəbildəndir? Bu, NATO dövlətinə verilən dəstək idi, yoxsa bir qardaşa verilən dəstək? 

- İlk növbədə bir qardaş dövlətə verilən dəstək idi. Rəcəb Tayyib Ərdoğan hökuməti haqda mənim özümün də çox tənqidi fikirlərim olub. Lakin biz yenə də görürük ki, ən çətin məqamda bizim yanımızda olan Türkiyədir. 

- Belə başa düşmək olarmı ki, Rusiya ilə münaqişə fonunda Ərdoğana münasibətiniz bir qədər dəyişib? 

- Burda məsələnin iki tərəfi var. Hesab edirəm ki, Rusiyanın təyyarəsini vurmadan da ötüşmək olardı. Çünki bunun fəsadlarını görməmək mümkündür.

- Amma bu təyyarəni vurmasaydı, heç nə olmayacaqdı. 

- ...Digər bir tərəfdən isə israilli ekspert Avraam Şmulleviç çox gözəl açıqladı ki, “Putin özünü Piterin dalan uşağı kimi aparır, siyasətə dalan əxlaqı gətirir. Amma unudur ki, bu əxlaqa görə yolundan çıxanın dişini sındırırlar”. Əslində bu, oldu. Diqqət edin, son 6 ayda Rusiya hərbi təyyarələri neçə dövlətin sərhədini pozub: Latviya, Estoniya, Danimarka, Böyük Britaniya, Polşa, İspaniya. Bunların hamısı NATO dövlətləridir. Və üçüncü dəfə Türkiyənin. Bunlara hardasa cavab tədbiri görülməli idi. Bu, həm də o fonda baş verdi ki, Rusiya guya İŞİD-i bombalayır. 

Suriyadakı müxalifət də, hər kəs də iddia edir ki, əslində Rusiyanın bombaladığı İŞİD-ə qarşı döyüşən türkmənlər və digərləridir. Bir tək kürdləri bombalamağa cəsarət eləmir, onlardan özünə düşmən qazanmaq, PKK rıçaqını itirmək istəmir. Bu fonda Türkiyənin yanında Azərbaycanın olması tamamilə məntiqlidir. Eyni zamanda Türkiyə ilə bir yerdə olmaq daha çox bizə lazımdır. Rusiyanın bizdən nə istədiyi məlumdur. Rusiya Ermənistanda hərbi gücünü artırır. Rusiya bizə dost, müttəfiq, tərəfdaş deyil. Belə olan halda Qərblə korlanmış münasibətlər fonunda bizim arxamızda dayanacaq yeganə qüvvə Türkiyədir, bizim körpümüz Türkiyədir. 


- Oyun və təhlükə böyüdükcə sanki Türkiyə, eləcə də Azərbaycan hakimiyyətinə tənqidiniz bir az yumşalıb. Bu, təhlükənin qloballığındandır, Azərbaycana qarşı oynanan oyunun böyüklüyündəndir, yoxda sizdə nəsə fikir dəyişikliyi baş verib? 

- Prioritetlər var. Öncəlik dövlətdir.

- Dövlət bu qədərmi təhlükədədir?

- Bəli, təhlükədədir. Mən hesab edirəm ki, bu gün dövləti xilas etmək istəyiriksə, birinci pis-yaxşı, mövcud sabitliyi qorumalıyıq. İkincisi, islahatlara gedilməlidir. Çünki qarşıdan ağır il gəlir. Neft qiymətləri, üstəlik, dünyada iqtisadi depressiya davam edir...

- Yəni hakimiyyət dəyişikliyini istəmirsiz... 

- Hakimiyyətdə kimi kimlə dəyişəcəyik? Siz mənə başqa bir sabit komanda göstərin ki, bu komandanı hazırkı ilə dəyişmək mümkün olsun. 

“Rauf Mirqədirov da yaxın zamanlarda çıxacaq”

- Yoxdurmu alternativi? 

-  Mən keçən dəfə də bunu demişəm. Bir sıra hallarda sərt tənqidə məruz qaldım. Bu dəfə ondan da çox tənqidə məruz qalmağa hazıram. Bəli, bu gün alternativ yoxdur. Dağılıb, dağıdılıb, səbəbləri qoyuram bir qırağa, nəticəni deyirəm. 

