"Putinə dedim ki, amerikalılar bizim üçün ordu hazırlayacaqlar"
Читать: 4042
13 Apr 2016 | 10:28
Bir neçə müddətdir ki, Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından bəzi hissələri sizə təqdim edirik. Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır. 

Bəri başdan sizi əmin edirik ki, bu yazını oxumağa sərf edəcəyiniz dəqiqələrə heç zaman təəssüflənməyəcəksiniz, əksinə, həyatınızın bir çox məqamlarında köməyinizə çatacaq...


Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/131508.html

Yalqızlığın yüz günü---IV hissə

ABŞ milyonlarla pul xərclədi və xərcləyir ki, Gürcüstan peşəkar ordu yaratsın və onu silahla təmin edə bilsin. Gürcüstan bu geosiyasi məkanda müxtəlif münaqişələrdə Amerikanın yanında dayanmaqla onun ilk strateji və sədaqətli tərəfdaşı olduğunu təsdiq etdi. Elə Amerikanın və başqa dostlarımızın köməyi ilə Gürcüstan beynəlxalq təşkilatların üzvünə çevrildi, indi isə NATO-ya üzv olmağa hazırlaşır. 

2000-ci ildə ABŞ-ın müdafiə naziri Donald Ramsfeldlə görüşüm zamanı əvvəlcədən hazırlanmış xəritəni açdım və Gürcüstanın geosiyasi rolu barədə danışdım. Bundan sonra Gürcüstana bir siyasi tərəfdaş kimi müvafiq hərbi proqram hazırladılar və onu maliyyələşdirdilər. Ondan əvvəl Vilyam Koenlə də analoji söhbətim olmuşdu. Saat yarım hörmətlə və təbəssümlə məni dinlədi, amma bu söhbət heç bir nəticə vermədi. Donald Ramsfeld o dəqiqə işin və problemin əhəmiyyətini dərk etdi və tezliklə 50 nəfər hərbi mütəxəssis göndərdi. Bu gün əldə etdiklərimiz də elə bunun nəticəsidir: müasir səviyyəli və silahlı bir neçə batalyon və sərhədin müvafiq müdafiəsini nəzərdə tuturam. Bizim problemlərimiz həmişə ABŞ büdcəsində öz əksini tapır. Daha sonra amerikalı mütəxəssislərin Gürcüstana gəlişi dəqiqləşdirildikdə MDB ölkələri liderlərinin görüşlərindən birində Putinə dedim ki, amerikalılar bizim üçün ordu hazırlayacaqlar. Hiss olundu ki, xoşuna gəlmədi: «Biz də hazırlaya bilərdik» - dedi”¦ Elə həmin gün mətbuat konfransı başa çatdıqdan sonra getməyə hazırlaşan Putinə bir gürcü qadın jurnalisti az qala qışqıra-qışqıra sual verdi: - Kakovo Vaşe mnenie po povodu uçastiə amerikantsev v stanovlenii qruzinskoy armii? Pilləkən üzərində olan Putin ayaq saxladı və geriyə tərəf çevrildi. Biz də çevrildik. - Qruzie nezavisimiya strana i ey samoy reşat s kem i kak stroit svoe armiyu. - deyə cavab verdi. Bununla da bitdi. Sözün düzü, bir az rahatlaşdım. Çünki ordu quruculuğu arxasında ordudan daha üstün məsələlər dayanmışdı”¦ Rusiya, belə demək mümkündürsə, bizim daxili işlərimizə qarışmamağa alışdı. 

