Bir zamanların sevilən ifaçısı Kəmalə Rəhimli uzun müddətdir ki, səhhətində yaranmış ciddi problemlərdən əziyyət çəkirdi. Ancaq bu gün müğənnini öz səhətindən də çox Qarabağ məsələsi narahat edir.
Moderator.az-a açıqlama
verən müğənni bildirib ki, aprel ayının əvvəllərində baş vermiş döyüşlər ona
ciddi təsir edib:
“Həmin günlərdə
televizora baxa bilmirdim, ancaq ağlıyırdım, musiqi dinləmək istəmirdim. Döyüşün
sonluğu bizim xeyrimizə olsa da cavan balalarımızı itirdik, analar övladsız, gəlinlər
ərsiz, uşaqlar atasız qaldı. Buna dözmək çox çətindir. Ancaq tele
kanallarımızda çal-çağır havası davam elədi, şəhidlərimizin ruhuna hörmətsizlik
edildi. Bu məsələdə çoxları müğənniləri qınayır, ancaq müğənnilər nəkarədir ki.
Televiziyaya çıxan müğənnilər özbaşına deyillər, onlara nə tapşırıq verilirsə,
nə tələb olunursa, onu da ifa edirlər. Düşünürəm ki, bu məsələyə dövlət səviyyəsində
nəzarət edilməliydi, çal-çağıra dövlət səviyyəsində qadağa qoyulmalıydı. Müğənnilərimizin
hamısından xahiş edirəm ki, hərəsi bir şəhidimizin ruhuna mahnı həsr eləsin.
Efirlərdə ancaq vətənpərvərlik ruhunda yazılmış mahnılar oxusunlar”.
Kəmalə Rəhimli onu da
qeyd edib ki, birinci Qarabağ müharibəsi dövründə səngərlərdə əsgərlərimizə
xeyli sayda konsertlər verib: “Mən də müharibə görmüşəm, müharibə bölgəsində
olmuşam, lap ön cəbhəyə getmişəm. Bizə deyirdilər ki, bura ölməyə gəlmisiz.
Ancaq biz ölümə belə getməyə hazır idik, evdəkiləri, qoyub gəldiyimiz körpə
balalarımızı belə düşünmürdük. Əsgərlərimizi ruhlandırmaq üçün oxuyurduq, ancaq
ürəyimiz ağı deyirdi. İndi isə ön cəbhəyə ancaq döyüşmək üçün getmək istəyirəm.
Mənə bir zirehli maşın versinlər, sürüm İrəvana qədər. Bacardığım qədər erməni
qırım, qanlarına qəltan edim mənfur düşməni. Bezdim daha bu həyatdan”.
Rumiyyə