- Bu gün Azərbaycanda iqtidar dəyişsə nə olar? Xaos? 

- Bəli, xaos olar. 

- Hansı modeldə?  İspaniya, Misir, Liviya? Ərəb ölkələri modeli, yoxsa Ukrayna?  

- Ərəb ölkələri xaosu. Ukrayna modeli burda mümkün deyil. Ukrayna modelində narazı oliqarxiya vardı, hakimiyyətin içində bir parçalanma baş vermişdi və bu koalisiyaya qoşulan müxalifət vardı. Aşağı-yuxarı, güclü müxalifət vardı. Gəlin baxaq ki, Azərbaycanda bu model üçün hansı şərtlər var? Birincisi, hakimiyyətdə o kəslər yoxdur ki, hansısa kritik məqamda məsuliyyəti üzərinə götürsün... 

- Bəs siz özünüz niyə partiya yaratmırsız?  

- (zarafatla) Partiya yaratmaq ciddi işdir...  

- Sizin kifayət qədər tərəfdarınız ola bilər. Bunu düşünmüsüzmü? 

- Düşünmüşəm. Təkliflər də var. Mən istəmərəm ki, mənim fəaliyyətimə görə kimlərsə tutulsun. 

- Mütləqmi tutulma olacaq? 

- Olacaq. Siyasətə atılırsansa, bu, mümkündür. 

- Amma sadəcə bir ekspert, rəy verən kimi iştirak etmək də sıxıcı deyilmi?

- Sıxıcıdır. Amma burda daha çox fayda verə bilərsənsə, burda olman daha uyğundur. 

- Bildiyimiz qədər, sizinlə tez-tez görüşürlər. Xarici ölkə səfirlikləri, təmsilçiləri. Bunların bəziləri ictimailəşir. Başqa hansı görüşləriniz olur? Hakimiyyət təmsilçiləri də sizinlə görüşürmü? Və ya fəaliyyətini zəiflətmiş müxalifət liderləri hansısa formada sizinlə görüşüb fikirlərinizi alırmı? 

- Dövlət yetkililəri ilə hər hansı görüşüm olmur. Müxalifət təmsilçilərindən ancaq İsa Qəmbərlə görüşlərimiz olur. O da müntəzəm olmur, hərdən. Mənimlə görüşməyə daha çox maraq göstərən gənclər təşkilatlarıdır. Media üçün hər zaman açığam. Media hər zaman mənim fikirlərimdən yararlanmağa çalışır, mən də onlarla əməkdaşlığa hazıram. Çünki mediaya mən tribuna kimi baxıram. 

- Dediniz ki, MTN rəhbərliyinin dəyişməsi ölkənin xarici siyasətində bir dəyişməyə gətirib çıxarıb. Bu dəyişiklik daxili siyasətdə nələrə gətirə bilər? Anlaşma, barış mühitinin yaranması, bir sıra məchul cinayətlərin açılması... mümkündürmü? Doğrudur, indiyə qədər bilinməyən bir çox gizlinlər üzə çıxdı artıq - insanların başına torba keçirilib oğurlanması, biznesmenlərin şantaj edilməsi... Amma bilinməyən çox şey var: Elmar Hüseynovun qətli, Rail Rzayevin snayperlə öldürülməsi. 

- Sadaladığınız cinayətlərə Neft Akademiyasındakı terroru da əlavə edək. 

- O da siyasidir? 

- Bir nəfərin işi deyildi,  əlbəttə. Hesab edirəm ki, indiki mərhələdə bu cinayətlərin açılacağını gözləmək lazım deyil. Ona görə ki, bunların bir hissəsində geosiyasi faktorun rolu var. İndiki həssas geosiyasi durumda heç kimin əlavə qıcıq yaratmaq marağı yoxdur. Nə müxalifətin, nə hakimiyyətin, nə heç birimizin... 

-Amma müəyyən zaman keçdikdən, dəngələr dəyişdikdən sonra mümkündürmü?
 
