Turan mərkəzli vahid Azərbaycan ideyası və Nadir şah Əfşar...
Читать: 2035
10 Apr 2016 | 18:12
Turan mərkəzli vahid Azərbaycan ideyası və Nadir şah Əfşar...
Hazırda “Azərbaycan tarixçisi” adını daşıyanların əksəriyyəti SSRİ dövrünün Azərbaycan tarixşünaslığında olduğu kimi, Nadir şah Əfşarın Azərbaycandan Osmanlı və çar Rusiyasının qoşunlarını çıxardaraq Turan mərkəzli vahid Azərbaycan vilayətini yaratmasını “İran işğalçılığı” kimi dəyərləndirirlər. Bizcə, Nadir şahın Azərbaycanı ələ keçirməsini  “İran hakimiyyətinin bərpası” anlamında yozub onun bu addımını “işğalçılıq” kimi qələmə vermək doğru deyildir. Əgər məsələni bu cür qoysaq, o zaman Şirvana səfər edən Şah İsmayıl da, Təbrizi tutan Baharlı Qara Yusif də, Şirvanşah İbrahim xan da, Şimali Azərbaycanı rus-erməni birləşmələrindən xilas etməyə gəlmiş Osmanlı komandanı Nuru Paşa da işğalçıdırlar. Bu cür düşüncə tamamilə yanlışdır. Nadir şah Əfşar üçün Azərbaycan, Xorasan və digər Turan elləri eyni dərəcədə doğma idi; o bu ölkələrin yeganə Türk hökmdarı idi. Bu anlamda bu günə qədər Azərbaycan tarixşünaslığının Əfşarlar dövlətinə və Nadir şah Əfşarın fəaliyyətinə doğru qiymət verə bilməməsi böyük yanlışlıqlardan biridir. Öncəlliklə, rəsmi tarixşünaslığımızda Nadir şahın milli əməllərini “İran hökmranlığı” adına yazaraq onun işğalçı kimi təqdim edilməsi yolverilməz, bağışlanmaz haldır. Akademik Ramiz Mehdiyev də “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabına yazdığı ön sözdə açıq şəkildə ifadə edir ki, SSRİ dövründə hakim ideologiyanın sifarişi ilə formalaşan tarixşünaslıq konsepsiyasından qurtulmaq lazımdır. Onun fikrincə, SSRİ dövründə yazılmış tarixin əksinə olaraq Nadir şahın qurduğu imperiya tariximizin parlaq səhifəsi olmaqla yanaşı, onun bir Azərbaycan türkü olması tarixi həqiqətdir. Ümumiyyətlə, akademik tarixi qaynaqlara istinadən Əfşarların Azərbaycan və türklüklə bağlı olmasını dəfələrlə vurğulamışdır.

Ramiz Mehdiyevin qeyd etməsi ki, bu məsələylə bağlı Azərbaycan tarixşünaslğında müsbət yöndə dəyişikliklər müşahidə olunur, ancaq bizcə qismən bu doğru olsa da, əsasən SSRİ dönəmində olduğu kimi, hazırda bəzi “Azərbaycan tarixçiləri” Nadir şahın vahid Azərbaycan vilayətini yaratmasını və digər ideyalarını hələ də “müstəmləkəçilik hissi” altında yozurlar. Özəlliklə, antiƏfşar, antiTürk düşüncələrin akademik ya da dövlət statuslu tarix kitablarında öz əksini tapması çox düşündürücüdür. Məsələn, Nadir şahın vahid Azərbaycan ideyası AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun yeddi cildlik “Azərbaycan tarixi”nin 3-cü cildində işğalçılıq kimi qiymətləndirilmişdir: “Nadir şah Azərbaycandan getməzdən öncə özünü mümkün ola biləcək üsyanlardan qorumaq məqsədilə burada əvvəllər mövcud olan inzibati-ərazi bölgüsünü ləğv etdi”. Eyni düşüncələr Fuad Əliyev və Urfan Həsənovun “İrəvan xanlığı”, Firidun Əsədovun “Nadir şah Əfşar” adlı kitablarında da təkrarlanmışdır. Hətta, F.Əsədov bir qədər də dərinə gedərək SSRİ dövrünün müstəmləkəçilik ənənəsinin “layiqli davamçısı” kimi, Nadir şah Əfşarı fars mənşəli quldur, “azərbaycanlılar üçün şeytan tərəfindən yaranan vücud” kimi qələmə vermişdir.

