2-5 aprel tarixli hərbi əməliyyatların Azərbaycan cəmiyyətində müsbət mənada ciddi rezonansa səbəb olduğu, döyüş və vətənpərvərlik əhval-ruhiyyəsini artırdığı birmənalıdır. Maraqlıdır, cəmi bir neçə gün davam etməsinə baxmayaraq, uğurlu nəticələri ilə diqqət çəkən, düşməni təlaşa salan bu əməliyyatlar Azərbaycanın müharibə ədəbiyyatının daha da zənginləşməsinə töhfə verə bilərmi? Ümumiyyətlə, bu gün Azərbaycanda müharibə ədəbiyyatı varmı? Əgər varsa, nə dərəcədə qənaətbəxşdir?
Bununla
bağlı Moderator.az-a açıqlama verən yazıçı Zümrüd Yağmur Azərbaycanda müharibə ədəbiyyatının
mövcud olması ilə bağlı qəti, birmənalı fikir yürütməyin çətin olduğunu
vurğulayıb:
“Azərbaycan
uzun illərdir ki, müharibə şəraitindədir, amma buna baxmayaraq, ölkədə
"müharibə ədəbiyyatı var" demək olmaz. Təbii ki,
nümunələr var, lakin bunların bir qismini bədii cəhətdən kamil hesab etmək
olar. Müasir dövrdə müharibə ədəbiyyatının pafoslu və ya sırf səngər ədədbiyyatı
olmasını məqbul hesab etmirəm.
2-5 aprel hadisələrinin müharibə ədəbiyyatının daha çox nümunələrinin yaranmasına rəvac verəcəyinə gəlincə,
düşünmürəm ki, belə bir tüğyan başlasın...”
Seymur
Əliyev