- Zaman keçdikdən sonra açılacaq. Ola bilsin ki, həmin cinayətlərdə iştirak etmiş adamlar başqa cinayətlərinə görə cəzalandırılsınlar. Siyasətdə belə bir təcrübə də var. Amma burda incə bir məqam var. Artıq müəyyən siyasi loyallaşma, liberallaşma əlamətləri görünür. Bir ay əvvəl heç kim təsəvvür edə bilməzdi ki, Yunuslar həbsdən azad olunacaqlar. 

- Bunun davamı gələcək, sizcə? “MTN işi” ilə bağlı tutulan jurnalistlər, fəallar da azadlığa çıxacaqmı? 

“Artıq Azərbaycandakı mövcud agentura şəbəkəsi deşifrə olunub”

- Düşünürəm ki, bu iş bağlanmağa doğru gedir. Xüsusilə də casusluq ittihamı var idi, o, ayrıca maddə kimi ayrıldı, istintaqı getdi. Zamanında buna oxşar bir şey Əli İnsanov və Fərhad Əliyevin işində “dövlət çevrilişi” ilə bağlı olmuşdu. 10 ildir onun təhqiqatı gedir və ortada bir şey yoxdur. Digər bir tərəfdən, biz belə bir şey gördük ki, Dövlət Departamentinin nümayəndələri gəldi Azərbaycana. Bu zaman Tehranda qaz sammiti keçirilirdi, İlham Əliyevə dəvət vardı. Amma məhz həmin gün İlham Əliyev departament nümayəndəsi ilə görüşməyə qərar verdi. Bura mən Obama ilə görüşü əlavə edərdim. Düşünürəm ki, artıq ən azı əvvəlki istiqamətə dönüş əlamətləri görünməkdədir. “Bank of Amerika” bankı Azərbaycanın maliyyə bazarı ilə bağlı tövsiyələrini verdi. Ola bilər ki, hansısa əməkdaşlıq gözlənilir. 


- Müsbət tərəfləri dediz. Amma maraqlıdır, köhnə rəhbərliklə cəmiyyətdə, insanlarda yaranmış MTN xofu, bu qurumla bağlı mənfi imic  aradan götürülə bilərmi? 

- Xof ayrıdır, mənfi imic ayrı. Xof belədir ki, o vaxt MTN-də olan qətllər, işgəncələr haqda hər kəs bilirdi. “Nida”çıların məhkəməsində deyilənlər yadınızdadır yəqin ki. Rauf Mirqədirovun şərlənərək həbs olunması da həmçinin. 18 ay onun istintaqı getdi. İndi məhkəmə keçirirlər, amma məhkəməyə çıxaracaq heç nələri yoxdur. 20 gündən bir proses keçirib, sonra təxirə salırlar. Niyə? Çünki orda cinayət tərkibi yoxdur. Bunlar qapadılmağa doğru gedir. Düşünürəm ki, Rauf Mirqədirov da yaxın zamanlarda çıxacaq. Xof da dağılmaqdadır. Amma burda başqa bir şey var. Etimadın bərpa olunması üçün həqiqətən gərgin iş lazım olacaq. Xüsusi xidmət orqanları insanlarla bir mənbə olaraq işləyir. İndi MTN bir insana əməkdaşlıq üçün yaxınlaşanda həmin insan düşünəcək ki, 5-6 ildən sonra onu bu işə görə məhkum etməyəcəklərmi, cinayətə cəlb olunmayacaq ki? Belə məqamlar var. Mənə elə gəlir ki, artıq Azərbaycandakı mövcud agentura şəbəkəsi deşifrə olunub. 

- Ümumiyyətlə, sizin təklifiniz varmı Azərbaycanın təhlükəsizlik sistemi ilə bağlı? Paket halında varmı? 

- Bunu bu dəqiqə təsəvvür etmək qeyri-mümkündür. Dünyada məlum praktika var. Amma bu praktika -  xüsusi xidmət orqanlarına üç-dörd pilləli nəzarət praktikası hüquqi dövlət və institusional idarəçilik şəraitində mümkündür. Azərbaycanda isə bu idarəçilik yoxdur, qanunun aliliyi təmin olunmayıb. 


