Ermənistanda anti-Rusiya aksiyalarının sayı getdikcə artmaqdadır. Maraqlıdır, bu aksiyalar Ermənistan hakimiyyətinin özü tərəfindən təşkil edilən oyun ola bilərmi? Yoxsa bu, həqiqətən də Ermənistan daxilində Rusiyaya qarşı artan narazılığın göstəricisidir?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu aksiyaların erməni
insanının puç olan arzularının təcəssümü olduğunu qeyd edib:
“Öncə onu deyim ki, Ermənistanda
küçələrə çıxan bir neçə yüz və ya bir neçə min insan hələ erməni xalqı demək
deyil. Ermənistanda Rusiyapərəst qüvvələrlə yanaşı Qərbpərəst, amerikanpərəst
qüvvələr də mövcuddur. Onların sayı, tərəfdarları azdır. Onlar seçkilərdə heç
bir uğur qazana bilmirlər. Onların xalqın gözündə elə bir hörməti yoxdur.
Aksiyalarda rəsmi İrəvanın
əlinin olub-olmamasına gəlincə, belə bir ehtimal mövcuddur. Ermənistan hakimiyyəti
tamamilə Rusiyadan asılıdır. Onlar bilirlər ki, əgər Rusiya bilsə ki, bu
aksiyaların təşkilində onların əli var, o zaman erməni hakimiyyətini ciddi şəkildə
cəzalandıracaq. Bu baxımdan Ermənistan hakimiyyətinin anti-Rusiya aksiyalarında
iştirak etmədiyi ehtimalı daha böyükdür. Bütövlükdə isə anti-Rusiya etirazları
nə Ermənistanın, nə də Rusiyanın vecinə deyil. Bu, aldadılan erməni insanının
Rusiyadan olan hədsiz gözləntilərinin puça çıxmasının təcəssümüdür”.
Seymur Əliyev