* * *

Mayın 29-da gürcü-osetin münaqişə zonasında atəşkəs razılaşması bir daha pozuldu. Elə həmin gün Qamsaxurdiya tərəfdarları Zuqdididə yerli hakimiyyət binasını ələ keçirdilər və oradakı şəxsləri həbs etdilər. İyunun başlanğıcında paytaxtın cinayətkarlığa qarşı mübarizə üzrə kəşfiyyat qrupunun əməkdaşları tətil elan etdilər və əsas səbəb kimi xidməti vəzifələrini yerinə yetirə bilmədiklərini göstərdilər. Çünki silahlı qruplar, ilk növbədə də «Mxedrioni» və qvardiyanın rəhbəri özbaşınalıq edirdi. Onlar artıq öz ali rəhbərlərinə də tabe olmurdular. Onların rəhbərlərindən biri mənim Dövlət Şurasındakı müavinim Caba İoseliani idi. İkincisi isə Tengiz Kitovani - vitse-premyer və müdafiə naziri idi. O, silahlı qüvvələrə, polisə və kəşfiyyatçılara kuratorluq edirdi. Bu insanlar həddindən ziyadə böyuk qüvvə əldə etmişdilər. Beykerin «zviadistlər» və ya «mənim tərəfdarlarım» tərəfindən həyata keçirilə biləcək silahlı çevriliş barədə sualına bu cür cavab verdim: «Ən pisi odur ki, əllərim bağlıdır və onlarla - müdafiə naziri ilə əməkdaşlıq etməyə məcburam. O, Sxinvali regionunda sülhün və ya müharibənin taleyini həll edəcək». 1992-ci ilin 12 iyununda Rusiya prezidenti Boris Yeltsin zəng etdi. Biz mühüm tarixi məsələ - Gürcüstan və Rusiya arasında imzalanmış böyük müqavilə barədə - Rusiya və Gürcüstan arasında yeni əlaqələrin qurulmasının əsasları haqda söhbət etdik. Növbəti gün Tbilisiyə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət qrup gəldi. Onlar Yeltsinin tapşırığı ilə ölkələrimiz arasındakı diplomatik əlaqələrin qurulma mexanizmini müzakirə edəcəkdilər. Əhəmiyyətsiz formal məsələlər qalmaqda idi, amma bu zaman bir neçə təəccüb doğuracaq məsələ üzə çıxdı. 13 iyunda Tbilisinin mərkəzində, Caba İoselianinin evi yaxınlığında terror aktı baş verdi: Dövlət Şurası sədr müavininin kortejinin axırıncı avtomobili keçdikdən bir neçə saniyə sonra həmin yerdə «zaporojes» partladı. Partlayış uzaqdanidarə pultunun köməyilə həyata keçirildi. 5 nəfər həlak oldu. Həlak olanlar arasında uşaq da var idi. 6 nəfər xəsarət aldı və bir neçə ev uçdu. Elə həmin gün Qori şəhərində, Sxinvalidən bir neçə kilometr kənarda gürcü hərbçiləri və Rusiya tank polkunun hərbi xidmətçiləri arasında toqquşma baş verdi. Bu hadisə zamanı da insanlar həlak oldu. Tankçılar öz tanklarını işə salaraq küçələrə çıxdılar”¦ Şəhərdə səs-küy qopdu”¦ İyunun 15-də Rusiya Ali Sovetinin sədri Ruslan Xasbulatov bəyanatla çıxış etdi. Bu, əslində Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarışmaq siyasəti idi (Tarix təkrarlanır: bu gün Rusiya Dumasında bəzi deputatlar analoji bəyanatla çıxış edirlər). İyunun 18-də Sxinvali regionunda Rusiya hərbi-hava qüvvələrinin 3 vertolyotu gürcü hərbçilərinin mövqeyinə hücum etdi. Sonra məlum oldu ki, bu barədə əmri Rusiyanın müdafiə nazirinin müavini Kondraşov verib. O, Tengiz Kitovaninin dəvəti ilə orada idi. Mən bu haqda heç nə bilmirdim. Mən bu insidenti təcavüz aktı kimi dəyərləndirdim. İyunun 20-də Rusiya hakimiyyəti və ölkənin vitse-prezidenti Aleksandr Rutskoy eyni vaxtda bəyanat verdilər. Onlar yenə də Gürcüstanın və Moldovanın