Ombudsmandan cəbhədəki vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə - Müraciət
Читать: 1594
12 Apr 2016 | 18:18
Ombudsmandan cəbhədəki vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə  - Müraciət
Aprelin 2-dən başlayaraq qəflətən Azərbaycan əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri Ermənistan Silahlı Qüvvələri tərəfindən ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanıb.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar qəbul etdiyi bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub: "Son hadisələr bir daha göstərir ki, ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, kütləvi şəkildə azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozur, bu isə bütün Azərbaycan xalqının hiddətinə səbəb olur.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görüblər".

Bəyanatda həmçinin bildirilir: "3 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycanın Silahlı Qüvvələri cavab tədbirlərini birtərəfli olaraq dayandırmasına baxmayaraq, Ermənistan ordusu daha da şiddətli hücum əməliyyatları keçirmiş və dinc əhalimizin yaşayış məntəqələrini intensiv atəşə tutublar. 5 aprel 2016-cı il tarixdə saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılması elan olunsa da, növbəti günlərdə də təmas xətti boyu Azərbaycan mövqeləri və mülki əhalinin yaşadığı yaşayış məntəqələri artilleriya daxil olmaqla ağır silahlardan atəşə tutulmuş və bütün bu hallar ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilib. Aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyə edən sanitar tibb maşını atəşə tutulub, hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəyib".

Ombudsmanın bəyanatında deyilir: "Bu faktlar mənim, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və xarici jurnalistlərin cəbhə bölgəsinə səfərləri zamanı da müşahidə olunub. İşğalçı Ermənistan Respublikası bu gün də beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərərək işğalçılıq əməllərini davam etdirmək və dinc əhalini atəşə tutmaq məqsədilə Azərbaycan Respublikasının ərazilərinə əlavə hərbi-texniki qüvvələr yerləşdirməklə özünün ağır artilleriya imkanlarını gücləndirir, bu ölkənin hərbi helikopterləri işğal olunmuş ərazilərlə Ermənistan arasında intensiv uçuşlar həyata keçirirlər. Bütün bunlar işğalçı Ermənistan dövlətinin yeni hərbi cinayətlər törətmək niyyətlərini göstərir".

Bəyanatda qeyd olunur ki, Ermənistan tərəfi öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır, özlərinin törətdikləri qeyri-insani əməlləri Azərbaycan tərəfinin törətdiyi kimi qələmə verərək, dünya ictimaiyyətini çaşdırmağa çalışır: "Halbuki Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq və öz torpaqlarını müdafiə etmək məqsədilə öz ərazisində hərbi əməliyyatlar keçirib.Ermənistan 1988-ci ildən başladığı və ara vermədən davam etdirdiyi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ətraf yeddi rayonu işğal edib, bununla da ölkəmizin ərazisinin 20 faizi zəbt edilib, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmaqdadır. Təcavüz nəticəsində 20.000-dən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalıblar.

1994-cü ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə atəşkəs haqqında ikitərəfli razılığın əldə olunmasına baxmayaraq Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm olaraq pozulur, nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçular, həm də mülki şəxslər qətlə yetirilir, əsir və girov götürülür".

Daha sonra bəyanatda bildirilir: "İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir.
Eyni zamanda Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan da öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüşdür. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.
Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə bir daha Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır".

Ombudsman bəyanatda qeyd edir ki, cəbhə bölgəsindəki son hadisələrlə bağlı AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən olan bəzi deputatlar Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal altında olan Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırmış, bu prosesin çox gecikdirildiyi ilə bağlı fikirlər irəli sürüblər: "Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır. Azərbaycan xalqı da sülh şəraitində yaşamaq və pozulmuş hüquqlarının bərpa olunmasını istəyir. Bununla bağlı dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarıma müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə və Azərbaycanın haqq işinə dəstək verməyə çağırıram.

Ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, işğalçı Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına inanırıq. Beynəlxalq qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə müvafiq dinləmələr keçirməyə və bu istiqamətdə konkret tədbirlər görməyə çağırırıq".

Bəyanatda daha sonra bildirilir: "İnanırıq ki, AŞ PA-nın yaz sessiyası çərçivəsində 18 aprel 2016-cı il tarixdə "Dağlıq Qarabağ münaqişəsinin son və faciəvi eskalasiyası" mövzusunda aparılacaq müzakirələrdə Azərbaycanın haqlı mövqeyi dəstəklənəcək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın zəbt etdikləri ərazilərindən çıxarılması üçün müvafiq qərarlar qəbul olunacaq.

Ümid edirik ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər. Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır. Hər bir kəsin, hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən ümumbəşər miqyasında tanınmış fundamental insan hüquq və azadlıqlarının təmin olunması üçün real imkanlar yaranacaqdır".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
Похожие новости
17:00, Сегодня
Жители лянкяранских сел жалуются на плачевное состояние дороги
16:56, Сегодня
В Азербайджане пройдет Международная конференция космических технологий STC
14:30, Сегодня
В Иране за день казнили четверых заключенных: одна из них женщина - ФОТО
14:12, Сегодня
Французский журналист почти неделю находится в нейтральной зоне аэропорта "Звартноц"
13:56, Сегодня
Очередная группа бывших вынужденных переселенцев прибыла в Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
13:52, Сегодня
Скорость широкополосного интернета в Азербайджане значительно выросла
13:52, Сегодня
В Милане задержали 10 напавших на демонстрацию в День освобождения от фашизма и нацизма
13:49, Сегодня
Адвокат: Иск Азербайджана сосредоточен на 30-летней кампании этнической чистки со стороны Армении
13:48, Сегодня
В Берлине началась встреча Ильхама Алиева и Олафа Шольца один на один
13:47, Сегодня
Министры обороны РФ и Китая провели переговоры в рамках совещания ШОС в Астане
13:47, Сегодня
В Барде волки напали на частную ферму и растерзали скот
13:46, Сегодня
Президент: Отношение к вопросам энергетической безопасности должно быть на уровне национальной
13:43, Сегодня
В России подросток прожил с пулей в теле 7 лет
13:37, Сегодня
Ильхам Алиев: Наши проекты в области зеленой энергетики финансируются зарубежными инвесторами
13:31, Сегодня
Турецкий генерал: Мониторинговый центр успешно осуществлял свою миссию
13:22, Сегодня
Ильхам Алиев: Страны, богатые газом и нефтью, должны лидировать в борьбе с изменением климата
13:10, Сегодня
Президент: Потребность в наших нефтегазовых ресурсах, в том числе на рынках Европы, будут испытывать еще долго
12:58, Сегодня
На берег Каспия в Казахстане выбросило почти 80 мертвых тюленей
12:54, Сегодня
МИД АР: Принятие предвзятых резолюций давно стало обычным явлением для Европарламента
12:52, Сегодня
Президент: COP29 позволит нам привлечь страны Глобального Юга в реализацию нашей общей повестки дня
12:51, Сегодня
В Баку в результате несчастного случая скончалась 21-летняя модель - ФОТО
12:46, Сегодня
Делегация руководства COP29 встретилась с испанским министром - ФОТО
12:42, Сегодня
На закрытии Турецко-российского мониторингового центра прозвучал "Карабах шикестеси" - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
12:34, Сегодня
Керим Велиев: Турецко-российский мониторинговый центр достойно справился со своими задачами
12:28, Сегодня
Канцлер Германии: Необходим новый подход к борьбе с изменением климата
12:25, Сегодня
Ильхам Алиев: Азербайджан как страна, принимающая у себя COP29, находится в процессе активной подготовки
12:19, Сегодня
Российский генерал: Мониторинговый центр в Агдаме был примером успешного сотрудничества во имя мира
