Amerikalı biznesmen Ajay Guptanın oğlu Kamal Gupta məşhur hindli iş adamının qohumu Aakash Jahajgarhia ilə Antalyada ailə həyatı qurur.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, hind adət-ənənəsinə uyğun olaraq 3 gün 3 gecə davam edəcək toy mərasimi üçün “Mardan Palace†bağladılıb.
Ailə ilə birlikdə gələn 385 nəfər toyun təşkil olunmasına kömək edir. Ümumilikdə isə Cənubi Afrika, Amerika, İngiltərə, Dubay və bir çox ölkələrdən gələn 600-dən çox qonaq oteldə yerləşdirilib. 15 toy təşkilatçılıq şirkəti mərasimin dəbdəbəli hazırlanması üçün çalışır. İşıqlandırma üçün isə 40 nəfərlik qrup ayrılıb.
Toyda 100 Bollivud müğənnisinin iştirak edəcəyi gözlənilir. Bundan başqa, rəqs və akrobatika şousu təşkil olunacaq. Otelin bəzədilməsi üçün Hollandiyadan 71 vaqon çiçək gətirilib. Mərasimin ən gözlənilən məqamı isə üzüyün gətirilməsidir, çünki üzük toy mərasiminə vertolyotla endiriləcək.