daxili işlərinə qarışmaq məqsədilə güc nümayiş etdirdilər və hədələdilər. Həmin gün biz Nyu-Yorkdan məlumat aldıq: Rusiyanın xahişi ilə Gürcüstanın Birləşmiş Millətlər Təşkilatına üzv olma barədə xahişinin müzakirəsi təxirə salındı. Sözün düzü, ölkəmə qarşı geniş hücumlar həyata keçirilirdi: iqtisadi, hərbi, diplomatik, informasiya və digər sahələrdə. İyunun 24-də mən və Rusiya prezidenti gürcü-osetin münaqişəsinin həlli yolları barədə razılaşmalar işləmək məqsədilə Soçidə görüşməli idik. Eks-prezident tərəfdaşlarının silahlı qruplaşması daxili qoşunların anbarını ələ keçirdi, daha sonra isə Gürcüstan teleradio departamentinin binası götürüldü. Oradan isə əhaliyə yanlış məlumatla müraciət edildi ki, «qanuni hakimiyyət» bərpa olunub və hamını onun bayrağı altına toplaşmağa çağırırlar. Müraciətə heç kəs cavab vermədi. Bu cəhdin qarşısı da tezliklə alındı. Mənim «yüz gün»üm öz seriyaları - Rusiya ilə əlaqədə, daxili münaqişələrdə, Rusiya qəzetlərinin səhifələrində və televiziya ekranlarında dezinformasiyalarla başa çatdı. Həmişə bu hadisələrin Sxinvalidəki hərbi əməliyyatların tədricən böyüməsi ilə bağlı olması barədə fikirləşirdim. Bütün bunlar atəşkəs rejiminin pozulması və ölkə paytaxtında vəziyyətin gərginləşməsi məqsədilə edilirdi. Həmin gün Qoridə baş verən partlayış bu zəncirin davamı idi. O, Gürcüstanın həyat damarlarını doğraya bilərdi. Bu kiçik zaman ərzində çox böyük hadisələr baş verdi. Bu isə o demək idi ki, Qamsaxurdiya tərəfdarlarının abxaz, osetin separatçıları və Rusiya hakimiyyət dairələri arasında, həqiqətən də, əlaqələri mövcud idi. Daha sonra məlum oldu ki, iyunun 24-də keçirilən aksiya iyulun başlanğıcında baş tutmalı idi, amma o, xüsusi olaraq iyun ayına keçirildi və mənimlə Rusiya prezidentinin Soçidə təyin olunmuş görüşümlə eyni günə salındı. Bizim görüşün nəticəsi münaqişələrin həlli prinsipi barədə razılaşma və komunike idi. Orada deyilirdi ki, Gürcüstan və Rusiya bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. Onların bir-birinə qarşı heç bir ərazi iddiası yoxdur və öz öhdələrinə götürürlər ki, yaranmış istənilən bir münaqişəni sülh yolu ilə, siyasi danışıqlar yolu ilə həll edəcəklər və zorakılıqdan istifadə etməyəcəklər. O da qeyd olunurdu ki, Rusiya Federasiyası Gürcüstanın Birləşmiş Millətlər Təşkilatına üzv olması barədə istəyini Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmişə dəstəkləyəcək və Gürcüstanın bu beynəlxalq və universal təşkilata üzv olması üçün əlindən gələni edəcək. «Razılaşma»nın ikinci bəndinə əsasən Rusiya öz öhdəsinə götürürdü ki, «20 gün ərzində Sxinvali rayonunda yerləşdirilmiş mühəndislər polkunu və hərbi vertolyotlar polkunu oradan çıxaracaq». Sülh yaratmaq üçün «qarışıq qüvvələr» təsis edildi, amma bütün bunlar ümid olaraq qaldı. Bu gün rus hərbçilərinin dayandığı yerdə separatçı regionun «boyevik»ləri dayanıblar və daha möhkəm silahlarla silahlanıblar. Silah gətirmək üçün isə yeganə bir yol var - Roki tuneli. Oraya hər şey - silah, qaçaqmal, «boyevik»lər, şimali qafqazlılar Rusiya ərazisindən «nəql olunur»du. Rusiyanın ənənəvi siyasəti Gürcüstanda bu cür davam etdirilir. 