Ümumiyyətlə müstəqillik dönəmində nəşr olunmuş bu üç kitabda Nadir şah Azərbaycanı işğal edən, onu soyub-talayan yadelli “İran hökmdarı” kimi əsasən aşağılanmışdır. Halbuki Nadir şah Əfşarın Azərbaycan ərazisini Osmanlı və çar Rusiyası qoşunlarından azad etdikdən sonra və yeni imperiyanı qurar-qurmaz (1736) Təbriz mərkəzli Azərbaycan vilayətini qurması Turan-Türk tarixində çox önəmli əhəmiyyətə malikdir. Hər halda Nadir şahın Səfəvilər dövründə Azərbaycan ərazisindəki Şirvan (Şamaxı, Şəki, Dərbənd və b.), Qarabağ (Gəncə, Bərdə, Qazax və b.), Azərbaycan (Təbriz, Maku, Ərdəbil, Urmiya, Ərdəbil və b.), Çuxursəd bəylərbəyliklərini (İrəvan, Naçxıvan və b.) ləvğ edib vahid Azərbaycan vilayətini yaratması birbaşa Azərbaycanın bütövlüyü və statusunun artmasıyla bağlı idi. Bununla da artıq Azərbaycan ərazisindəki bütün bəylərbəyliklər ləğv edilmiş, onların yerini yalnız Təbriz mərkəzli Azərbaycan tutmuşdur ki, onun da başçılığına Nadir şahın qardaşı İbrahim xan təyin olunmuşdu. Paytaxtı Təbriz olan Azərbaycan vilayətinin tərkibinə isə Dərbənd, Xoy, İrəvan, Culfa, Maku, Ərdəbil, Gəncə, Naxçıvan, Zəncan, Həmədan, Lənkəran, Astara, Bakı və başqa yerlər aid idilər.

Deməli, Nadir şahın vahid Azərbaycan vilayəti yaratması baş verə biləcək üsyanlardan çox Azərbaycanın nüfuzunun, siyasi çəkisinin artmasına və bütövlüyünə hesablanmış bir addım idi. Bununla da, əvvəllər daha çox Təbriz və ətrafına Azərbaycan deyildiyi halda, Nadir şahın əmrindən sonra “tarixi-coğrafi Azərbaycan” Azərbaycan vilayəti adı altında rəsmilşədirildi. Ayrı-ayrı xanlıqlar, bəyliklər də Azərbaycan sərdarına tabe edildi. Bununla da, Nadir şah Azərbaycanın rəsmi hüdudlarını, paytaxtını və mövqeyini bəlirlədi. Bu anlamda Nadir şahın Azərbaycan Türk xalqının tarixində çox mühüm yer tutmasını görürük. Çünki Nadir şah Əfşara qədər Azərbaycan daha çox Təbriz və ətrafına aid edilirdi. Yalnız ayrı-ayrı tarixçilərin (Y. Həməvi, Məsudi, Təbəri və b.) əsərlərində Azərbaycan tarixi-coğrafi anlamda Dərbəndən Qəzvinə, Bakıdan Ərzurumadək ərazilərə şamil edilirdisə, Nadir şah Azərbaycan vilayətini yaratmaqla tarixi-coğrafi Azərbaycana siyasi və milli bir status vermiş oldu.