12:13, Сегодня
Доцент Техасского университета: Где бы я ни была, остаюсь носителем азербайджанской культуры - ВИДЕО
12:00, Сегодня
Ильхам Алиев принял участие в Петерсбергском климатическом диалоге в Берлине - ОБНОВЛЯЕТСЯ + ФОТО/ВИДЕО
11:55, Сегодня
В Украине арестовали министра
11:42, Сегодня
Новые кадры строящегося в Лачыне международного аэропорта - ВИДЕО
11:08, Сегодня
Ильхам Алиев примет участие в Сегменте высокого уровня 15-го Петерсбергского климатического диалога
11:03, Сегодня
Встреча глав МИД Азербайджана и Армении может состояться в Казахстане
10:38, Сегодня
Объявлен график приема граждан министрами на май - ТАБЛИЦА
10:31, Сегодня
Завершились совместные тактические учения "Волна-2024" - ФОТО/ВИДЕО
10:27, Сегодня
В Ходжавенде обнаружены мины и гранаты, есть задержанный
10:16, Сегодня
Община осудила резолюцию Европарламента, призывающую к санкциям против Азербайджана
09:11, Сегодня
В Баку пассажирский автобус столкнулся с легковым автомобилем
09:00, Сегодня
Китайский автопроизводитель представил своего робота-гуманоида - ВИДЕО
08:42, Сегодня
Казахстан и Китай подписали план военного сотрудничества
08:30, Сегодня
Европейские биологи обнаружили ферменты, превращающие разные группы крови в первую
08:00, Сегодня
Названа страна с самыми пьющими детьми
07:40, Сегодня
Узбекистан и Таджикистан упростят транзитные грузовые перевозки
07:29, Сегодня
60-летняя женщина примет участие в конкурсе "Мисс Аргентина" благодаря молодой внешности - ФОТО/ВИДЕО
06:58, Сегодня
Toyota за финансовый год продала рекордное число автомобилей
06:36, Сегодня
В Физули возвращаются еще 39 семей бывших вынужденных переселенцев- (ФОТО)
05:17, Сегодня
Суд отменил 23-летний тюремный срок Харви Вайнштейну за изнасилование
05:09, Сегодня
США и Молдова будут развивать сотрудничество в сфере поставок газа в Европу
04:56, Сегодня
В Китае 31-летняя певица умерла во время концерта в доме престарелых - ВИДЕО
04:07, Сегодня
Хуситы атаковали судно MSC Darwin в Аденском заливе
03:08, Сегодня
Таджикистан выразил заинтересованность в инвестировании в иранский порт Чабахар
03:01, Сегодня
Заслуженная артистка опровергла распространенную о ней информацию
02:17, Сегодня
Узбекистан и МАГАТЭ обсудили перспективы сотрудничества
01:56, Сегодня
Среди детей в Азербайджане начал распространяться новый вирус
01:08, Сегодня
Азербайджанский парапловец завоевал третью медаль на открытом чемпионате Европы
00:32, Сегодня
В губинском селе опоры ЛЭП находятся в аварийном состоянии - ВИДЕО
00:31, Сегодня
Как будет выглядеть сцена «Евровидения-2024»? - ФОТО
00:30, Сегодня
В Азербайджане массовая продажа автомобилей, использовавшихся как такси, привела к снижению цен на рынке
00:28, Сегодня
Пелоси считает, что Россия способствует пропалестинским протестам
00:27, Сегодня
Байден пока не планирует встречаться с Эрдоганом
25 Apr 2024 | 23:54
На гедабейском рынке проведен мониторинг: выявлены серьезные недочеты - ФОТО
25 Apr 2024 | 23:29
Установлены личности пострадавших в тяжелом ДТП в Джалилабадском районе - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:58
В Сумгайыте привлечены к ответственности пешеходы, игнорировавшие ПДД - ФОТО/ВИДЕО
25 Apr 2024 | 22:51
Мост в губинском селе находится в аварийном состоянии - ВИДЕО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:29
Названо время весенних каникул для начальных классов
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 21:51
Сахиба Гафарова находится с официальным визитом в Черногории
25 Apr 2024 | 21:42
Депутат Верховной Рады: Варданян был «кошельком для войн» и его номинирование на Нобелевскую премию - абсурд
25 Apr 2024 | 21:01
Айдын Сулейманлы стал чемпионом Азербайджана по шахматам