- Mədət Quliyevin bir açıqlamasını oxudum ki, bu günə qədər 250 MTN əməkdaşı işdən çıxarılıb. Nazir müavini qeyd edib ki, ümumiyyətlə, nazirlikdə əməkdaşların sayı çoxdur...

- Bəli, ştat şişirdilib. 

- Sizcə, çox deyilmi o qədər kadrın çıxarılması? Faktiki buraxmaq deyilmi nazirliyi? 

- Orda minlərlə kadr toplayıblar. Əlavə əməkdaşlar qəbul ediblər. O qədər şişirdiblər. Bütün idarələr dönüb olub baş idarə. Vaxtilə bir-iki generalı olan nazirliyin Eldar Mahmudov dönəmində 26 generalı vardı.

- Onların neçəsi işdə qaldı? 

- Hələlik bildiyim qədər 11-12-si kənarlaşdırılıb. 26 general... ağlasığmaz bir şeydir. İlk növbədə qurumu hərbiləşdirilmiş statusundan çıxarmaq lazımdır. Bu, çox vacibdir. 

- Yeni nazir bir sual kimi insanları düşündürür. Sizdə də bu sual varmı? 

- Var, amma sual çox məchulludur, cavabı yoxdur. Mən düşünürəm ki, indiki nazir əvəzi funksiyasını yerinə yetirən, birinci müavin postunda oturan Mədət Quliyevin fəaliyyətindən çox şey asılıdır. Əgər onun fəaliyyəti düzgün qurulacaqsa, MTN-in həm reputasiyası, həm iş qabiliyyəti bərpa olunacaqsa, istisna etmirəm ki, onun özü də qala bilər. (Müsahibə prezidentin məlum qərarından öncə götürülüb - red.)

- Bu, onun üçün çox ağır yük deyilmi? Uçub dağılmış bir evi yenidən necə qursun? 

- Yəni o, ağır yükün ən ağır hissəsini üzərinə götürüb. Ağırlıq mərkəzi bu gündür. 

- Hər kəs, eləcə də siz deyirsiz ki, bu ifşa olunan dəstənin əlində böyük kompromat baqajı var. Bu, dövlətə, dövlət rəhbərliyinə təhlükə deyilmi? Bu kompromatlar hardansa çıxa bilərmi? Kimdə təminat var ki, bunların özünün nəzarət altına alınmaları ilə o kompromat da nəzarət altına alındı? Bununla Azərbaycanı nə təhlükə gözləyir? 

- Hər halda, ağıllı kəşfiyyatçılar bunu belə edir. Bu cür kompromatları hardasa bir yerdə yerləşdirir və özünü sığortalamaq, tutulmamaq, daha çətin duruma düşməmək üçün o kompromatları başqalarının əli ilə ortaya atır, özünü qoruyur. 

- İndi Eldar Mahmudovun həbs olunmasının səbəbi bu ola bilərmi? Əlində ciddi kompromatlar olduğu üçün təhlükəsizliyini təmin etmə ehtimalı varmı? 

- Mən düşünmürəm ki, bu kompromatın nədən ibarət olması artıq siyasi hakimiyyətə də məlumdur. 

- Amma bu, üzə çıxarılmır axı. Eldar Mahmudov bunu kənara çıxara bilərmi? Ölkə xaricinə, ölkə daxilinə...? 

“İndiki mərhələdə siyasi qətllərin açılacağını gözləmək lazım deyil”

- İnanmıram. Bir təhdid aləti yoxdur.

- Hansısa bir dövlətin əlinə düşə bilər? 

- Düşə bilər. Amma düşünmürəm ki, hansısa dövlət onu bu şəkidə istifadə edə bilər. Bir çox şeylərin üzə çıxmayacağına əminəm. Amma nələrsə çıxa bilər. Bilirsiz, ifşa olunan MTN rəhbərliyi özlərinə çox əmin idi. Ona görə də inanmıram ki, bu ehtiyat variant haqqında düşünsünlər. 