Nadir şahın yeni qurduğu Türk Əfşarlar dövlətində Azərbaycana bu qədər böyük önəm verməsi təsadüfi deyildir. Çünki Nadir şah Əfşar Azərbaycanı Türk Əfşarlar dövlətinin şah damarı, mərkəzi hesab edirdi.  Məhz buna görədir ki, o, Azərbaycanın hər bir qarışı üçün daima savaşmışdır. Ən önəmlisi, Nadir şah yeni Türk Əfşarlar dövlətinin qurulmasını və özünün şah elan olunmasını Azərbaycanda-Muğanda qurultay keçirərək bəyan etmişdir. Bəzi Azərbaycan tarixçiləri nə qədər bunu görməzdən gəlsələr ya da başqa mənalara yozsalar da, Nadir şah üçün Əfşar  Türk dövlətində Azərbaycanın özəl bir yerə malik olması həqiqətdir.

Azərbaycan yeni bir status almasıyla əhəmiyyəti daha da artmış, bölgədə önəmli yer tutmağa başlamışdır. Belə ki, digər ərazilər ona tabe etdirildiyi üçün “Azərbaycan” kəliməsi tarixi-coğrafi anlamdan birmənalı şəkildə uzaqlaşaraq milli məfkurəvi mahiyyət daşımağa qədəm qoymuşdur. Əgər Səfəvilər dönəmində Azərbaycanla yanaşı, ən azı üç ”“ Şirvan, Qarabağ  və  Çuxursəd bəylərbəylikləri var idisə, onlar da Qəzvinə, ya da İsfahana bağlıydılarsa, Əfşarlar dönəmində buna son qoyuldu. Bu o demək idi ki, Azərbaycan yeni bir status alır, bu statusa görə bu ərazilərdə baş verən dəyişikliklərin mərkəzində də Azərbaycan və onun paytaxtı Təbriz dayanırdı. Bizcə, Nadir şah bu addımıyla müəyyən qədər Səfəvi Türk dövlətinin ilk dövrlərinə  qayıdırdı.

Azərbaycan vilayəti qurulduqdan sonra onun ayrı-ayrı ərazilərinə hakim təyin olunanlar artıq Təbrizdən müəyyənləşirdi. Bununla da Nadir şah Azərbaycanın Əfşarlar dövləti içində statusunu xeyli dərcədə artırmış oldu. Sadəcə, Nadir şahın faciəli ölümündən sonra Təbrizə bağlı olan bir çox Azərbaycan Türk xanları Adil xan Əfşarın dövründə özlərinin müstəqilliyini elan etməyə başladılar.

Yeri gəlmişkən, Azərbaycan tarixçiləri dünya taixçilərinə istinad edərək Almaniyanı birləşdirən Bismarkdan ağızdolusu danışır və yazırlar.  Ancaq dünya tarixində Bismarkdan da önəmli yer tutan Nadir şah yalnız Azərbaycanı və süquta uğrayan Səfəvi Türk İmperiyasını xilas etmədi, eyni zamanda Asiyanın sonuncu fateh kimi, hətta əski Turanın böyük bir hissəsini hakimiyyəti altına aldı. Bu baxımdan Nadir şah yalnız Azərbaycan Türk oğlu deyil, eyni zamanda Türk-Turan övladıdır. Məhz Nadir şahın dövründə Turanın mərkəzi olan Azərbaycan Səfəvilərin başlanğıcdakı nüfuzunu geri döndü və Türk Əfşarlar dövlətinin əsas mərkəzlərindən biri oldu.  Bununla da Səfəvilərin son dönəmlərində unudulmaqda olan Azərbaycan və Azərbaycan türkləri Nadir şahın sayəsində yeni dirilişlə paytaxtı Təbriz olan Bütöv Azərbaycan ideyasını mənimsədilər. Dogrudur, Nadir şah Azərbaycanla, Türk Əfşarlar dövlətiylə bağlı ideyalarının çoxunu reallaşdıra bilmədi. Ancaq bütün hallarda Nadir şahdan, ümumiyyətlə Əfşarlardan başlayaraq Təbriz mərkəzli bütöv Azərbaycan milli ideayası şüurlarda iz saldı. Bəlkə də, Nadir şah Əfşar yeni imperiyasının tərkibində vahid Azərbaycan vilayətini qurmasaydı, sonralar Azərbaycan milli ideyası da meydana çıxmayacaq, M.Ə.Rəsulzadə də 1918-ci ildə yeni Türk Cümhuriyyəti qurularkən “Azərbaycan” adında bu qədər israr etməyəcəkdi. Bu anlamda Azərbaycanın dirilişində və yaşamasında Nadir şahın böyük pay sahibi olmasına inanırıq.