* * *

Biz heç nəyə baxmayaraq öz işimizdə idik. Dövlət Şurası - gələcək parlamentin bir növ prototipi kimi işləyirdi. Seçkilər barədə qanun qəbul etdik. Milli silahlı qüvvələrin qurulması ilə bağlı işlərə başladıq. Polis gücləndirildi. Boş yerlərdə, praktiki olaraq, kəşfiyyat xidməti yarandı. Prokurorluq orqanları təkmilləşdirilirdi. Dövlət islahatlarına başladıq - respublika torpaq fondunun təxminən 60%-ni şəxsi mülkiyyətə verməli idik. Bu proses istədiyim sürətlə irəliləmirdi. Biz çox mükəmməl və öz zamanına təsadüf edən qərarlar qəbul edirdik, amma onlar həyata keçirilmirdi. Siyasi definisiyalar bəzən elə mürəkkəb olurdu ki, onların mahiyyətini dəqiqləşdirmək mümkün olmur, amma yenə də bir müəllifin həqiqətini təkzib etməkdə çətinlik çəkirdim. O əmin edir ki, mənim gəlişim «demokratiya örtüsü» yaratdı və hərbi-siyasi zirvəni mükəmməlləşdirdi. Bu isə, prezident Qamsaxurdiyanı və onun administrasiyasını hakimiyyətdən uzaqlaşdırdı. Sual edilir: Nə üçün belə etdim? Demokratiya ölçüsü yaratdım. Mənim planımda buna bənzər xeyirxahlıq yox idi. Əminəm ki, mənim «silahdaşlarım»ın da bu haqda illüziyaları yox idi. Ceyms Beyker həqiqət qarşısında yalan danışmağıma razı olmazdı. 1992-ci ilin may ayında Dövlət Şurası Rəyasət Heyətinin iki üzvünün gizli fikri mənə aydın oldu. Bunu o zamanlar amerikalı dostuma da dedim və onlardan birinin məni dövlət başçısı kimi görmək istəməsi barədə bəyanatı eşidəndə cavab verdim: «Bu, ikili oyundur!». Yadımdadır, o vaxt Amerikanın dövlət katibilə söhbətim zamanı sevindiyimi hiss elədim: yenə də tanış qaydalarla tanış mühitdə olacaqdım. Açığını deməliyəm ki, o zaman bəzən mən də «ikili oyun» aparırdım. Mən bəzi «silahdaşlarım»la məcburi tərəfdaşlıq edirdim. Vətənimin bədbəxt hissəsinin yükünü daşıyırdım. Bu, gələcək üçün bir öhdəlik idi. Bu öhdəlik ilk növbədə elə bir rəhbərdən azad olmaq demək idi ki, o, ölkə azadlığını öz azadlığı kimi - kapital toplamaq və ölkənin bədbəxtliyi hesabına var-dövlət toplamaq kimi qəbul edirdi. Mənim «gücsüz idarəçiliy»imin ilk yüz günü ərzində zaman-zaman siyasi alçaqlıq, ikiüzlülük və yalanla qarşılaşanda hər şeyi qurtarmaq, son nöqtəni qoymaq və qapını çırparaq getmək istəyimin necə güclü olmasını hiss edirdim. Sözsüz ki, Qərbin sakit bir ölkəsinə, lap elə Almaniyaya gedə (məni ora dəvət edirdilər) - keçmiş siyasətçinin sakit həyatı, mühazirələri və qonorarı ilə yaşaya bilərdim, amma mən buna yaşamaq yox, sadəcə olaraq mövcud olmaq kimi baxıram. Burada başlanmış vətəndaş müharibəsi, aclıq, işsizlik, iqtisadi böhran, çörək və benzin növbələri - orada az qala bir-birini qırırlar - oğurluq, cibgirlik olduğu kimi qalardı. Kommunist zamanı mən respublika lideri olarkən Gürcüstanda bir nəfər də olsun dilənçi və evsiz gürcü uşağı yox idi, iş isə asanlıqla tapılırdı. Belə çıxır ki, bir vaxt çiçəklənmiş bu tərəfləri müstəqillik uçuruma tərəf sürükləyirdi. Caba İoseliani ilə münaqişələrim yarandıqdan sonra, həqiqətən də, getmək və hər şeyi atmaq ürəyimdən keçirdi. Amma ölkəni kimə həvalə edə bilərdim ki? Kitovaniyə, yoxsa İoselianiyə? Bu addım ölkəni qan içərisində boğmaq demək olardı. Yox, mən o zaman istefa verdim ki, ölkə artıq dövlətə bənzəyirdi və ona başçılıq etməyə mənim tərbiyə etdiyim gənc siyasətçilər gəlmişdi.

Ardı var...