25 Apr 2024 | 20:32
ГЭЦ: Школьники в Сумгайыте, Нахчыване и Губадлинском районе показали наилучшие результаты на экзаменах
25 Apr 2024 | 20:21
В Азербайджане произведены все соцвыплаты за апрель
25 Apr 2024 | 19:56
В Баку арестован водитель, грубо нарушивший ПДД - ВИДЕО
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 18:56
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
25 Apr 2024 | 18:50
Обнародован график приема в Центре приема граждан в мае
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
25 Apr 2024 | 18:29
Туркменистан планирует построить завод по освоению минеральных запасов залива Кара-Богаз-Гол
25 Apr 2024 | 18:23
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
25 Apr 2024 | 18:23
На улицах Баку появились велосипедные светофоры
25 Apr 2024 | 18:22
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
25 Apr 2024 | 18:21
Анналена Бербок: Азербайджан может быть уверен в поддержке Германии в рамках COP29
25 Apr 2024 | 18:17
В Лянкяранском районе в ДТП пострадал учитель - ФОТО
25 Apr 2024 | 18:16
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
25 Apr 2024 | 18:02
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
25 Apr 2024 | 18:01
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
25 Apr 2024 | 18:01
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
25 Apr 2024 | 18:00
Привезенный из Тайваня в Азербайджан фруктовый сок оказался непригодным для употребления - ФОТО
25 Apr 2024 | 17:56
В Бардинском районе очистят превращенную в свалку территорию села - ОБНОВЛЕНО + ВИДЕО
25 Apr 2024 | 17:45
В автобусах не соблюдаются правила гигиены - ВИДЕО
25 Apr 2024 | 17:21
Ильхам Алиев подарил президенту Кыргызстана карабахского скакуна
25 Apr 2024 | 17:00
Цены на продукты питания в Азербайджане стабилизировались
25 Apr 2024 | 16:47
Состоялся совместный обед президентов Азербайджана и Кыргызстана
25 Apr 2024 | 16:47
Суд постановил восстановить в должности уволенного директором TƏBİB главврача
25 Apr 2024 | 16:42
Убил брата, отказавшегося платить за свет - ПОДРОБНОСТИ ПРЕСТУПЛЕНИЯ + ВИДЕО
25 Apr 2024 | 16:26
Ильхам Алиев и Мехрибан Алиева направили венок на церемонию похорон Эльмиры Сулеймановой - ФОТО
25 Apr 2024 | 16:16
На бакинской улице два года не работает светофор - ВИДЕО
25 Apr 2024 | 15:46
Симонян прокомментировал установку первого пограничного столба на армяно-азербайжданской границе
25 Apr 2024 | 15:21
Главы Азербайджана и Кыргызстана приняли участие в церемонии закладки фундамента школы в селе Хыдырлы - ФОТО
ЕЖЕДНЕВНО
25 Apr 2024 | 18:01
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
25 Apr 2024 | 18:02
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
25 Apr 2024 | 18:16
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
25 Apr 2024 | 18:01
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 18:23
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
25 Apr 2024 | 18:22
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
25 Apr 2024 | 18:23
На улицах Баку появились велосипедные светофоры
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:26
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
Ежемесячно
25 Apr 2024 | 18:01
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
25 Apr 2024 | 18:02
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
25 Apr 2024 | 18:16
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
25 Apr 2024 | 18:01
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 18:23
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
25 Apr 2024 | 18:22
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
25 Apr 2024 | 18:23
На улицах Баку появились велосипедные светофоры
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
Писатели