1747-ci ildə Nadir şahın faciəli qətli bir tərəfdən Türk Birliyinin gerçəkləşməsini zərbə altında qoysa da, digər tərəfdən Turanın mərkəzi olan Azərbaycanın parçalanmasının başlanğıcı oldu. Əslində Azərbaycanın parçalanması ideyası faktiki olaraq Türk Birliyi ideyasının ”“ Turanın gerçəkləşməsini bir qədər də gecikdirmiş oldu. Türk (Azərbaycan) aydını, ünlü milli şairimiz Mirzə Ələkbər Sabir də 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında nəşr olunan “Fəxriyyə” şeirində Nadir şahın qətlində sünni və şiə məzhəblərinin aradan qaldırılmasının əleyhdarlarının mühüm rol oynadğını açıq şəkildə yazırdı:

Nadir bu iki xəstəliyi (sünni və şiə məzhəblərini-F.Ə.) tutdu nəzərdə,

İstərdi əlac eyləyə bu qorxulu dərdə,

Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,

Məqtulən onun nəşini qoyduq quru yerdə.

Sabirin bu sözləri açıq şəkildə ona işarədir ki, Nadir şahın öz qohumları tərəfindən vəzifə, can qorxusu ya da başqa bir amilə görə öldürülməsi tamamilə cəfəngiyyatdır. Nadir şahı qətlə yetirənlər fars şiəçi mollalar, massonlar bir sözlə türk düşmənləri olmuşlar.

Böyük Türk aydını, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də 1919-cu ildə “Azərbaycan” qəzetində (28 aprel 1919) nəşr olunan “Azərbaycan və İran” məqaləsində haqlı olaraq yazırdı ki, Nadir şah ilk öncə, məzhəb qovğalarının aradan qaldırılması, bu anlamda Türk birliyi ideyasının qurbanı olmuşdu: “Nadir şahın fikir ittihadını zənn edərsəm “Nadir şah” əsərini təmsil edən azərbaycanlılar yalnız tərvic degil, tətbiq də etmişlərdir. Yalnız oğlunun gözü müqabilində çıxaracağı batmanlarla göz təhdidi ilə degil, eyni zamanda da məəttəəssüb və dar mollalara qarşı işlətdiyi siyasətə qurban olan Nadirin fikrini ”“ məzhəb qovğalarının aradan qaldırılmasını ”“ qövldən-felə gətirənlər yenə “ətraki-müsəlmani-Qafqaz”dır” (Qafqazın müsəlman türkləridir-F.Ə.)”.

Bu bir gerçəkdir ki, Nadir şahın Əfşarın faciəli qətli başladığı bir çox milli islahatları yarımçıq qoymuş, özəlliklə Təbriz mərkəzli vahid Azərbaycan ideyası tam gerçəkləşə bilməmişdir. Hər halda, onun faciəli qətlindən sonra ortaya çıxan Azərbaycan Türk xanlıqlarının əksəriyyəti onun bu ideyasını yaşatmaq əvəzinə əsasən bir-birləriylə müharibə aparmışlar. Doğrudur, bəzi xanlıqlar (Quba, Qarabağ vəb.) birləşməyi arzulamışr, bunun üçün müəyyən savaşlar da vermişlər. Ancaq onlar bütövlükdə vahid Azərbaycan məsələsinə şəxsi maraqlarını tamamilə bir kənara qoyub fədakarlıqla, yəni var gücləriylə mücadilə etmədilər.