- İlin yekunudur. İl ağır oldu, çoxsaylı qəza və terrorlar, gizli qəsdlərlə zəngin oldu. Ölkənin gündəmi ciddi şəkildə qarışdı. 2016-dan azərbaycanlılar nisbətən sakitlik gözləsinlər, yoxsa daha gərgin olacaq? 
 
- Daha gərgin olacaq. İqtisadi depressiya var. Biz gələn ilə bu illə müqayisədə 30 faizdən yuxarı ixtisar olunmuş, kiçilmiş büdcə, 2015-ci ildən də aşağı neft qiymətləri ilə gedirik. Qeyri-neft sektoru olduqca aşağı səviyyədədir. Bu şəraitdə biz hələ bu ilin sonuna qədər növbəti devalvasiya dalğası ilə üzləşə bilərik. Bütün hallarda bu, gələn ilin zənbilinə təsir edəcək. Bu baxımdan ən optimal yol gömrük və vergi sistemini liberallaşdırmaqdır. O büdcə ilə maaşların artımına nail ola bilmərik. Ona görə də qalır ikinci yol - qiymətləri ucuzlaşdırmaq. Bunun yolu isə gömrük sistemindəki mövcud durumu aradan qaldırmaqdır. Düşünürəm ki, bunu edəcəklər.

- Mümkündürmü ki, dövlət idarəçilik sistemi bütünlüklə Asan modelinə keçsin? Prezident iki dəfə bunun anonsunu verib. 

- Mərhələli şəkildə mümkündür. Amma bu, bir ildə olunacaq bir iş deyil. Bu gün bizim daxili bazarın böyük bir həcmini sabitləşdirməyin, qiymət artımının qarşısını almağın bir tək yolu gömrük sistemində islahatdır. Bu istiqamətdə müəyyən addımlar atıldı - ölkəyə gətirilən müəyyən həcmdə malların rüsumdan azad olunması. Deyilənə görə, buna əməl olunmur hələ ki. Sahibkarlardan belə məlumat almışam. Amma riayət olunmaması da hardasa ciddi addımların atılmasına səbəb olacaq. 

