“Eldar Mahmudovun hələ də həbs edilməməsi siyasi amillərlə bağlı ola bilər”.
Bunu Moderator.az-a
açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə
görə, bəzən dövlətin siyasi maraqlarını qorumaq naminə hüquqi prosedurlardan
imtina olunur:
“Bəzi məmurlarla bağlı qərarlar siyasi mahiyyət
daşıyır. Bir dövlətin Təhlükəsizlik Komitəsinin rəhbərinin həbs olunması siyasi
çalarlara malikdir. Ola bilsin ki, siyasi mülahizələr əsasında bu cür addım
atılmır. Siyasət öncəlik təşkil edir. Unutmaq olamaz ki, sabiq nazir və həbs
edilməyən digər şəxslər haqqında müxtəlif cəza tədbirləri görülüb. Onlar vəzifədən
çıxarılıb, ev dustaqlığı edilib və s. Bunların özü də cəzanın mütəlif növləridir.
Əgər istənilən bir məsələdə dövlətin ali maraqlarına, siyasi maraqlarına xələl
gələcəksə, hüquqi prosesləri tətbiq etmək şərt deyil.
Seymur Əliyev