Hətta, Quzey Azərbaycan Türk Xanlıqlarının əksəriyyəti vahid Azərbaycan və Qacar Türk dövlət uğrunda müharibə aparan, bu anlamda Nadir şah Əfşarın ideyalarını davam etdirən  Ağa Məhəmməd şah Qacar və Abbas Mirzənin ətrafında belə birləşməkdən imtina etdilər. Bu bir gerçəkdir ki, Təbrizə tabe olmaq istəməyən Quzey Azərbaycan Türk Xanlıqlarını (Qarabağ, Quba, Şəki, Şamaxı vəb.) Ağa Məhəmməd şah Qacar dəfələrlə uyarmış, onları yenidən Qacarlar və vahid Azərbaycan ətrafında birləşməyə çağırmışdır.  Həmin quzey xanlıqları arasından da daha çox  Gəncə və Bakı xanları vahid Azərbaycan ideyasını dəstəkləmişlər. Digər xanlıqlar çar Rusiyası və Qacarlar arasında manevr etməklə müstəqilliklərini saxlaya biləcəklərini ümid etdikləri halda, zaman-zaman təklənərək Moskvanın vassallarına, daha sonra isə tamamilə müstəmləkəsinə çevrildilər.

Azərbaycanın şimal hissəsinin çar Rusiyasının müstəmləkəsi halına gəlməsində bir tərəfdən çar Rusiyasının da fitnəkarlıqlarıyla Quzey Azərbaycan Türk Xanlıqlarının (Qarabağ, Gəncə, Quba, Şəki, Şamaxı vəb.) öz aralarında birlik nümayiş etdirə bilməmələri ya da Qacarlara tabe olmamaları, digər tərəfdən Ağa Məhəmməd şah Qacarın Şuşada faciəli ölümü həlledici rol oynamışdır. Özəlliklə, Ağa Məhəmməd şah Qacarın Şuşada faciəli ölümüylə Nadir şahın başlatdığı Təbriz mərkəzli Azərbaycan, eyni zamanda vahid Türk dövləti ətrafında birləşmə ideyaları bir daha yenidən yarımçıq qalmış oldu. Bizcə, Ağa Məhəmməd şah Qacarın aqibəti Nadir şah Əfşar kimi olmasaydı, Azərbaycanın şimal hissəsinin çar Rusiyası tərəfindən işğalı böyük ölçüdə baş tutmayacaqdı. Ancaq Nadir şah Əfşarın (1747) ardınca Ağa Məhəmməd şah Qacarın (1797) da faciləi qətli 1813-cü Gülüstan və 1828-ci il Türkmənçay müqavilələriylə Azərbaycanın şimal hissəsinin çar Rusiyası tərəfindən işğalına, təxminən 100 il sonra isə 1925-ci ildə Türk Qacarların devirilib onların yerinə fars Pəhləvilərin gətirilməsinə səbəb olmuşdur.

