Klassik Xalq Cəbhəsi
Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Avropa. info-ya müsahibəsi
- Mirmahmud bəy, aprelin 2-dən Qarabağ cəbhəsində
şiddətli döyüşlər baş verdi və Azərbaycan Ordusu bir neçə strateji yüksəkliyi
erməni işğalından azad elədi. Bu əməliyyatlar Qarabağ münaqişəsinin həllində Azərbaycanın
xeyrinə dönüş yarada bilərmi? Proseslərin bundan sonrakı inkişafını
necə proqnozlaşdırırsınız?
- Bu əməliyyatlar problemin həlli ilə
bağlı Azərbaycanın etməli olduğu və edə biləcəklərinin ilk müsbət testi
oldu. Azərbaycan dünyaya göstərdi ki, o öz torpaqlarını işğaldan azad etməlidir
və edə bilər. 1994-cü ildən başlayan, Azərbaycana heç bir xeyri olmayan, bütün
cəhətləri ilə Azərbaycan əleyhinə işləyən atəşkəs rejiminin nə qədər
əhəmiyyətsiz olduğu təsdiqləndi. Azərbaycanın xeyrinə artıq dönüş
yaradıldı. İllər uzunu “sülh və ya hərb yolu” ilə problemin həll olunması
dilemması qarşısında qoyulan Azərbaycan cəmiyyəti məsələnin
müharibə yolundan başqa həll yolu olmadığının şahidi oldu. Azərbaycan
öz ərazisində antiterror əməliyyatı aparmalı idi. Biz, 9 il qabaq
Azərbaycan hakimiyyətinə Qarabağda antiterror əməliyyatı aparmaq üçün təkliflər
paketi təqdim elədik. Bakıdakı ABŞ böyük elçiliyinin göstərdiyi
maraq qədər Azərbaycan höküməti bu paketə maraq göstərmədi .
Ozamankı ABŞ-ın Azərbaycandakı səfiri Demokratiya Uğrunda
İttifaqın “Qarabağda anti terror əməliyyatı” təklifılər paketini öyrənmək
üçün iki dəfə görüş keçirdi.
Biz bu döyüşlərdən sonra dayanmamalıydıq.
Başladığımız döyüşləri başa çatdırmalıydıq. İşğalçıların maşa
kimi istifadə etdikləri erməniləri müqəddəs torpaqlarımızdan təmizləməliydik.
Beynəlxalq qanunlar, BMT TŞ-nin 4 qətnaməsi bizim ən böyük
silahımız idi. Biz Azərbaycan əsgərinin qanıyla azad etdiyi və edəcək
torpaqlarımızı diplomatik gediş və beynəlxalq qanunlarla müdafiə etməyi də
bacarmalıyıq.
Torpaqlarımızın işğaldan azad olunmasını
ordumuz təmim edirdi. İndiyə qədərki bütün müzakirələr, sammitlər,
variantlar bu gün yenidən gündəmə gəlsə də, proseslərin inkişafı ordumuzun qələbəsindən
asılıdır. Problemin sülh yolu ilə həlli də, yalnız torpaqların bizm
ordumuz tərəfindən azad olunmasından keçir. Sülh Azərbaycan əsgərinin
silahı ilə gəlməlidir. Reallaşacaq qəti və son qələbə də
bizimdir! Bunu dost da, düşmən də bilməlidir. Və biz qalib gələcəyik!
- Mirmahmud bəy, ötən ilin parlament
seçkiləri öncəsi iqtidar ”“ müxalifət dialoqu dayandırıldı. Bu
dialoqun yenidən bərpa olunması üçün nələr tələb olunur. Sizcə, iqtidar
”“ müxalifət dialoqunun əsas mövzusu nə olmalıdır?
- Bu dialoq deyil, görüş idi. Hakimiyyət görüşü dialoq adlandırsa da,
özü görüşə ehtiyac duymadı. Birincisi, hakimiyyətin istəyi tələb olunur.
Hakimiyyət görüşü istəmir. İqtidar müxalifət görüşünün əsas mövzusunu Azərbaycan
ordusu müəyyənləşdirsə də, Azərbaycan hakimiyyəti reallaşdırmadı. Bu gün
Azərbaycan hakimiyyətinin ideoloqları fərqində olmalıdırlar ki, Vətən,
Torpaq, Dövlət, Bayraq uğrunda mübarizəyə qalxan bütöv bir cəmiyyətin
mübarizəsi də bu olmalıdır. Lakin görünən budur ki, rüşvət və korrupsiya
bü müqqədəs mübarizənin müzakirəsini də arxa plana qoyur.
