“Əgər yenə də bu təhdidlər, təxribatlar təkrarlanarsa, ola bilsin ki, Azərbaycan ordusu yenidən hücum strategiyasını reallaşdırmaq məcburiyyəti qarşısında qalacaq. Bəlkə də bu may ayının 8-də baş verəcək”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov rus araşdırmaçısı Oleq Kuznetsovun Qarabağda yeni savaşın tarixi ilə bağlı verdiyi proqnoza münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, rus araşdırmaçısı Kuznetsov kifayət qədər Azərbaycanda, ümumiyyətlə bizim bölgənin vəziyyətini, geosiyasi durumunu çox yaxından tədqiq edir və təbbi ki, onun məlumat bazası var: “Mənə elə gəlir ki, onun qələbə günü ilə bağlı dediyi fikirlər pronozlar silsiləsindəndir. Aprelin əvvəlində Qarabağ problemi ətrafında görülməyən gərginliyin şahidi olduq, hətta mini müharibədə də baş verdi. Azərbaycan bu mini müharibədə çox tutarlı şəkildə düşmənin cavabını verdi və bir növ də həm Ermənistana, həm də dünya birliyinə mesaj göndərdi ki, Azərbaycanla artıq təhdidlərlə danışmaq olmaz. Azərbaycan özünün ədalətli mücadiləsində, torpaqlarının qaytarılmasında, ərazi bütövlüyünün qorunmasında çox israrlıdır, nə vasitəçilər, nə də digər ölkələr bu məsələyə barmaqarası baxmasınlar. Əlbəttə ki, Ermənistan isə bu prosesdən nəticə çıxarmır, bu da böyük təəssüf doğuran məqamdır.
T.Abbasov onu da vurğulayıb ki, hərbi siyasi proseslərdə bir çox proqnozlar özünü doğrultmur: “Bildiyimiz kimi son günlərdə hər gecə Ermənistan silahlı qüvvələri 100 dəfədən artıq atəşkəsi pozublar. Papaqlarını qarşılarına qoyub fikirləşməkdənsə yenə də əllərini silaha atırlar. Onların illər boyu qoruduğu müdafiə xətti bir günün içərisində Azərbaycan silahlı qüvvələri tətərfindən dağıdıldı və Azərbaycan ordusu xeyli irəliləyiş etdi. Bu soyuq duş effektinin olmasına baxmayaraq Ermənistan yenə də lazımi nəticələr çıxarmır. Kuznetsovun bu bu proqnozu verərkən hansı mənbələrə, amillərə söykəndiyini deyə bilmərəm. Kuznetsovun özünün baxışları, təsəvvürləri var, bəlkə də o, hansısa mənbələrə istinad edir. Birmənalı şəkildə deməliyəm ki, Kuznetsov çox məlumatlı, geniş dünya görüşü olan araşdırmaçı alimdir. O, tək bu günlə bağlı öz araşdırmalarını aparmır, həm də Qarabağ probleminin tarixi ilə bağlı da raşdırmalar aparır. O, dəfələrlə mənbələrlə istinad edərək ermənilərin köçmə xalq olduğunu isbat edib. Ona görə də ayın 8-ni gözləyək, görək onun dedikləri baş verəcəkmi”.
Qeyd edək ki, rus politoloq Oleq Kuznetsovun Qarabağda yeni savaşın tarixi ilə bağlı proqnoz verib. Bildirib ki, əgər yaxın müddətdə sülh əldə olunmasa, savaş yenidən başlayacaq. O hətta yeni savaşın tarixini da açıqlayıb: “Mayın 8-i yaxınlaşır. Bu, erməni silahlı birləşmələri tərəfindən qeyd edilən Şuşanın işğal günüdür. Qondarma ”Arsax dövləti"ndə bu, bayram hesab edilir. Bu, Azərbaycan ordusunun yeni lokal hücum əməliyyatına başlaması üçün ən əlverişli gündür. Nədən ki, Rusiyanın buna qarışmayacağına yüz faiz zəmanət var. Ən azı üç gün - mayın 7-dən 9-dək Qələbə Günü ilə bağlı bu zəmanət olacaq və Azərbaycan bu 3 gündə nə istəsə, onu öz ərazisində eləməyə ixtiyar sahibidir”.
Rumiyyə