Doç.Dr. Faiq ELEKBEROV
Похожие новости
20:01, Сегодня
София и Вашингтон скорректировали график поставок истребителей F-16
19:49, Сегодня
Премьер-министр Нидерландов: Южное крыло НАТО нуждается в лидерстве Турции
19:45, Сегодня
СМИ: Эрдоган отложил визит в США
19:43, Сегодня
ВВС Финляндии направит в Румынию 8 истребителей и 100 летчиков
19:32, Сегодня
Президент Финляндии приглашен на COP29 в Баку
19:31, Сегодня
Американский регулятор расследует декабрьский отзыв 2 млн машин Tesla
19:29, Сегодня
Зеленский уволил командующего силами поддержки ВСУ
19:16, Сегодня
В парламенте Швейцарии поддержали план о предоставлении помощи Украине
19:11, Сегодня
Азербайджанский дзюдоист вышел в финал ЧЕ
19:09, Сегодня
Президенты SOCAR и Газпрома провели встречу в Санкт-Петербурге
19:03, Сегодня
В Азербайджане тело пешехода поместили в сбивший его грузовик - ВИДЕО
18:43, Сегодня
На место убитой сыном женщины назначен новый директор
18:43, Сегодня
Началась встреча президентов Азербайджана и Германии один на один
18:40, Сегодня
В Нигерии не менее 11 человек оказались под завалами обрушившегося здания
18:39, Сегодня
Эрдоган опроверг утверждения о передаче Израилю сведений с натовской РЛС в Турции
18:22, Сегодня
На освобожденных территориях Азербайджана будут искать драгметаллы
18:10, Сегодня
Пашинян: Мы решаем вопрос существования Армении в ближайшие десятилетия
18:05, Сегодня
Ереван получил от Баку очередные предложения по мирному договору
18:04, Сегодня
На границе Азербайджана и Армении выполнено около 35 процентов намеченных работ
18:01, Сегодня
Задержан еще один гражданин Таджикистана, подозреваемый в теракте в «Крокусе»
17:53, Сегодня
В Армении протестующие вновь блокируют дороги
17:43, Сегодня
США продолжат поддерживать ЦАХАЛ
17:34, Сегодня
Главы комитетов по внешним связям парламентов тюркских стран посетили Шушу
17:30, Сегодня
В Армении полицейские подвергли приводу депутатов за участие в акции протеста
17:28, Сегодня
Алиев встретился в Берлине с министром промышленности и передовых технологий ОАЭ
17:26, Сегодня
Эрдоган: Все наши усилия направлены на обеспечение мира и стабильности в регионе
17:25, Сегодня
Турция стремится внести вклад в продуктивность COP29 в Азербайджане
17:24, Сегодня
Алиев встретился в Берлине с министром иностранных дел Германии
17:15, Сегодня
К 2040 году в мире появится новый немецко-французский танк
17:06, Сегодня
В рамках ОТГ подписан первый контракт по космосу
17:06, Сегодня
В Азербайджане значительно повысилась сумма безналичных платежей
17:00, Сегодня
Жители лянкяранских сел жалуются на плачевное состояние дороги
16:56, Сегодня
В Азербайджане пройдет Международная конференция космических технологий STC
16:48, Сегодня
Ведущими разработчиками технологий БПЛА в мире стали США, Китай и Россия
16:37, Сегодня
Си Цзиньпин – Блинкену: Америка должна перестать быть двуличной
16:35, Сегодня
В Германии ощущается нехватка солдат
16:26, Сегодня
США и Китай договорились работать над развитием отношений между странами
16:23, Сегодня
Испания поставит Украине партию ракет Patriot
16:02, Сегодня
НАТО: С чем придет Рютте?
15:27, Сегодня
Ван И предупредил США
15:18, Сегодня
В Азербайджане денежная масса выросла на 9%
14:30, Сегодня
В Иране за день казнили четверых заключенных: одна из них женщина - ФОТО
14:12, Сегодня
Французский журналист почти неделю находится в нейтральной зоне аэропорта "Звартноц"
13:56, Сегодня
Очередная группа бывших вынужденных переселенцев прибыла в Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
13:52, Сегодня
Скорость широкополосного интернета в Азербайджане значительно выросла
13:52, Сегодня
В Милане задержали 10 напавших на демонстрацию в День освобождения от фашизма и нацизма
