Xəbər verdiyimiz kimi, Türkiyənin bir qrup siyasi xadimi və deputatı Xocalı soyqırımının anım tədbiri ilə əlaqədar olaraq ölkəmizə səfər edib. Hakim Ədalət və İnkişaf Partiyasını Türkiyə Böyük Millət Məclisində təmsil edən deputata Mücahit Daloğlu Moderator.az-a eksklüzüv açıqlama verərək faciəyə münasibət bildirib:
“Mənim
üçün Xocalıda insanlar öldü, yaxud da Ərzurumda, fərqi yoxdur. Mənim
insanlarım ölüb. Biz Azərbaycan və Türkiyə bir bütünük. Biz Xocalı faciəsi ilə əlaqədar
olaraq Ərzurumda və Türkiyənin bütün bölgələrində tədbirlər təşkil edirik.
Çünki Azərbaycanlıların dərdi bizm dərddir. Azərbaycan və Türkiyə bu məsələyə hər
zaman ciddi yanaşmalıdır. Ermənilərin tələbi pul, yemə-içmək deyil. Onlar bizlərdən
torpağımızı,
canımızı, qanımızı, namusumuzu istəyirlər. Ona görə də bu məsələdə biz hər
zaman birgə olmalıyıq”.