Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında ölkə bazarında 800-ə yaxın sertifikatlaşdırılmamış məhsulun satışının həyata keçirildiyini bildirib. Maraqlıdır, yüzlərlə sertifikatlaşdırılmamış məhsulun satışının həyata keçirilməsinə görə hansı dövlət qurumları məsuliyyət daşıyır?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən E.Hüseynov məlum problemə görə bir neçə dövlət qurumunun cavabdehlik daşıdığını vurğuladı:
“Serifikatlaşdırılmamış məhsulların bazar və dükanlarda yer almasına görə İqtisadi İnkişaf Nazirliyi, istehsal yerlərində isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məsuliyyət daşıyır. . Xaricdəın gətirilən bu cür məhsullara görə isə Dövlət Gömrük Komitəsi cavabdehlik daşıyır. Əgər adıçəklən bu qurumlar sertifikatlaşdırılmamış məhsulların gətirilməsi, istehsalı və satışına lazımi nəzarət həyata keçrisələr, bu istiqamətdə birgə lazımi tədbirlər həyata keçirsələr, bu cür problemlər də meydana çıxmaz”.
Seymur Əliyev