Похожие новости
11:08, Сегодня
Ильхам Алиев примет участие в Сегменте высокого уровня 15-го Петерсбергского климатического диалога
11:03, Сегодня
Встреча глав МИД Азербайджана и Армении может состояться в Казахстане
10:31, Сегодня
Завершились совместные тактические учения "Волна-2024" - ФОТО/ВИДЕО
10:27, Сегодня
В Ходжавенде обнаружены мины и гранаты, есть задержанный
09:11, Сегодня
В Баку пассажирский автобус столкнулся с легковым автомобилем
09:00, Сегодня
Китайский автопроизводитель представил своего робота-гуманоида - ВИДЕО
08:42, Сегодня
Казахстан и Китай подписали план военного сотрудничества
08:30, Сегодня
Европейские биологи обнаружили ферменты, превращающие разные группы крови в первую
08:00, Сегодня
Названа страна с самыми пьющими детьми
07:40, Сегодня
Узбекистан и Таджикистан упростят транзитные грузовые перевозки
07:29, Сегодня
60-летняя женщина примет участие в конкурсе "Мисс Аргентина" благодаря молодой внешности - ФОТО/ВИДЕО
06:58, Сегодня
Toyota за финансовый год продала рекордное число автомобилей
06:36, Сегодня
В Физули возвращаются еще 39 семей бывших вынужденных переселенцев- (ФОТО)
05:17, Сегодня
Суд отменил 23-летний тюремный срок Харви Вайнштейну за изнасилование
05:09, Сегодня
США и Молдова будут развивать сотрудничество в сфере поставок газа в Европу
04:56, Сегодня
В Китае 31-летняя певица умерла во время концерта в доме престарелых - ВИДЕО
04:07, Сегодня
Хуситы атаковали судно MSC Darwin в Аденском заливе
03:08, Сегодня
Таджикистан выразил заинтересованность в инвестировании в иранский порт Чабахар
03:01, Сегодня
Заслуженная артистка опровергла распространенную о ней информацию
02:17, Сегодня
Узбекистан и МАГАТЭ обсудили перспективы сотрудничества
01:56, Сегодня
Среди детей в Азербайджане начал распространяться новый вирус
01:08, Сегодня
Азербайджанский парапловец завоевал третью медаль на открытом чемпионате Европы
00:32, Сегодня
В губинском селе опоры ЛЭП находятся в аварийном состоянии - ВИДЕО
00:31, Сегодня
Как будет выглядеть сцена «Евровидения-2024»? - ФОТО
00:30, Сегодня
В Азербайджане массовая продажа автомобилей, использовавшихся как такси, привела к снижению цен на рынке
00:28, Сегодня
Пелоси считает, что Россия способствует пропалестинским протестам
00:27, Сегодня
Байден пока не планирует встречаться с Эрдоганом
25 Apr 2024 | 23:54
На гедабейском рынке проведен мониторинг: выявлены серьезные недочеты - ФОТО
25 Apr 2024 | 23:29
Установлены личности пострадавших в тяжелом ДТП в Джалилабадском районе - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:58
В Сумгайыте привлечены к ответственности пешеходы, игнорировавшие ПДД - ФОТО/ВИДЕО
25 Apr 2024 | 22:51
Мост в губинском селе находится в аварийном состоянии - ВИДЕО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:29
Названо время весенних каникул для начальных классов
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 21:51
Сахиба Гафарова находится с официальным визитом в Черногории
25 Apr 2024 | 21:42
Депутат Верховной Рады: Варданян был «кошельком для войн» и его номинирование на Нобелевскую премию - абсурд
25 Apr 2024 | 21:01
Айдын Сулейманлы стал чемпионом Азербайджана по шахматам
25 Apr 2024 | 20:32
ГЭЦ: Школьники в Сумгайыте, Нахчыване и Губадлинском районе показали наилучшие результаты на экзаменах
25 Apr 2024 | 20:21
В Азербайджане произведены все соцвыплаты за апрель
25 Apr 2024 | 19:56
В Баку арестован водитель, грубо нарушивший ПДД - ВИДЕО
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 18:56
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
25 Apr 2024 | 18:50
Обнародован график приема в Центре приема граждан в мае
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
25 Apr 2024 | 18:29
Туркменистан планирует построить завод по освоению минеральных запасов залива Кара-Богаз-Гол
25 Apr 2024 | 18:23
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
25 Apr 2024 | 18:23
На улицах Баку появились велосипедные светофоры
25 Apr 2024 | 18:22
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
25 Apr 2024 | 18:21
Анналена Бербок: Азербайджан может быть уверен в поддержке Германии в рамках COP29
25 Apr 2024 | 18:17
В Лянкяранском районе в ДТП пострадал учитель - ФОТО
25 Apr 2024 | 18:16
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
25 Apr 2024 | 18:02
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
25 Apr 2024 | 18:01
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
25 Apr 2024 | 18:01
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
25 Apr 2024 | 18:00
Привезенный из Тайваня в Азербайджан фруктовый сок оказался непригодным для употребления - ФОТО
25 Apr 2024 | 17:56
В Бардинском районе очистят превращенную в свалку территорию села - ОБНОВЛЕНО + ВИДЕО
25 Apr 2024 | 17:45
В автобусах не соблюдаются правила гигиены - ВИДЕО
25 Apr 2024 | 17:21
Ильхам Алиев подарил президенту Кыргызстана карабахского скакуна
25 Apr 2024 | 17:00
Цены на продукты питания в Азербайджане стабилизировались
25 Apr 2024 | 16:47
Состоялся совместный обед президентов Азербайджана и Кыргызстана