13:49, Сегодня
Адвокат: Иск Азербайджана сосредоточен на 30-летней кампании этнической чистки со стороны Армении
13:48, Сегодня
В Берлине началась встреча Ильхама Алиева и Олафа Шольца один на один
13:47, Сегодня
Министры обороны РФ и Китая провели переговоры в рамках совещания ШОС в Астане
13:47, Сегодня
В Барде волки напали на частную ферму и растерзали скот
13:46, Сегодня
Президент: Отношение к вопросам энергетической безопасности должно быть на уровне национальной
13:43, Сегодня
В России подросток прожил с пулей в теле 7 лет
13:37, Сегодня
Ильхам Алиев: Наши проекты в области зеленой энергетики финансируются зарубежными инвесторами
13:31, Сегодня
Турецкий генерал: Мониторинговый центр успешно осуществлял свою миссию
13:22, Сегодня
Ильхам Алиев: Страны, богатые газом и нефтью, должны лидировать в борьбе с изменением климата
13:10, Сегодня
Президент: Потребность в наших нефтегазовых ресурсах, в том числе на рынках Европы, будут испытывать еще долго
12:58, Сегодня
На берег Каспия в Казахстане выбросило почти 80 мертвых тюленей
12:54, Сегодня
МИД АР: Принятие предвзятых резолюций давно стало обычным явлением для Европарламента
12:52, Сегодня
Президент: COP29 позволит нам привлечь страны Глобального Юга в реализацию нашей общей повестки дня
12:51, Сегодня
В Баку в результате несчастного случая скончалась 21-летняя модель - ФОТО
12:46, Сегодня
Делегация руководства COP29 встретилась с испанским министром - ФОТО
12:42, Сегодня
На закрытии Турецко-российского мониторингового центра прозвучал "Карабах шикестеси" - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
12:34, Сегодня
Керим Велиев: Турецко-российский мониторинговый центр достойно справился со своими задачами
12:28, Сегодня
Канцлер Германии: Необходим новый подход к борьбе с изменением климата
12:25, Сегодня
Ильхам Алиев: Азербайджан как страна, принимающая у себя COP29, находится в процессе активной подготовки
12:19, Сегодня
Российский генерал: Мониторинговый центр в Агдаме был примером успешного сотрудничества во имя мира
12:13, Сегодня
Доцент Техасского университета: Где бы я ни была, остаюсь носителем азербайджанской культуры - ВИДЕО
12:00, Сегодня
Ильхам Алиев принял участие в Петерсбергском климатическом диалоге в Берлине - ОБНОВЛЯЕТСЯ + ФОТО/ВИДЕО
11:55, Сегодня
В Украине арестовали министра
11:42, Сегодня
Новые кадры строящегося в Лачыне международного аэропорта - ВИДЕО
11:08, Сегодня
Ильхам Алиев примет участие в Сегменте высокого уровня 15-го Петерсбергского климатического диалога
11:03, Сегодня
Встреча глав МИД Азербайджана и Армении может состояться в Казахстане
10:38, Сегодня
Объявлен график приема граждан министрами на май - ТАБЛИЦА
10:31, Сегодня
Завершились совместные тактические учения "Волна-2024" - ФОТО/ВИДЕО
10:27, Сегодня
В Ходжавенде обнаружены мины и гранаты, есть задержанный
10:16, Сегодня
Община осудила резолюцию Европарламента, призывающую к санкциям против Азербайджана
09:11, Сегодня
В Баку пассажирский автобус столкнулся с легковым автомобилем
09:00, Сегодня
Китайский автопроизводитель представил своего робота-гуманоида - ВИДЕО
08:42, Сегодня
Казахстан и Китай подписали план военного сотрудничества
08:30, Сегодня
Европейские биологи обнаружили ферменты, превращающие разные группы крови в первую
08:00, Сегодня
Названа страна с самыми пьющими детьми
07:40, Сегодня
Узбекистан и Таджикистан упростят транзитные грузовые перевозки
07:29, Сегодня
60-летняя женщина примет участие в конкурсе "Мисс Аргентина" благодаря молодой внешности - ФОТО/ВИДЕО
06:58, Сегодня
Toyota за финансовый год продала рекордное число автомобилей
06:36, Сегодня
В Физули возвращаются еще 39 семей бывших вынужденных переселенцев- (ФОТО)