Похожие новости
14:07, Сегодня
В Баку прошла встреча председателей комитетов по внешним связям парламентов тюркских государств - ОБНОВЛЕНО
13:58, Сегодня
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме
13:52, Сегодня
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
13:47, Сегодня
Закрывается известная бакинская школа: учеников переводят в другое учебное заведение - ФОТО
13:40, Сегодня
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
13:34, Сегодня
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
13:31, Сегодня
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
13:28, Сегодня
В Шуше пройдет Международный конкурс: победитель получит 10 000 долларов
13:23, Сегодня
Министр уволил директора школы-интерната
13:11, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
13:08, Сегодня
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
13:06, Сегодня
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
13:05, Сегодня
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
12:58, Сегодня
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
12:50, Сегодня
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии после реставрации Агдамской Джума-мечети - ФОТО
12:33, Сегодня
Главы Азербайджана и Кыргызстана ознакомились с ходом работ во дворце Панахали хана и комплексе Имарет - ФОТО
12:20, Сегодня
Премьер-министр Нахчыванской Автономной Республики освобожден от должности - ФОТО
11:04, Сегодня
Граждане смогут посещать город Лачын на личном автомобиле
10:35, Сегодня
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
10:34, Сегодня
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
10:16, Сегодня
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
10:11, Сегодня
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
10:03, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
10:00, Сегодня
В Турции задержаны 23 подозреваемых в связях с ИГ
09:54, Сегодня
Нефть марки Brent подорожала до 88,2 доллара за баррель
09:40, Сегодня
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
09:27, Сегодня
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
09:24, Сегодня
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
09:23, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
09:15, Сегодня
Азербайджанская нефть незначительно подорожала
09:14, Сегодня
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
09:00, Сегодня
Венеция ввела взнос для туристов
08:42, Сегодня
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
08:28, Сегодня
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
08:20, Сегодня
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
08:00, Сегодня
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
07:39, Сегодня
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
07:30, Сегодня
Яшар Гюлер встретился с австралийским коллегой
07:06, Сегодня
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
06:58, Сегодня
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
06:38, Сегодня
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
06:20, Сегодня
Опубликованны последние данные о состоянии экономики Германии
06:18, Сегодня
Илон Маск уверен, что на Западе начнется гражданская война - ФОТО
05:21, Сегодня
Индекс потребительских цен Ирана упал на 4,8%
05:17, Сегодня
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
05:02, Сегодня
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
04:56, Сегодня
На Луну отправят электрический экран для защиты от пыли
04:36, Сегодня
Власти США заплатят жертвам сексуального насилия в гимнастике 140 млн долларов из-за прокола ФБР
04:21, Сегодня
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
04:16, Сегодня
Канадская семья получила с Кубы труп россиянина
03:35, Сегодня
В Бразилии сын отрезал руку матери для получения доступа к ее банковскому счету
03:15, Сегодня
Австрийские ученые нашли вирус, уничтожающий одного из самых опасных паразитов
03:01, Сегодня
Глава МИД Венгрии прибыл с визитом в Азербайджан - ФОТО
02:54, Сегодня
В США учителям разрешили носить в школу оружие
02:44, Сегодня
АПЛ: "Ливерпуль" уступил "Эвертону", "Манчестер Юнайтед" обыграл "Шеффилд" - ВИДЕО
02:12, Сегодня
Стартовал открытый чемпионат Азербайджана по плаванию
02:07, Сегодня
Узбекистан импортировал газ на $360,2 млн в первом квартале
01:53, Сегодня
Кубок Италии: "Аталанта" обыграла "Фиорентину" и вышла в финал - ВИДЕО
01:13, Сегодня
Товарооборот между Ираном и Китаем превысил $4 млрд
01:10, Сегодня
Две азербайджанские гимнастки выступят на Кубке мира - ФОТО
00:09, Сегодня
Лига 1: ПСЖ на выезде обыграл "Лорьян" благодаря дублям Мбаппе и Дембеле - ВИДЕО
00:02, Сегодня
В Вашингтоне проведена акция солидарности против лжи о т.н. геноциде армян
00:00, Сегодня
Жители иранского города провели акцию протеста из-за застреленного полицией парня - ФОТО/ВИДЕО
24 Apr 2024 | 23:59
В Турции арестован один из главарей иракcкого крыла Рабочей партии Курдистана
24 Apr 2024 | 23:58