25 Apr 2024 | 16:47
Суд постановил восстановить в должности уволенного директором TƏBİB главврача
25 Apr 2024 | 16:42
Убил брата, отказавшегося платить за свет - ПОДРОБНОСТИ ПРЕСТУПЛЕНИЯ + ВИДЕО
25 Apr 2024 | 16:26
Ильхам Алиев и Мехрибан Алиева направили венок на церемонию похорон Эльмиры Сулеймановой - ФОТО
25 Apr 2024 | 16:16
На бакинской улице два года не работает светофор - ВИДЕО
25 Apr 2024 | 15:46
Симонян прокомментировал установку первого пограничного столба на армяно-азербайжданской границе
25 Apr 2024 | 15:21
Главы Азербайджана и Кыргызстана приняли участие в церемонии закладки фундамента школы в селе Хыдырлы - ФОТО
25 Apr 2024 | 14:44
В Ходжалинском районе обнаружены человеческие останки - ФОТО/ВИДЕО
25 Apr 2024 | 14:41
В Азербайджане с целью женитьбы похищена ученица 8-го класса
25 Apr 2024 | 14:18
Захарова: Армянские СМИ бессовестно перевирают слова российского руководства
25 Apr 2024 | 14:07
В Баку прошла встреча председателей комитетов по внешним связям парламентов тюркских государств - ОБНОВЛЕНО
25 Apr 2024 | 14:05
В международной регате «Кубок президента-2024» Азербайджан представят около 80 спортсменов
25 Apr 2024 | 13:58
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме
25 Apr 2024 | 13:58
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме - ФОТО
25 Apr 2024 | 13:52
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром - ФОТО
25 Apr 2024 | 13:52
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
25 Apr 2024 | 13:47
Закрывается известная бакинская школа: учеников переводят в другое учебное заведение - ФОТО
25 Apr 2024 | 13:40
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
25 Apr 2024 | 13:35
Азербайджанский гимнаст вышел в финал Кубка мира
25 Apr 2024 | 13:34
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
25 Apr 2024 | 13:31
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
25 Apr 2024 | 13:28
В Шуше пройдет Международный конкурс: победитель получит 10 000 долларов
25 Apr 2024 | 13:23
Министр уволил директора школы-интерната
25 Apr 2024 | 13:12
Община Западного Азербайджана ответила Госдепартаменту США
25 Apr 2024 | 13:11
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
25 Apr 2024 | 13:08
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
25 Apr 2024 | 13:06
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
25 Apr 2024 | 13:05
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
25 Apr 2024 | 12:58
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
25 Apr 2024 | 12:51
Еще один депутат анонсировал парламентские выборы в Азербайджане - ФОТО
25 Apr 2024 | 12:50
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии после реставрации Агдамской Джума-мечети - ФОТО
25 Apr 2024 | 12:33
Главы Азербайджана и Кыргызстана ознакомились с ходом работ во дворце Панахали хана и комплексе Имарет - ФОТО
25 Apr 2024 | 12:32
Кто он - новоназначенный премьер-министр Нахчыванской АР? - ДОСЬЕ
25 Apr 2024 | 12:20
Премьер-министр Нахчыванской Автономной Республики освобожден от должности - ФОТО
25 Apr 2024 | 12:07
В азербайджанской армии проводятся командно-штабные учения - ФОТО/ВИДЕО
25 Apr 2024 | 11:04
Граждане смогут посещать город Лачын на личном автомобиле
25 Apr 2024 | 10:35
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
25 Apr 2024 | 10:34
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
25 Apr 2024 | 10:16
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
25 Apr 2024 | 10:11
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
ЕЖЕДНЕВНО
25 Apr 2024 | 13:08
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
25 Apr 2024 | 13:31
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
25 Apr 2024 | 13:23
Министр уволил директора школы-интерната
25 Apr 2024 | 13:05
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
25 Apr 2024 | 13:11
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
25 Apr 2024 | 13:06
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
25 Apr 2024 | 12:58
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
25 Apr 2024 | 13:52
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
25 Apr 2024 | 13:40
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
25 Apr 2024 | 13:34
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
Ежемесячно
25 Apr 2024 | 13:08
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
25 Apr 2024 | 13:31
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
25 Apr 2024 | 13:23
Министр уволил директора школы-интерната
25 Apr 2024 | 13:05
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
25 Apr 2024 | 13:11
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
25 Apr 2024 | 13:06
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
25 Apr 2024 | 12:58
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
25 Apr 2024 | 13:52
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
25 Apr 2024 | 13:40
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
25 Apr 2024 | 13:34
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
Писатели