05:17, Сегодня
Суд отменил 23-летний тюремный срок Харви Вайнштейну за изнасилование
05:09, Сегодня
США и Молдова будут развивать сотрудничество в сфере поставок газа в Европу
04:56, Сегодня
В Китае 31-летняя певица умерла во время концерта в доме престарелых - ВИДЕО
04:07, Сегодня
Хуситы атаковали судно MSC Darwin в Аденском заливе
03:08, Сегодня
Таджикистан выразил заинтересованность в инвестировании в иранский порт Чабахар
03:01, Сегодня
Заслуженная артистка опровергла распространенную о ней информацию
02:17, Сегодня
Узбекистан и МАГАТЭ обсудили перспективы сотрудничества
01:56, Сегодня
Среди детей в Азербайджане начал распространяться новый вирус
01:08, Сегодня
Азербайджанский парапловец завоевал третью медаль на открытом чемпионате Европы
00:35, Сегодня
Hugo Boss покидает Россию
00:32, Сегодня
В губинском селе опоры ЛЭП находятся в аварийном состоянии - ВИДЕО
00:31, Сегодня
Как будет выглядеть сцена «Евровидения-2024»? - ФОТО
00:30, Сегодня
В Азербайджане массовая продажа автомобилей, использовавшихся как такси, привела к снижению цен на рынке
00:28, Сегодня
Пелоси считает, что Россия способствует пропалестинским протестам
00:27, Сегодня
Байден пока не планирует встречаться с Эрдоганом
ЕЖЕДНЕВНО
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:58
В Сумгайыте привлечены к ответственности пешеходы, игнорировавшие ПДД - ФОТО/ВИДЕО
25 Apr 2024 | 23:54
На гедабейском рынке проведен мониторинг: выявлены серьезные недочеты - ФОТО
25 Apr 2024 | 22:29
Названо время весенних каникул для начальных классов
25 Apr 2024 | 21:51
Сахиба Гафарова находится с официальным визитом в Черногории
25 Apr 2024 | 22:51
Мост в губинском селе находится в аварийном состоянии - ВИДЕО
25 Apr 2024 | 21:42
Депутат Верховной Рады: Варданян был «кошельком для войн» и его номинирование на Нобелевскую премию - абсурд
25 Apr 2024 | 23:29
Установлены личности пострадавших в тяжелом ДТП в Джалилабадском районе - ОБНОВЛЕНО
00:27, Сегодня
Байден пока не планирует встречаться с Эрдоганом
ЕЖЕНЕДЕЛЬНО
20 Apr 2024 | 00:02
Фон дер Ляйен против столкновений между Израилем и Ираном
20 Apr 2024 | 00:03
В Белом доме пообещали немедленно возобновить поставки оружия Киеву
20 Apr 2024 | 00:25
В одном из районов Азербайджана будет ограничено газоснабжение
19 Apr 2024 | 23:48
Мужчина поджег себя во время судебного процесса по делу Трампа в Нью-Йорке - ВИДЕО
20 Apr 2024 | 00:09
Жители Словакии собрали 2 млн евро на покупку снарядов для Украины
20 Apr 2024 | 00:21
В Газахе с радостью восприняли новость об освобождении четырех сел района - ФОТО
20 Apr 2024 | 00:12
Сегодня день рождения легендарной азербайджанской «свекрови»
20 Apr 2024 | 00:16
В бакинском метро пожилой мужчина упал на рельсы
20 Apr 2024 | 00:23
ГЭЦ: 485 человек не явились на выпускной экзамен
20 Apr 2024 | 00:10
Агиль Рустамзаде: Израиль хотел «прощупать» ПВО Ирана
Ежемесячно
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:58
В Сумгайыте привлечены к ответственности пешеходы, игнорировавшие ПДД - ФОТО/ВИДЕО
25 Apr 2024 | 23:54
На гедабейском рынке проведен мониторинг: выявлены серьезные недочеты - ФОТО
25 Apr 2024 | 22:29
Названо время весенних каникул для начальных классов
25 Apr 2024 | 21:51
Сахиба Гафарова находится с официальным визитом в Черногории
25 Apr 2024 | 22:51
Мост в губинском селе находится в аварийном состоянии - ВИДЕО
25 Apr 2024 | 21:42
Депутат Верховной Рады: Варданян был «кошельком для войн» и его номинирование на Нобелевскую премию - абсурд
25 Apr 2024 | 23:29
Установлены личности пострадавших в тяжелом ДТП в Джалилабадском районе - ОБНОВЛЕНО
00:27, Сегодня
Байден пока не планирует встречаться с Эрдоганом
Писатели