США дали владельцам TikTok время на продажу платформы - ВИДЕО
24 Apr 2024 | 23:39
Шойгу отстранил от должности своего арестованного заместителя
24 Apr 2024 | 23:38
Мбаппе потеряет 127 млн, если покинет свой клуб
24 Apr 2024 | 23:20
По каким вопросам чаще всего обращаются граждане к депутатам Милли Меджлиса? - ВИДЕО
24 Apr 2024 | 23:11
Азербайджан представил доклад на сессии Комитета ООН по борьбе с пытками
24 Apr 2024 | 23:10
В ООН представлен 5-й периодический доклад Азербайджана по Конвенции ООН против пыток
24 Apr 2024 | 23:07
Начался прием заявок для организации павильонов на COP29 в Баку
24 Apr 2024 | 23:05
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу- (обновлено)
24 Apr 2024 | 23:00
Число жертв в Газе достигло 34262
24 Apr 2024 | 22:54
В бакинской многоэтажке произошел пожар
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 22:27
В Лянкяране участник Отечественной войны совершил самоубийство, узнав о болезни матери
24 Apr 2024 | 22:20
Обнародованы кадры строящегося в Шуше нового жилого комплекса - ВИДЕО
24 Apr 2024 | 22:16
В Тбилиси протестуют против закона об иноагентах-(обновлено)
24 Apr 2024 | 22:13
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
24 Apr 2024 | 22:07
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
24 Apr 2024 | 22:06
В России заочно арестовали Гарри Каспарова
24 Apr 2024 | 22:00
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
24 Apr 2024 | 21:47
Завершилась конференция, проведенная в Лачыне в рамках международного форума - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:45
В Северной Македонии завершилось голосование на президентских выборах
24 Apr 2024 | 21:40
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 21:31
В Азербайджане отменяются расходы на первоначальную сессию по медиации в коммерческих спорах
24 Apr 2024 | 21:27
Amnesty International уличила Францию в нарушении прав человека
24 Apr 2024 | 21:19
В Баку был организован государственный прием в честь президента Кыргызстана - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:16
В Масаллы пройдет ярмарка труда
24 Apr 2024 | 21:13
МИД Турции: Анкара отвергает предвзятые заявления по событиям 1915 года
24 Apr 2024 | 21:08
Алиев: Памятник Айтматову в Баку будет символизировать наше единство, дружбу и братство
24 Apr 2024 | 21:06
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 20:52
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу
24 Apr 2024 | 20:14
В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра - ОБНОВЛЕНО/ФОТО/ВИДЕО
24 Apr 2024 | 20:13
В Азербайджане создан новый колледж
24 Apr 2024 | 19:54
Лукашенко признался, когда «уйдёт на покой»
24 Apr 2024 | 19:53
Определился первый финалист Кубка Азербайджана по футболу - ОБНОВЛЕНО + ВИДЕО
24 Apr 2024 | 19:51
В Баку состоялась церемония открытия Дней культуры Кыргызстана
24 Apr 2024 | 19:47
Президент Кыргызстана почтил память шехидов в Баку - ФОТО
ЕЖЕДНЕВНО
24 Apr 2024 | 14:46
К 2026 году в Восточном Зангерзуре планируется построить три города
24 Apr 2024 | 14:52
Садыр Жапаров: Декларация закрепляет более глубокий характер стратегических отношений между АР и КР
24 Apr 2024 | 14:55
Президент Кыргызстана о строительстве школы в Агдамском районе
24 Apr 2024 | 15:11
В Шушу на начальном этапе будут переселены 50 семей
24 Apr 2024 | 15:00
На открытой местности в бакинском поселке горят бытовые отходы
24 Apr 2024 | 14:58
На освобожденных территориях Азербайджана впервые пройдет аукцион
24 Apr 2024 | 14:45
Жители массива «Деде Горгуд» жалуются на нескончаемые проблемы с дорогами и канализацией - ВИДЕО
24 Apr 2024 | 14:40
Айдын Керимов: Шуша станет первым городом в Карабахе, где будут действовать электробусы
24 Apr 2024 | 15:52
Состоялась церемония подписания азербайджано-кыргызских документов - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 14:39
Талех Кязымов обсудил с представителями Минфина США возможности сотрудничества - ФОТО
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
24 Apr 2024 | 14:46
К 2026 году в Восточном Зангерзуре планируется построить три города
24 Apr 2024 | 14:52
Садыр Жапаров: Декларация закрепляет более глубокий характер стратегических отношений между АР и КР
24 Apr 2024 | 14:55
Президент Кыргызстана о строительстве школы в Агдамском районе
24 Apr 2024 | 15:11
В Шушу на начальном этапе будут переселены 50 семей
24 Apr 2024 | 15:00
На открытой местности в бакинском поселке горят бытовые отходы
24 Apr 2024 | 14:58
На освобожденных территориях Азербайджана впервые пройдет аукцион
24 Apr 2024 | 14:45
Жители массива «Деде Горгуд» жалуются на нескончаемые проблемы с дорогами и канализацией - ВИДЕО
24 Apr 2024 | 14:40
Айдын Керимов: Шуша станет первым городом в Карабахе, где будут действовать электробусы
24 Apr 2024 | 15:52
Состоялась церемония подписания азербайджано-кыргызских документов - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 14:39
Талех Кязымов обсудил с представителями Минфина США возможности сотрудничества - ФОТО
Писатели