Son günlər cəbhədəki hərbi toqquşmalar zamanı Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq qanunlarla yasaqlanan silah-sursatdan istifadə etməsi ilə bağlı ciddi faktlar ortaya çıxıb. Maraqlıdır, Azərbaycan bununla bağlı Ermənistanı beynəlxalq məhkəməyə verə və bu yolla cəzalandıra bilərmi?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev belə bir addımın
tamamilə mümkün olduğunu vurğuladı:
“Təbii ki, Azərbaycan Ermənistanın
qadağan edilən silah-sursatdan istifadə etməsinə görə beynəlxalq məhkəməyə
müraciət edə bilər. Ümumiyyətlə, hesab edirəm ki, bu kimi faktlarla bağlı bütün
əlaqədar beynəlxalq qurumların hamısını məlumatlandırmaq lazımdır. Əslində, ermənilərin
bu cür təxribatlara əl atması onların düşdüyü çarəsiz vəziyyəti göstərir. 2-5
aprel döyüşlərində ciddi itkilərə məruz qalan və Azərbaycan ordusununs arsıdıcı
həmlələri qarşısında davam gəirməyən Ermənistan, bu kimi təxribatlarla vəziyyətdən
çıxmağa çalışır. Lakin düşmən anlamalıdır ki, Azərbaycan ordusu kifayət qədər
qüdrətlidir və bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcək”.
Seymur Əliyev