- Uzun illərdir ki, müxalifət partiyaları seçkilərdən öncə bir araya
gəlir, seçkilərdən sonra isə bu birliklər dağılır. Bəlkə bu birliklərin
dağılmasının səbəbi vahid ideoloji əsasların olmamasıdır.
Yoxsa, başqa səbəblər də var?
- Dünyada da belə təcrübələr var. Vahid ideoloji əsasların olmaması,
ümumimilli birlikdən, torpaq və vətən birliyindən xeyli asılıdır.
Postsovet məkanına daxil olan Azərbaycanda başqa səbəblər də var; rüs və
fars xidmətində duranlar, kommunist qafalılar, antidemolratik adamlar nə qədər
aparıcı olacaqlarsa, bu belə də davam edəcək.
- Bir müddət öncə müxalifət partiyalarının Anti ”“ böhran Koolisiyası
yaradılıb. Lakin AXCP və Müsavat bu qurumdan kənardadır. Bu
partiyaların qurumda fəaliyyət göstərməməsi hansı səbəblərdən
qaynaqlanır?
- Bu sualalın doğru və obyektiv cavabı adını çəkdiyiniz partiyaların
özündədir. Böhrana qarşı, demokratiya, azadlıq və insan haqları
uğrunda mübarizə aparanların bir yerdə olması çox vacibdir. Amma
hökm deyil. Hər kəs, bu və digər istiqamətdə fəaliyyətini özü müəyyənləşdirir
və mübarizəsini özü aparır.
- Adətən, seçkilər başa çatan kimi siyasi partiyalar yeni seçkilərə
hazırlaşır. KXCP növbəti prezident seçkilərinə təkbaşına getmək fikrindədi,
yoxsa prezidentliyə vahid namizəd məsələsini əsas prioritet hesab edir?
- Seçkiyə bir xeyli var. 2013-cü il seçkisi tarixə qovuşdu və bu seçkidə
müxalifətin vahid namizəd taktikası özünü nə qədər doğrultdusa, hər kəs gördü.
Vahid namizəd məsələsi son prezident seçklilərində əslində, müxalifətin
namizədinin olmamasına hesablanmış bir gediş idi. Real namizədlərin
bir ”“ birinə güzəştə getmək niyyətləri və qərarları olmadığına görə
bu taktikanı seçdilər.
Siyasi partiyanın əsas məqsədi, seçkilərdə öz adı və namizədi
ilə iştirak etməsi olmlıdır. Bizim iştirakımız da, zamanın şərtlərinin
diktəsindən asılı idi. Növbəti prezident seçkiləri ilə bağlı hansı variantın əsas
olması seçki ərəfəsində bir daha müəyyənləşəcək. İndiki mövqeyimiz budur.
- İllər uzunu müxalifət düşərgəsində belə
bir stereotip formalaşıb. Müxalifət partiyasından çıxan, yaxud siyasi mənsubiyyətini
dəyişən şəxslərə “satqın” damğası vurulur. Bu tendensiya niyə müxalifət
partiyalarında bu qədər geniş yayılıb? Axı partiyaya üzv olan şəxslər bu təşkilatlara
üzv olanda öhdəlik götürməyiblər ki, ömürlük bu partiyaya üzv kimi
qalacaqlar...
- Bu, o qədər geniş yayılmayıb. Amma özlərinin
satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar.
Bu metoddan istifadə edənlər daha çox göndərişlə, sifarişlə işləyənlərdir.
Sanki bununla da, öz tərcümeyi - hallarını dəyişirlər.
Adətən millətçi təşklilatlar, öz
ideyalarını yürütmək və genişləndirmək üçün ümumi razılaşdırılmış qaydalar müəyyənləşdirirlər.
Həmin qaydalar əsasında da bütün sol- kommunist, liberal, sosial demokrat
yönümlü təşkilatlarda millətçilər yetişdirirlər. Bunun üçün onlar məktəb
rolunu oynayırlar. Türkiyə Cümnhüriyyətində bütün siyasi
partiyalarda aparıcı millətçi kadrlar, şəxslər var.
Azərbaycan təcrübəsində isə siyasi partiyalara ”“ “gələnləri öyüm,
gedənləri söyüm” təcrübəsi var. Bu da siyasətin qara səhifəsidir.
Azərbaycanda siyasət çox gəncdir, gəncliyin də belə səhfləri
olur. Təəssüf ki, bu var, amma inanıram, gələcəkdə olmayacaq.